Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-85/2020 03.09.2020 XIZI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Cəfərov Cəfər Məmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "şəhadətnamənin ləğv edilməsi" tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "şəhadətnamənin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xızı rayon X2 xx xxxx 1998-ci il tarixli, 14 saylı qərarı ilə 0,12 ha torpaq sahəsinin mərhum X5 mülkiyyətinə verilməsinə dair JN seriyalı, 022A nömrəli, 30607018 kodlu şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, ali təhsilli, kənd təsərrüfatı üzrə ixtisaslı aqronom olmaqla, daimi torpağa bağlı olduğundan Bakı şəhəri, Ramanı kəndində yerləşən evini satıb Xızı rayonunda məskunlaşmaq və təsərrüfatla məşğul olmaq istəmişdir. Bu məqsədlə də, hər dəfə Xızı rayonuna gəlib-gedərkən ev alqı-satqısı ilə maraqlanmışdır. Növbəti dəfə Xızı rayonunda olarkən rayon ərazisində hərbi xidmətdə olan və işləyən Cavabdeh1 ilə tanış olmuşdur. Elmirə münasib yerdən ev almaq istədiyini danışarkən, sonuncu onun Xızı rayonunun Qarabulaq kəndində satılacaq evi olmasını və hərbi xidməti başa çatdığından həmin evi razılıq əsasında müvafiq qiymətə ona sata bilməsini demişdir. Bundan sonra, onlar Qarabulaq kəndinə gedərək Elmirin satmaq istədiyi evə baxmış və evin alqı-satqısı ilə şifahi razılaşdıqdan sonra növbəti günü hər ikisi Sumqayıt şəhərində yerləşən “ASAN” xidmət mərkəzinə gedərək orada notariat kontorunda evin alqı-satqısını rəsmiləşdirmişlər. Daha sonra, notariat kontorunda onların arasında daşınmaz əmlakın alqı-satqısına dair xx xxxxx 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli müqavilə bağlanmışdır. Həmin tarixdən sonra adı çəkilən ev onun istifadəsinə verilmiş və mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən hüquqların dövlət qeydiyyatı barədə xx xxx 2016cı il tarixli, ******* saylı çıxarış verilmişdir. Aldığı ev daimi yaşayış üçün bir o qədər də yararlı olmadığından o, həmin evdə tikinti-bərpa işləri aparmış, bundan sonra arvadı ilə birlikdə həmin evə köçmüş və bu günə kimi də orada yaşayırlar. Hazırda qanuni əsaslarla aldığı və tikintisini başa çatdırdığı həmin ev yaşayış üçün tam yararlı vəziyyətdə olmaqla, onun mülkiyyətindədir və həyətyanı torpaq sahəsi ilə birlikdə ümumi yaşayış sahəsi 82,6 kv.metrdir. Bir müddət həmin evdə yaşadıqdan sonra isə bilmişdir ki, aldığı ev xüsusi mülkiyyətçi kimi onun ixtiyarında olsa da, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzərində də mülkiyyət hüququ qeydiyyata alınmalı və tanınmalıdır. Belə ki, o, fərdi yaşayış evini Cavabdeh1 həyətyanı torpaq sahəsi ilə birlikdə aldığından və notariat kontorunda evə dair alqı-satqı müqaviləsi bağlanarkən elə bilmişdir ki, həyətyanı torpaq sahəsi də onun adına rəsmiləşdirilmişdir. Bu məqsədlə də, evi satın aldığı Cavabdeh1 ilə görüşüb məsələyə aydınlıq gətirərkən məlum olmuşdur ki, aldığı fərdi yaşayış evinin ilk mülkiyyətçisi Qarabulaq kənd sakini X8 olmuş, həmin ev sonuncu tərəfindən Cavabdeh1 satılmış, hazırda Bəsti Rəfıyeva vəfat etdiyindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də sonuncunun adında qalmışdır. Bundan sonra, həmin həyətyanı torpaq sahəsinə hər hansı bir şəxsin iddialı olmadığını nəzərə alaraq, 0,12 ha torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X7 müraciət etmiş, lakin müsbət cavab ala bilməmişdir. Belə ki, həmin idarənin xx xxxxxxx 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, kadastr məlumat bazasına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi vətəndaş X6 məxsus JN-022A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün ərizəsinin icrası mümkün deyildir. Daha sonra, fərdi yaşayış evinin ilk mülkiyyətçisi olmuş mərhum Bəsti Rəfıyevanın hüquqi varisi olan Cavabdeh2 yaşadığı ünvanı müəyyən etmiş, lakin sonuncu vaxtının olmadığını bildirərək, notariusa getməkdən imtina etmişdir. Bu səbəbdən də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, ancaq məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və hazırki iddia ilə əlaqəsi olmadığını bildirmişdir. Digər Cavabdeh1 da, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, da məhkəmə iclasına gəlməmiş, ancaq məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, İddiaçı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinə, eləcə də torpağın iddiaçının adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iclasın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Beləliklə, məhkəmə, mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq iddianın Cavabdeh1 tərəfindən etiraf edilməsi Mülki qanunvericiliyinə zidd olduğundan və həmin cavabdeh hazırkı iddiaya cavab verməli olan şəxs olmadığından qəbul etməmiş və işə mahiyyəti üzrə baxılmasını davam etdirmişdir. Belə ki, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən xx xxxxxx 2001-ci il tarixdə verilmiş JN seriyalı, 022A nömrəli, 30607018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən aydın olur ki, Xızı rayon X2 xx xxxx 1998-ci il tarixli, 14 nömrəli qərarı ilə 0,12 ha torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. İşdə olan Xızı rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə verilmiş ölüm haqqında akt qeydinin surətindən görünür ki, X8 xx xxxxxx 2004-cü il tarixdə ağ ciyər çatmamazlığından ölmüş və bu barədə xx xxxxxx 2004-cü il tarixdə 8AZ-1 seriyalı, 004982 nömrəli şəhadətnamə verilmişdir. İşdə olan xx xxxxx 2016-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 (əvəzinə nümayəndəsi X1) Xızı rayonu, Qarabulaq kəndində yerləşən ümumi sahəsi 82,6 kv.metr olan 4 otaqlı fərdi yaşayış evini 5400 manata İddiaçı satmış, həmin müqavilə Sumqayıt «ASAN xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. İşdə olan xx xxx 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xızı rayonu, Qarabulaq kəndində yerləşən ümumi sahəsi 82,6 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 07 nömrəli reyestr kitabının 07 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının Xızı rayonu, Qarabulaq kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış, kadastr məlumat bazasına əsasən iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin X6 məxsus JN-022A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü üçün ərizənin icrası mümkün olmamışdır. İşdə olan xx xxxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, eləcə də tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olundu ki, İddiaçı Xızı rayonunun Qarabulaq kəndində yerləşən fərdi yaşayış evini xx xxxxx 2016-cı il tarixdə Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında almış və həmin fərdi yaşayış evi xx xxx 2016-cı il tarixdə mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin, Xızı rayon X2 xx xxxx 1998-ci il tarixli, 14 nömrəli qərarı ilə, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən xx xxxxxx 2001-ci il tarixdə verilmiş JN seriyalı, 022A nömrəli, 30607018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən həmin 0,12 ha torpaq sahəsi Cavabdeh1 əvvəlki mülkiyyətçinin, yəni X5 adına qeydə alınmışdır. Həyətyanı torpaq sahəsinin mülkiyyətçisi Bəsti Rəfıyeva isə xx xxxxxx 2004-cü il tarixdə vəfat etmişdir. Bundan sonra, İddiaçı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X7 müraciət etməsinə baxmayaraq, kadastr məlumat bazasına əsasən iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin X6 məxsus JN-022A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında qeydə alınmış torpaq sahəsi ilə üstüstə düşdüyü üçün ərizənin icrası mümkün olmamışdır. Bundan əlavə, Xızı rayonu Qarabulaq kəndi ərazisində 0,12 ha torpaq sahəsi Xızı rayon X2 xx xxxx 1998-ci il tarixli, 14 nömrəli qərarı ilə mərhum Bəsti Rəfıyevaya verilmişdir. Həmin qərarın hazırda da qüvvədə olması işin materialları ilə təkzib olunmur. Belə ki, Xızı rayon X2 xx xxxx 1998-ci il tarixli, 14 nömrəli qərarının iddiaçı tərəfindən mübahisələndirilməsinə dair məhkəməyə hər hansı bir sübut və ya sənəd təqdim edilməmişdir. Belə olan halda mübahisəli daşınmaz əmlaka münasibətdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 daşınmaz əmlaka hüquqların qeydiyyatını həyata keçirən və ya ləğv edən şəxs olmadıqlarından onlar iddiaçı qarşısında hər hansı öhdəlik daşımırlar və hazırkı iş üzrə əsl cavabdeh deyillər. Başqa sözlə məhkəmə İddiaçı iddiasına ilk növbədə, onun cavabdehlər qismində göstərdikləri şəxslərin bu iddiaya cavab verməli olan şəxslər olubolmadığı kontekstində qiymət verərək hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 İddiaçı hazırkı iddiasına cavab verməli olan şəxslər deyillər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ali Məhkəmənin anoloji işlər üzrə qərarlarında da qeyd olunduğu kimi istinad olunan prosessual hüquq normasının dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır... Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı iddiasına cavab verməli olan şəxslər olmadığından hazırkı iş üzrə iddiaçı onlara qarşı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırkı hərəkətlərinə hüquqi ixtiyarı olsa da, onun Cavabdeh2 və Cavabdeh1 tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, prosessual qanunvericiliyə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh ola bilərlər. Qeyd olunduğu kimi, mübahisəli daşınmaz əmlaka münasibətdə Cavabdeh2 və Cavabdeh1 daşınmaz əmlaka hüquqların qeydiyyatını həyata keçirən və ya ləğv edən şəxslər olmadıqlarından onlar iddia tələbi üzrə cavabdeh ola bilməzlər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə belə qənaətə gəlir ki, mərhum X9 rayonunun Qarabulaq kəndi ərazisində 0,12 ha torpaq sahəsinin ayrılmasına dair Xızı rayon X2 xx xxxx 1998-ci il tarixli, 14 nömrəli qərarı iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, eləcə də, ləğv edilməməklə hazırda da qüvvədə olduğundan, iddiaçı hazırkı tələb ilə bağlı hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "şəhadətnamənin ləğv edilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216, 220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "şəhadətnamənin ləğv edilməsi" tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(068)-85/2020
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-85/2020
03.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver