Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-112/2023 06.07.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1974-cü ildə Xocavənd (keçmiş Martuni) rayonunun Qaradağlı kəndində anadan olmasının, soyadının Kərimov, adının Hüseyn, ata adı X13, ana adının isə X4 olmasının qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1974-ci ildə Xocavənd (keçmiş Martuni) rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Onun doğum şəhadətnaməsini valideyinləri Xocavənd (keçmiş Martuni) rayonunun VVAD Qeydiyyatı Şöbəsindən almışlar. Onun doğum şəhadətnaməsində adı Hüseyn, soyadı Kərimov, ata adı X13, ana adı isə X1 qeyd edilmişdir. Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq yaşadığı Xocavənd rayonunun Qaradağlı kəndi 17 fevral 1992-ci ildə erməni işğalçıları tərəfindən işğal edilən zaman ona məxsus doğum şəhadətnaməsi evdə qalaraq yanmışdır. Xocavənd rayonunun, Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışında qeyd edilmişdir ki, o, Ərizəçi xx xxxxxx 1974-cü ildə Xocavənd rayonunun, Qaradağlı kəndində anadan olmuş, milliyəti azərbaycanlı, atası X13, milliyyəti azərbaycanlı, anası X4, milliyəti azərbaycanlı olmuşdur. Onun xx xxxxxx 1974-ci ildə Xocavənd rayonunun, Qaradağlı kəndində anadan olmağını Xocavənd rayonunun, Qaradağlı kənd sakinləri X12, X14 və X10 məhkəmədə şahid qismində iştirak edərək təsdiq edə bilərlər. Ona aid sənədlər barədə Xocavənd rayon Dövlət Arxiv İdarəsinə müraciət etmiş, ona verilən arayışda qeyd edilmişdir ki, Xocavənd (keçmiş Martuni) rayonu Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunduğu üçün WAQ (X3m Qeydiyyatı) sənədləri Xocavənd rayon Dövlət Arxiv idarəsinə təhvil verilməmişdir. Bununla bağlı doğum akt qeydindən çıxarış almaq üçün Maraqlı şəxsnə müraciət edərkən, ona doğum haqqında akt qeydininin qeydə alınmasından imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də, onun xx xxxxxx 1974-cü ildə Xocavənd (keçmiş Martuni) rayonunun Qaradağlı kəndində anadan olmasının, soyadının Kərimov, adının Hüseyn, ata adı X13, ana adının isə X4 olmasının qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında Maraqlı şəxs lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, xx.xx.2023-cü il tarixdə, saat 12:00-a təyin olunmuş, Ərizəçi «doğum qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ASAN 4 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Xocavənd rayonunun, Qaradağlı kəndində doğulmuş, Xocavənd rayonunun, Qaradağlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Xocavənd rayonunun İHB-nın Qaradağlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 114 saylı arayışından görünür ki, Xocavənd rayonu, Qaradağlı kənd sakini Ərizəçi həqiqətən hal-hazırda məcburi köçkün kimi müvəqqəti olaraq Bakı şəhərb, Suraxanı rayonu, Yeni Günəşli massivi B, bina 5, mənzil 161-də məskunlaşıb yaşayır. İş materiallarında olan Xocavənd rayonunun İHB-nın Qaradağlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 may 2023-cü il tarixli, 125 saylı arayışından görünür ki, Xocavənd rayonu, Qaradağlı kənd sakini, məcburi köçkün Ərizəçi həqiqətən xx.xx.1974-cü il tarixdə (keçmiş Martuni) indiki Xocavənd rayon, Qaradağlı kəndində anadan olmuş, milliyyəti azərbaycanlı, atası 01 01.1940-cı il təvəllüdlü X13, milliyyəti azərbaycanlı, anası 12 03.1938-ci il təvəllüdlü X4, milliyyəti azərbaycanlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Xocavənd rayon Dövlət Arxivinin 11 aprel 2023-cü il tarixli, 3-48-21KA/2-K-6-33/2023 saylı araışından görünür ki, Xocavənd (keçmiş Martuni) rayonu 02 oktyabr 1992-ci il tarixdə Ermənistan işğalçıları tərəfindən işğal olunduğu üçün VVAQ (X3 Qeydiyyatı) sənədləri Xocavənd rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 37 saylı rəyindən görünür ki, Ərizəçi doğum haqqnda bərpa akt qeydinin qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə AZE seriyalı 09730254 nömrəli şəxsiyyət vəsiqəsinin daşıyıcısı Xocavənd rayon (keçmiş Martuni rayon) Qaradağlı kəndində doğulmuş, hal-hazırda Xocavənd rayon, Qaradağlı kənd sakini xx.xx.1960-cı il təvəllüdlü X12, AZE seriyalı 18678237 nömrəli şəxsiyyət vəsiqəsinin daşıyıcısı Xocavənd rayon (keçmiş Martuni rayon) Qaradağlı kəndində doğulmuş, hal-hazırda Xocavənd rayon, Qaradağlı kənd sakini xx.xx.1951-ci il təvəllüdlü X15, AZE seriyalı 09937992 nömrəli şəxsiyyət vəsiqəsinin daşıyıcısı Xocavənd rayon (keçmiş Martuni rayon) Qaradağlı kəndində doğulmuş, hal-hazırda Xocavənd rayon, Qaradağlı kənd sakini xx.xx.1960-cı il təvəllüdlü X10 tərəfindən tərtib edilmiş və Xocavənd rayon İHB-nin Qaradağlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Ərizəçi şəxsən tanıyırlar. Həqiqətən o, xx.xx.1974-cü ildə Xocavənd rayon (keçmiş Martuni rayon) Qaradağlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. İş materiallarında olan Martuni rayon Qaradağlı kənd Soveti tərəfindən 15 oktyabr 1958-ci il tarixdə verilmiş ИE 257926 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X5 arasında nikah xx.xx.1958-ci ildə bağlanmış və 14 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan Beyləqan RPŞ tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZE seriyalı 00712352 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 XX.XX.1940-cı ildə Xocavənd rayonunun, Qaradağlı kəndində doğulmuş, Xocavənd rayonunun, Qaradağlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Beyləqan RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 02461951 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1938-ci ildə Xocavənd rayonunun, Qaradağlı kəndində doğulmuş, Xocavənd rayonunun, Qaradağlı kəndində qeydiyyatdadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Ərizəçi onun həmkəndlisidir. Ona qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, Ərizəçi həqiqətən xx.xx.1974-cü ildə Xocavənd rayon (keçmiş Martuni rayon) Qaradağlı kəndində doğulmuş və milliyyəti azərbaycanlıdır. Kərimov X11 rayonunun, Qaradağlı kəndində yaşamış və həmkəndli kimi yaxın münasibətləri olmuşdur. X18 hadisələri ilə əlaqədar olaraq Xocavənd rayonunun, Qaradağlı kəndi 17 fevral 1992-ci ildə erməni işğalçıları tərəfindən işğal edilən zaman Ərizəçi doğum şəhadətnaməsi kənddəki evində qalaraq yanmışdır. Həqiqətən Ərizəçi atası Xocavənd rayon (keçmiş Martuni rayon) Qaradağlı kənd sakini 01 01.1940-cı il təvəllüdlü X13, anası isə Xocavənd rayon (keçmiş Martuni rayon) Qaradağlı kənd sakini 12 03.1938-ci il təvəllüdlü X2r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 və X10 şahid X7 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçinun doğum şəhadətnaməsi məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq Xocavənd rayonunun Qaradağlı kəndi 17 fevral 1992-ci ildə erməni işğalçıları tərəfindən işğal edilən zaman kənddə evində qalaraq yanmışdır. Ərizəçi xx xxxxxx 1974-cü ildə Xocavənd (keçmiş Martuni) rayonun Qaradağlı kəndində doğulmuş, milliyyəti azərbaycanlı, atası 01 01.1940-cı il təvəllüdlü X13, milliyyəti azərbaycanlı, anası 12 03.1938-ci il təvəllüdlü X4, miliyyəti azərbaycanlıdır. Azərbaycan Respublikası MPM-nin 307.2-ci və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310-cu maddəsi əsasında, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə müvafiq olaraq, uşağın anadan mənşəyi (analıq) tibb müəssisəsində ananın uşağı doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda isə tibb sənədləri, şahid ifadələri və ya digər sübutlar əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə uyğun olaraq, X3 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə uyğun olaraq, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.1974-cü ildə Xocavənd rayon (keçmiş Martuni rayon) Qaradağlı kəndində doğulması, soyadının Kərimov, adının Hüseyn, atasının X13, anasının X4 olması faktı ərizəçinin izahatı, şahidlərin ifadələri və işin digər halları ilə sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır, təmin edilməli və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalı, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi xx.xx.1974-cü ildə Xocavənd rayon (keçmiş Martuni rayon) Qaradağlı kəndində doğulması faktı müəyyən edilsin, doğum akt qeydində ata qrafasında - X13, ana qrafasında – X4, milliyyəti - azərbaycanlı kimi qeyd edilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-112/2023
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-112/2023
06.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver