Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-71/2022 18.05.2022 XIZI RAYON MƏHKƏMƏSİ X10 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi (Maraqlı şəxs) barədə ərizəsinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək (Maraqlı şəxs kimi göstərməklə) onun 09.01.1963-cü ildə, Ermənistan Respublikasının Amasiya rayonunun Quzukənd kəndində doğulmasının, atasının X9, anasının X3 olmasının qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 09.01.1963-cü ildə, Ermənistan Respublikasının Amasiya rayonunun Quzukənd kəndində anadan olmuş, doğumu barədə Amasiya rayonunda vətəndaşlıq vəziyyəti aktlarının qeydləri kitabında 10.01.1963-cü ildə, 6 nömrəli qeydiyyat aparılmış və həmin akt qeydi əsasında ərizəçiyə doğum haqqında şəhadətnamə verilmişdir. X2, anası isə X1r. Onun həm atası, həm də anası vəfat edib. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün olmadığından, ərizəçi köhnə pasportunu dəyişərək, şəxsiyyətini təsdiq edən yeni sənəd ala bilmir. Belə ki, ərizəçinin doğum haqqında şəhadətnaməsində doğum tarixində qaralama aşkar edildiyindən və arxiv sənədləri Ermənistan Respublikasında olduğundan doğum haqqında akt qeydini bərpa edərək, həmin məlumatları qeydiyyat şöbəsinin elektron sisteminə daxil etmək olmur. Şəxsiyyətini təsdiq edən sənədin olmaması və doğum haqqında akt qeydini bərpa edə bilməməsi ona hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Maraqlı şəxs cavab məktubu ilə doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Həmçinin, qeydiyyat şöbəsindən ona izah olunmuşdur ki, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etsin. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Doğum haqqında akt qeydinin bərpası ona yeni şəxsiyyət vəsiqəsi alması ilə bağlı lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Doğum haqqında şəhadətnaməyə əsasən ərizəçi 02.01.1963-cü ildə, Ermənistan Respublikasının Amasiya rayonunun Quzukənd kəndində anadan olmuşdur. Onun X2, anası X1r. İş materiallarına əlavə edilmiş SSRİ vətəndaşının pasportunun və hərbi biletin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, ərizəçinin təvəllüdü 09.01.1963cü il kimi qeyd edilmişdir. Xızı RİHB-nin Altıağac qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.03.2022-ci il tarixli, 49 nömrəli arayışdan görünür ki, ərizəçi həqiqətən Xızı rayonu, Altıağac qəsəbəsində yaşayır. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi haqqında ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 29.03.2022-ci tarixli, 05/Q-46/11 nömrəli məktubunda bildirmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Həmçinin, araşdırma zamanı doğum haqqında şəhadətnamənin doğum tarixi qrafasında qaralama və ziddiyyət olması, eləcə də şəxsiyyətini təsdiq edən sənədin olmaması müəyyən edilmişdir. Bu səbəbdən ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 21.02.1974-cü ildə, X4 isə 13.10.1970-ci ildə Ermənistanın Respublikasının Amasiya rayonunun Quzukənd kəndində anadan olmuşdur. Onların X2, anası isə X1r. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyeva (Əhmədova) Məlahət Məsim qızı ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır və yaşca ondan böyükdür. Onların atalarının adı X9, analarının adı isə X1r. Qardaşının təvəllüdü doğum haqqında şəhadətnamədə “02.01.1963-cü il” kimi qeyd edilsə də, əslində “09.01.1963-cü il”dir. Bu fakt ərizəçiyə məxsus köhnə pasport və hərbi biletlə də, təsdiq olunur. Bundan başqa, onlar həmişə qardaşının doğum gününü 09 yanvarda qeyd etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abbasova (Əhmədova) Zahidə Məsim qızı bildirdi ki, ərizəçinin bacısıdır. Onların atalarının adı X6r. Ərizəçi həqiqətən 09.01.1963-cü ildə anadan olmuşdur. Analarının adı isə X1r Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi onun doğumun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş edir. O, həmin faktı təsdiq edən sənədi almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etmiş, lakin qeydiyyat orqanı ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər əsasında ərizəçinin 09.01.1963-cü ildə, Ermənistan Respublikasının Amasiya rayonunun Quzukənd kəndində anadan olması, atasının X9, anasının X3 olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və ərizəçinin doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 09.01.1963-cü ildə, Ermənistan Respublikasının Amasiya rayonunun Quzukənd kəndində anadan olması, atasının X9, anasının X3 olmasının qeyd edilməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(068)-71/2022
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-71/2022
18.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver