Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № 2(068)-66/2021 14.10.2021 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi" tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 1257,12 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası 14 oktyabr 2021-ci il tarixə saat 09:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərər birlikdə geri qaytarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və işin baxılmamış saxlanılması məsələsinin müzakirəsini mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-66/2021
Xızı Rayon Məhkəməsi Qərardad — İş №2(068)-66/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver