Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № 2(068)-92/2024 02.04.2024 XIZI RAYON MƏHKƏMƏSİ X13 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi (Maraqlı şəxs) barədə ərizəsinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək (Maraqlı şəxs kimi göstərməklə) onun xx.xx.1973-cü il tarixdə Xocavənd rayonu, Domi kəndində anadan olması haqqında doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1973-cü il tarixdə Xocavənd rayon, Domi kəndində anadan olmuşdur. Atası X1 rayonunda anadan olmuş və 13 noyabr 2006cı il tarixdə vəfat etdiyi günədək Xızı rayonunda müvəqqəti yaşamışdır. Bu barədə xx.xx.2006-cı il tarixli, AZ-İ 158926 nömrəli ölüm haqqında şəhadətnamənin surətini və Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə dövlət Komitəsinin Abşeron və Xızı rayonları bölməsinin 256 saylı, xx.xx.2023-cü il tarixli arayışını əlavə etmişdir. X4 02 iyun 2014-cü il tarixdə beyinin işemik insultu xəstəliyindən vəfat etdiyi günədək Xızı rayonunda müvəqqəti yaşamışdır. Bu barədə xx.xx.2014-cü il tarixli, AZ-İ 683740 nömrəli ölüm haqqında şəhadətnamənin surətini ərizəyə əlavə etmişdir. Xocavənd rayonunun işğalı ilə bağlı ərizəçinin bütün ailə üzvləri Xızı rayonunda məskunlaşmışdır. Bununla bağlı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə dövlət Komitəsinin Abşeron və Xızı rayonları bölməsinin 300 saylı, xx.xx.2023-cü il tarixli və 256 saylı, xx.xx.2023-cü il tarixli arayışlarını ərizəyə əlavə etmişdir. Ərizəçinin şəxsiyyət vəsiqəsi olmasına baxmayaraq doğum haqqında şəhadətnaməsi işğal zamanı Xocavənd rayonunda qalmışdır. Bununla bağlı, yəni doğum haqqında şəhadətnamənin alınması ilə bağlı ərizəçi tərəfindən Asan xidmət mərkəzinə və Maraqlı şəxsnə müraciət olunmuş, lakin Xocavənd rayonu işğal olunan dövrdə olan bütün arxiv sənədləri orada qaldığı üçün doğum haqqında şəhadətnamənin dublikatının verilməsi və doğum haqqında akt qeydinin bərpasına dair xahişinin təmin olunması mümkün deyildir. Bu səbəbdən də, məhkəməyə müraciət olunma zərurəti yaranmışdır. Bununla bağlı ərizəçi tərəfindən Bakı İnzibati Məhkəməsinə doğum haqqında şəhadətnamənin dublikatının (təkrar) verilməsi vəzifəsinin 7 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə müraciət olunmuş, lakin Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 14254/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkünsüz sayılmışdır. Ərizəçi əlavə olaraq göstərmişdir ki, X2na Xızı rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə torpağın mülkiyyətinə verilməsi haqqında şəhadətnamə əsasında 12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onun adına vərəsəlik qaydasında keçirilməsi üçün doğum haqqında şəhadətnaməsi lazımdır. Məhkəmənin iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya sistemindəki şəxsi məlumatlardan görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Xocavənd rayonu, Domi kəndində doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, ərizəçinin atası X8 xx.xx.2006-cı ildə, X4 isə xx.xx.2014-cü ildə Xızı şəhərində vəfat etmişdir. Bu barədə Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri kitabında müvafiq qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Abşeron və Xızı rayonları bölməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 300 nömrəli arayışdan görünür ki, Xocavənd rayonundan məcburi köçkün Ərizəçi həqiqətən Xızı rayonunda müvəqqəti məskunlaşmışdır. İşdə olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-xx-xx/2023 nömrəli məktubunda Ərizəçi bildirilmişdir ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hazırda müvafiq sənədlər təqdim edilmədiyindən doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (311.). Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır;-ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. İşdən göründüyü kimi ərizəçi onun doğum akt qeydinin bərpa edilməsini xahiş edir. O, həmin faktı təsdiq edən sənədi almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etmiş, lakin qeydiyyat orqanı ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”in 13 və 14-cü bəndlərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və kosulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Xocavənd rayonu, Domi kəndində doğulması təqdim olunmuş sənədlərlə (şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamə) tam təsdiq olunur, bu halda doğum akt qeydinin bərpasının qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamış və ərizəçi qeyd olunan lazımi sənədi başqa qaydada ala bilmir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1973-cü il tarixdə Xocavənd rayonu, Domi kəndində anadan olması haqqında doğum akt qeydi bərpa edilməli, Ərizəçi doğumu haqqında akt qeydində doğum tarixi xx.xx.1973-cü il, doğulduğu yer Xocavənd rayonu, Domi kəndi, atası X8, X4 yazılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1973-cü il tarixdə Xocavənd rayonu, Domi kəndində anadan olması haqqında doğum akt qeydi bərpa edilsin. Ərizəçi doğumu haqqında akt qeydində doğum tarixi xx.xx.1973-cü il, doğulduğu yer Xocavənd rayonu, Domi kəndi, atası X8, X4 yazılsın. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(068)-92/2024
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №2(068)-92/2024
02.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver