Məhkəmə qərarları › İş №2(068)-58/2025

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-58/2025

28.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-58/2025 28.04.2025 XIZI RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X5 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sitalçay kənd uşaq bağçasına qarşı "23 may 2024-cü il tarixli müraciətinə cavab verilməsi" tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sitalçay kənd uşaq bağçasına qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, onun "23 may 2024-cü il tarixli müraciətinə” cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 07 may 2024-cü il tarixində Əmək və Əhalınin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən “DOST” xidmətindən iddiaçıya verilən "vakansiyaya göndəriş" sənədini 08 may 2024-cü il tarixində cavabdeh Sitalçay kənd uşaq bağçasına təqdim etmişdir. 15 may 2024-cü il tarixındə isə iddiaçı işə qəbul olmaq üçün həmin ştat kodu üzrə müsahibəyə çağırılmışdır. Onun telefonuna göndərilən bildirişə əsasən deyilən vaxtda və yerdə olmuş, lakin ondan heç bir müsahibə götürülməmişdir. Bir müddət sonra onun telefonuna yenidən sms məktub gəlmiş və o, bağça müdiri tərəfindən yenidən müsahibəyə çağırılmışdır. Bütün bu halları nəzərə alaraq qarşı tərəfin müsahibəni formal təşkil etdiyini düşünərək, 23 may 2024-cü il tarixində Sıtalçay uşaq bağçasının rəhbərliyinə rəsmi şəkildə məktub yazmış və məktubunda uşaq bağçasının rəhbərliyindən onu işə qəbul etməsini xahış etmişdir. Məktubunda əlavə olaraq qeyd etmişdir ki, əgər onun işə qəbul olmağı mümkün olmayacaqsa, o zaman bunun səbəbləri göstərilməklə rəsmi şəkildə ona cavab verilsin. Lakin 23 may 2024cü il tarixində məktubu yolladığı vaxtdan aylar keçməsinə baxmayaraq, hələ də məktubuna cavab verilməmişdir. Daha sonra məktubuna cavab verilməsi üçün xx.xx.2024-cü il tarixində poçt vasitəsilə Sitalçay kənd uşaq bağçasına teleqramm yollamış və 23 may 2024-cü il tarixində yolladığı məktuba cavab verilməsini təkrar xahiş etmişdir. Lakin yenə də məktubuna cavab verilməmişdir. Bütün bunları nəzərə alaraq, yazdığı məktuba cavab almaq üçün lazımı sənədləri toplayıb, Sumqayıt İnzıbati Məhkəməsinə müraciət etmişdir. Lakin Sumqayıt İnzıbatı Məhkəməsi 2-1(118)-5618/2024 saylı qərardad qəbul edərək, Sumqayıt İnzibati Məhkəməsinə təqdim etdiyi iddianın baxılmasını, qanuni əsaslar göstərərək mümkünsüz hesab etmış və əlavə olaraq məhkəmədə hüquqi yardım göstərərək qeyd etmişdir ki, "Tərəflərdən biri və ya һəq ikisi inzibati orqan olduqda, İnzibati Məhkəmələr təqdim olunan iddialara baxıb qərar qəbul edə bilər. Bu iddiada göstərilən tərəflərin heç biri inzibati orqan deyil, buna görə də İnzibatı Məhkəmənin bu iddiaya baxması mümkünsüzdür. Hesab edir ki, X8 yazdığı məktuba cavab vermədiyi üçün Azərbaycan Respublikasının bir sira qanunlarını pozmaqla yanaşı, eyni zamanda bir vətəndaş kimi onun hüquq və azadlıqlarına hörmətsizlik edir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, arvadı İddiaçı göndəriş üzrə işlə təmin olunması ilə bağlı müraciət etmişlər. Belə ki, 12 dəfə məşğulluqdan göndəriş almışlar və onlar cavabdeh X8na həmin göndərişləri təqdim etsələr də, arvadını işə qəbul etmirlər və səbəbini bilmirlər. Cavabdeh tərəf məhkəmədə iştirak edib izahat versəydi daha düzgün olardı. Yenə vakansiyalar var, yaxşı olardı ki, cavabdeh təklif edərdi, onlarda barışıq əldə edib bu məhkəmə proseslərini sonlandırardılar. Onlar cavabdehə may ayından müraciət etmiş, müraciətlərə cavab verilmədiyi üçün iyul ayında teleqram da vurmuşlar. Lakin yenə müraciətləri cavabsız qalmışdır. Cavabdeh tərəf məhkəmə prosesinin başladığını görüb yanvarın 28-i onlara məktub göndərmiş, lakin məktubu kimin göndərdiyi ilə bağlı heç bir məlumat yoxdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, müdafiə etdiyi şəxs X8na dəfələrlə müraciət etmiş, teleqram vurmuş, lakin rəsmi cavab almamışdır. Qanunvericiliyə əsasən hər bir quruma daxil olan müraciətə baxılıb cavab verilməlidir. Cavabdehin cavab məktubunda isə hansı vəzifəli şəxs, hansı rəhbərlik tərəfindən göndərildiyi barədə məlumat yoxdur. Ona görə də müdafiə etdiyi şəxs həmin məktubdakı cavabı qəbul etmir. O, hesab edir ki, X8 qərəzli olaraq yanaşır və məktuba cavab verməməklə onun müdafiə etdiyi şəxsin hüquqlarını pozurlar. Hazırda hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Bu səbəbdən də, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı, cavabdeh məhkəməyə iddiaya etiraz və yazılı izahat təqdim edərək, göstərmişdir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinə kiçik kadr hevət işçilərinin işə qəbulu zamanı idarəetmənin təkmilləşdirilməsi, operativliyin və şəffaflığını təmin edilməsi, eləcə də vəzifəyə uyğun olaraq işə cəlb olunan işçi heyətinin tələb olunan keyfiyyətlərə malik olmasını təmin etmək məqsədi ilə “Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində kiçik kadr heyəti işçilərinin işə qəbulu Qaydaları” təsdiq edimışdır. Qaydalara görə işə qəbuledilmə prosesi vakant iş yerinin müəyyən edilməsi ilə başlayır və təhsil müəssisəsinin rəhbəri tərəfindən vakant yer dərhal X2 "Məşğulluq" altsistemində yerləşdirilir. Müsahibənin keçirilməsi üçün komissiya hər həftənin 5-ci günü saat 15:00-17:00-dək təşkil olunur. Yalnız X2 müvafiq İdarəsi tərəfindən göndəriş əldə etmiş namizəd(lər) müsahibə olunur. Müsahibə keçirilən gün müsahibədə iştirak edəcək namizədlərin siyahısı və şəxsi işləri müsahibə başlanmazdan əvvəl müsahibə komissiyasına təqdim edilir. Müsahibədə namizəd vakant vəzifənin tutulmasının ümumi şərtləri ilə müəyyən edilən tələblərə uyğun olaraq iştirak edə bilər. Müsahibədə üzrlü səbəblər olmadan iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (cari müsahibə üzrə) yeni müsahibənin keçirilməsinə yol verilmir. Bağçada boş olan texniki işçi vəzifəsi 1923628 sayla X3 "Məşğulluq" altsistemində yerləşdirilmişdir. Qaydalara əsasən iddiaçıya müsahibənin yeri, vaxtı və qaydası barədə məlumat onun mobil telefon nömrəsinə göndərilmişdir. Belə ki, iddiaçı yazılı olaraq 2 dəfə müsahibəyə dəvət olunmuşdur. Birinci müsahibəyə gələrək cavab verməkdən imtina etmişdir. Təkrar müsahibəyə çağırılsa da, lakin heç xəbərdarlıq etmədən müsahibəyə ümumiyyətlə gəlməmişdir. Bütün qaydalara əməl olunaraq müsahibə yekunlaşmışdır. Halhazırda 1923628 saylı vakant yer mövcud deyildir. Bundan başqa yazılı müraciətlərinə dəfələrlə şifahi, sonuncu dəfə xx.xx.2025-ci İl tarixdə yazılı cavab verilmişdir. Belə olan halda, iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas mövcud deyildir. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tan xdiqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM-in 88-ci maddəsi). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.2-ci maddəsi). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir MPM-in 77-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 yanvar tarixli Qərarında göstərilmişdir ki: “Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Konstitusiya Məhkəməsinin Plenumu da bir çox qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çixarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Odur ki, İddiaçı cavabdeh Xızı rayonu Sitalçay kənd uşaq bağçasına qarşı “müraciətə cavab verilməsi" tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuş Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə yazılı izahat təqdim edərək, göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 20 dekabr tarixli 3058 nömrəli və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasi Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” 2021-ci il 20 dekabr tarixli 3059 nömrəli sərəncamlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil naziri, cənab Emin Əmrullayev tərəfindən verilmiş xx.xx.2022-ci il tarıxi, F-99 saylı əmrə əsasən Nazirliyin yerli təhsil şöbələrinin balansında regional təhsil idarələri yaradılmışdır. Hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsi Sumqayıt Şəhəri və Abşeron, Xızı Rayonları üzrə Təhsil Şöbələrinin hüquqi varisidir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Kollegiyasının “22” oktyabr 2024-cü il tarixli, № KQ-15 saylı qərarına əsasən təsdiq edilmiş 3 nömrəli əlavə ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların Siyahısı” təsdiq edilmişdir. Həmin qərarın 2.93-cü bəndinə əsasən Xızı rayonu Sitalçay kənd uşaq bağçası Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Kollegiyasının 22 oktyabr 2024-cü il tarixlı, № KQ-15 saylı qərarına əsasən təsdiq edilmiş 3 nömrəli əlavə ilə "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxıl olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların Siyahısı” üzrə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan bütün təhsil müəssisələrinə kiçik kadr heyəti işçilərinin işə qəbulu zamanı idarəetmənin təkmilləşdirilməsi, operativliyin və şəffaflığın təmin edilməsi, eləcə də vəzifəyə uyğun olaraq işə cəlb olunan işçi heyətinin tələb olunan keyfiyyətlərə malik olmasını təmin ətmək məqsədi ilə xx.xx.2024-cü İl tarixli, 3-29-36/3-2-45F/2024 nömrəli əmrə əsasən "Abşeron- Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində kiçik kadr heyəti işçilərinin işə qəbulu Qaydaları” (bundan sonra Qaydalar) təsdiq edilmişdir. Qaydalarda aşağıdakılar qeyd edilmişdir: 1.2. bu Qaydalar Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinə kiçik kadr heyəti işçilərinin işə qəbulunu tənzimləyir. 1.4 Abşeron - Xızı Regional Təhsil İdarəsi (bundan sonra-ldarə) tabeliyində olan təhsil müəssisələrinə kiçik kadr heyətinin işə qəbulu İdarə tərəfindən müəyyənləşdirmiş bu Qaydalara uyğun olaraq təhsil müəssisəsinin rəhbəri tərəfindən həyata keçirilir. 1.5 Kiçik kadr heyətinə daxil olan vəzifələrin siyahısı aşağıdakılardır: 1.5.1 Anbardar, anbardar (alət anbarı üzrə), arxiv işçisi, aşpaz, avtobus sürücüsü, bağban, baş aşpaz, baş usta, bərbər, fəhlə (bina, avadanlıq və qurğuların cari təmiri üzrə), çəkməçi, çilingər, dalandar, dayə, dəllək, dərzi, dəyişək xidmətçisi, dəyişəklərə baxan, dülgər, elektromontyor, eşitmə kabinetinin təlimatçısı, gecə dayəsi, gözətçi, kiçik xidmətedici işçi, köməkçi fəhlə, komendant, mətbəx fəhləsi, mexanik, musiqı alətlərinin sazlayıcısı, ocaqçı, ocaqçı (peçqalayan) mövsümü, ortopedik aparatların təmiri üzrə usta, paltar təmiri üzrə tikişçi, paltarsaxlayan, paltarsaxlayan (mövsümü), paltaryuyan, paltaryuyan-maşinist, qabyuyan, qarderobçu, santexnik. səsgücləndirici aparatın təmiri üzrə usta, sobayandıran, sürücü, təmirçi-çilingər, texnik (binanın istismarı üzrə), usta, xadimə, yardımçı fəhlə, sanitar-dayə, xadimə-dayə, yataqxana üzrə növbətçi. 2.1 İşə qəbul müsahibə yolu ilə həyata keçirlir. Müsahibənin keçirilməsində məqsəd namizədin vakant vəzifə üzrə bilik səviyyəsini, peşə hazırlığını və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla, həmin vəzifəyə uyğunluğunu müəyyən etməkdir. 2.2 İşə qəbuledilmə üçün müsahibə komissiyası yaradılır. Müsahibə komissiyası üç nəfərdən az olmayan tək sayda üzvlərdən ibarətdir. Bu üzvlərdən ən azı birinin psixoloq olması tövsiyə edilir. Müəssisənin rəhbəri müsahibə komissiyasının sədri təyin edilir. 2.5 İşə qəbuledilmə prosesi vakant iş yerinin müəyyən edilməsi ilə başlayır və təhsil müəssisəsinin rəhbəri tərəfindən vakant yer dərhal X2 "Məşğulluq" altsistemində yerləşdirilir. 2.6. Müsahibənin keçirilməsi üçün komissiya hər həftənin 5-ci günü saat 15:00-17:00-dək təşkil olunur. Yalnız X2 müvafiq İdarəsi tərəfindən göndəriş əldə etmiş namızəd(lər) müsahibə olunur. Müsahibə keçirilən gün müsahibədə iştirak edəcək namizədlərin siyahisi və şəxsi işləri müsahibə başlanmazdan əvvəl müsahibə komissiyasına təqdim edilir. Müsahibədə namizəd vakant vəzifənin tutulmasının ümumi şərtləri ilə müəyyən edilən tələblərə uyğun olaraq iştirək edə bilər. Müsahibə başlanmazdan əvvəl namizəddən fakitiki yaşadığı ünvan və mobil telefon nömrəsi barədə ərizə alınır. 2.9 Müsahibə, namizədin razılığı ilə videoçəkiliş aparılmaqla keçirilir. İşəgötürən tərəfindən videoçəkilişin 3 (üç) ay ərzində məxfi şəraitdə qorunub saxlanılması təmin olunur. 2.10. Müsahibə başlanmazdan əvvəl namizədə izah edilir ki, müsahibənin nəticələri bərədə məlumat (sms) onun təqdim etdiyi mobil telefon nömrəsinə göndəriləcək. 2.11. Müsahibə Vahid X1 nəzərdə tutulmuş meyarlar əsasında namizədin vakant vəzifəyə uyğunluğunu müəyyən etmək üçün müsahibə komissiyasının ona suallar, tapşırıqlar verməsi və namizədin həmin sualları cavablandırması, tapşırıqları yerinə yetirməsi, habelə namizədin dinlənilməsi, müsahibə komissiyası üzvlərinin müşahidə aparması və qısa izahlar verməsi yolu də həyata keçirilir. 2.16. Namizəd aşağıdakı tələblərə riayət etməlidir: 2.16.1. müsahibənin aparılacağı yerə təyin edilmiş vaxtda gəlmək, 2.16.2 müsahibə komissiyasının üzvlərinə hörmətlə yanaşmaq, onların suallarını, tapşırıqlarını sonadək dinləmək, 2.16.3. suallara mahiyyət üzrə cavab vərməyə və tapşırıqları mümkün qədər qısa vaxtında yerinə yetirməyə çalışmaq: 2.16 4. üzrlü səbəb olmadan müsahibənin keçirildiyi otağı tərk etməmək, 2.16.5. Rabitə və digər texniki vasitələri müsahibənin keçirildiyi otağa gətirməmək. 2.17. Namizəd müsahibənin aparılacağı yerə müəyyən edilmiş vaxtda gəlmədikdə, müsahibə komissiyasının üzvləri tərəfindən onun müsahibədə iştirak etməməsi barədə akt tərtib edilir. 2.18. Müsahibədə üzrlü səbəblər olmadan iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (cari müsahibə üzrə) yeni müsahibənin keçirilməsinə yol verilmir. 2.19. Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (cari müsahibə üzrə) yeni müsahibənin keçirilməsinə yol verilir. İddiaçı xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Abşeron-Xızı Regional Təhsil İdarəsinə işlə təmin olunma barədə müraciətlər ünvanlamış, həmin müraciətlərə işə qəbul qaydalarının izah edilməsinə dair cavab məktubları qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilmişdir. Qaydalara görə işə qəbuledilmə prosesi vakant iş yerinin müəyyən edilməsi ilə başlayır və təhsil müəssisəsinin rəhbəri tərəfindən vakant yer dərhal X2 "Məşğulluq" altsistemində yerləşdirilir. Müsahibənin keçirilməsi üçün komissiya hər həftənin 5-ci günü saat 15:00- 17:00-dək təşkil olunur. Yalnız X2 müvafiq İdarəsi tərəfindən göndəriş əldə etmiş namizədi(lər) müsahibə olunur. Müsahibə keçirilən gün müsahibədə iştirak edəcək namizədlərin siyahısı və şəxsi işləri müsahibə başlanmazdan əvvəl müsahibə komissiyasına təqdim edilir. Müsahibədə namizəd vakant vəzifənin tutulmasının ümumi şərtləri ilə müəyyən edilən tələblərə uyğun olaraq iştirak edə bilər. Müsahibədə üzrlü səbəblər olmadan iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (cari müsahibə üzrə) yeni müsahibənin keçirilməsinə yol verilmir. Xızı rayonu Sitalçay kənd uşaq bağçası tərəfindən təqdim edilmiş məlumata əsasən bağçada boş olan texniki işçi vəzifəsi 1923628 sayla X2 "Məşğulluq" altsistemində yerləşdirilmişdir. Qaydalara əsasən iddiaçının müraciəti və göndərişi nəzərə alınaraq, müsahibənin yeri, vaxtı və qaydası barədə məlumat onun mobil telefon nömrəsinə göndərilmişdir. Belə ki, iddiaçı yazılı olaraq 2 dəfə müsahibəyə dəvət olunmuşdur. Birinci müsahibəyə gələrək videoqeydiyyatın aparılmasına razılıq verməməsi səbəbindən müsahibə baş tutmamışdır. İddiaçının müraciətləri nəzərə alınaraq təkrar müsahibəyə çağırılsa da, o, heç bir xəbərdarlıq etmədən müsahibəyə ümümiyyətlə gəlməmişdir. Hal-hazırda bağçada 1923828 saylı vakant yer mövcud deyildir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Azərpoçt MMC-nin 23.05.24-cü il tarixli qəbzindən görünür ki, iddiaçının Sitalçay kənd uşaq bağçasına ünvanladığı ərizə cavabdehə çatdırılması üçün həmin tarixdə qəbul edilmişdir. İşdə olan Sitalçay kənd uşaq bağçasının (imzalayan şəxsin kimliyi və vəzifəsi bilinməyən) İddiaçı ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq bildirilir ki, 3-29-36/3-2-45F/2024 nömrəli əmrə əsasən texniki işçilərin işə qəbulu müsahibə yolu ilə həyata keçirlir. İddiaçı yazılı olaraq 2 dəfə müsahibəyə dəvət olunmuşdur. Birinci müsahibəyə gələrək cavab verməkdən imtina edilmiş, təkrar müsahibəyə çağırılsa da, o, heç bir xəbərdarlıq etmədən müsahibəyə ümümiyyətlə gəlməmişdir. Hal-hazırda bağçada 1923828 saylı vakant yer mövcud deyildir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödəmişdir. Sumqayıt İnzıbatı Məhkəməsinin 2-1(118)-5618/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sitalçay kənd uşaq bağçasına qarşı “iddiaçının 23 may 2024-cü il tarixli müraciətinə cavab verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin qərarın 5.2-ci bəndində qeyd edilmişdir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından və mötəbər sübutlardan da göründüyü kimi iddiaçı 23 may 2024-cü il tarixdə onun işə qəbul edilməsinə köməklik göstərilməsi, əgər qəbul etmək istəmirlərsə bunun səbəblərini göstərməklə ona rəsmi cavab verilməsinə dair ərizə ilə Sitalçay kənd uşaq bağçasına müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya etiraz və yazılı izahatda iddiaçının müraciətinə dəfələrlə şifahi və yazılı cavab verildiyi qeyd edilsə də, bunu təsdiq edən hər hansı bir sübut əlavə olunmamış, məhkəməyə təqdim olunmuş Sitalçay kənd uşaq bağçasının İddiaçı ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubda isə imzalayan şəxsin kimliyi və vəzifəsinin göstərilmədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, vətəndaş cavabdehə ərizə ilə müraciət etmiş və onun bu müraciətinə cavab verilməsi cavabdehin vəzifəsidir. Belə ki, vətəndaşların müraciətlərinə yazılı cavab vermək qanunvericilikdə birbaşa müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. Həmin Qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.7-ci maddəsinə əsasən vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir. Həmin Qanunun 7.8-ci maddəsinə əsasən müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdehin ona edilmiş müraciətlərə cavab verməsi öhdəliyi qanunvericiliklə müəyyən edilmişdir. Hazırki işdə isə cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməsi müəyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sitalçay kənd uşaq bağçasının üzərinə iddiaçının "23 may 2024-cü il tarixli müraciətinə” cavab verilməsi vəzifə olaraq qoyulmalıdır. Məhkəmə həmçinin, iddianın 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona zərər vurmuşdur. Odur ki, iddia tələbi təmin olunduğundan, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi xərc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sitalçay kənd uşaq bağçasının üzərinə iddiaçının "23 may 2024-cü il tarixli müraciətinə” cavab verilməsi vəzifəsi qoyulsun. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sitalçay kənd uşaq bağçasından iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100,40 (yüz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar