Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-117/2024 09.07.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1982-ci ildə Xocavənd rayonu, Xocavənd kəndində doğulması faktının müəyyən edilməsi, soyadının Quliyev, adının Namiq, ata adının Vaqif, ata qrafasında X15, ana qrafasında X13, millyətinin isə azərbaycanlı yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1982-ci ildə Xocavənd rayonunda anadan olmuşdur. Məcburi köçkündür və hazırda müvəqqəti olaraq Bakı şəhərində məskunlaşmışdır. Onun doğum haqqında şəhadətnaməsi Xocavənd rayonundan alınsada məlum Qarabağ müharibəsi ilə əlaqədar kötükdən doğum haqqında şəhadətnamə alması mümkün olmamışdır. Buna görə də, doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən doğum akt qeydinin verilməsindən imtina edilmişdir. Bu faktın təsdiqinin məhkəmədən kənar müəyyən edilməsi mümkün deyildir. Hazırda doğum şəhadətnaməsi olmadığı üçün problemlərlə üzləşir. Ona görə də, onun xx xxxxxx 1982-ci ildə Xocavənd rayonu, Xocavənd kəndində doğulması faktının müəyyən edilməsi, soyadının Quliyev, adının Namiq, ata adının Vaqif, ata qrafasında X15, ana qrafasında X13, millyətinin isə azərbaycanlı yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında Maraqlı şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin Maraqlı şəxs məktub göndərərək, 09 iyul 2024-cü il tarixdə, saat 12:00-a təyin olunmuş Ərizəçi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi (fərdi identifikasiya nömrəsi xxxxxxx) xx.xx.1982-ci ildə doğulmuşdur. İş materiallarında olan AA seryalı 218304 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1992-ci ildə Xocavənd rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarında olan AZ-İİ seryalı 319416 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2023-cü ildə Yarımkülələrin qabıqaltı nahiyəsinə beyindaxili qansızmasından ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ seryalı 338628 nömrəli arayışdan görünür ki, X15 xx.xx.1991-ci ildə odlu silahlardan atılan atəş nəticəsində kəllə sümüklərinin sınması nəticəsində ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 497 saylı rəyindən görünür ki, Ərizəçi doğumu haqqnda bərpa akt qeydinin qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan Xocavənd rayon İHB-nın Xocavənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-52-5/2-162/2024 saylı arayışından görünür ki, Xocavənd rayonu, Xocavən kənd sakini Ərizəçi həqiqətən xx.xx.1982-ci il tarixdə Xocavənd rayonu, Xocavənd kəndində doğulmuşdur. Hal-hazırda Binəqədi rayonu 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi 19, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin yataqxanası ev 274 ünvanda məskunlaşıb yaşayır. Atası X2 rayonu, Xocavənd kənd sakini olmuş və xx.xx.1991-ci il tarixdə vəfat etmiş, milliyyəti azərbaycanlıdır. Anası X1 rayonu, Xocavənd kənd sakini olmuş və xx.xx.2023-cü il tarixdə vəfat etmiş, milliyyəti azərbaycanlıdır. İş materiallarında olan X10, X4 və X7 tərəfindən tərtib edilmiş və Xocavənd rayon İHB-nin Xocavənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Ərizəçi xx.xx.1982-ci ildə Xocavənd rayonu, Xocavənd kəndində doğulmuşdur. Atası X2 rayonu, Xocavənd kənd sakini olmuş və xx.xx.1991-ci il tarixdə vəfat etmiş, milliyyəti azərbaycanlıdır. Anası X1 rayonu, Xocavənd kənd sakini olmuş və xx.xx.2023-cü il tarixdə vəfat etmiş, milliyyəti azərbaycanlıdır. İş materiallarında olan Ağcabədi DSMF-nin rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 007230 nömrəli vəsiqənin surətindən görünür ki, X14 şəhid ailəsidir. İş materiallarında olan Xocavənd rayon İHB-nın Xocavənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-52-5/2-164/2024 saylı arayışından görünür ki, Xocavənd rayonu, Xocavən kənd sakini, Ərizəçi X5 xx.xx.1991-ci il tarixdə ermənilər tərəfindən atılan güllə yarası alaraq şəhid olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Ona qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, Ərizəçi həqiqətən xx.xx.1982-ci ildə Xocavənd rayonu, Xocavənd kəndində doğulmuş və milliyyəti azərbaycanlıdır. X21 hadisələri ilə əlaqədar olaraq Xocavənd rayonu, Xocavənd kəndi erməni işğalçıları tərəfindən işğal edilən zaman Ərizəçi da doğum şəhadətnaməsi kənddəki evlərində qalmışdır. Həqiqətən Ərizəçi atası Xocavənd rayonu (keçmiş Martuni rayonu) Xocavənd kənd sakini X15, anası isə Xocavənd rayonu (keçmiş Martuni rayonu) Xocavənd kənd sakini X8r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X6 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi doğum şəhadətnaməsi məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq Xocavənd rayonu, Xocavənd kəndi 19 noyabr 1991-ci ildə erməni işğalçıları tərəfindən işğal edilən zaman kənddə evində qalmışdır. Ərizəçi xx.xx.1982-ci ildə Xocavənd rayonu, Xocavənd kəndində doğulmuş, milliyyəti azərbaycanlı, X5, milliyyəti azərbaycanlı, X3, miliyyəti azərbaycanlıdır. Azərbaycan Respublikası MPM-nin 307.2-ci və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310-cu maddəsi əsasında, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə müvafiq olaraq, uşağın anadan mənşəyi (analıq) tibb müəssisəsində ananın uşağı doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda isə tibb sənədləri, şahid ifadələri və ya digər sübutlar əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə uyğun olaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə uyğun olaraq, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.1982-ci ildə Xocavənd rayonu (keçmiş Martuni rayonu) Xocavənd kəndində doğulması, soyadının Quliyev, adının Namiq, atasının X15, anasının X13 olması faktı ərizəçinin izahatı, şahidlərin ifadələri və işin digər halları ilə sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır, təmin edilməli və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalı, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi xx.xx.1982-ci ildə Xocavənd rayonu (keçmiş Martuni rayonu) Xocavənd kəndində doğulması faktı müəyyən edilsin, doğum akt qeydində ata qrafasında - X15, ana qrafasında - X13, milliyyəti - azərbaycanlı kimi qeyd edilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-117/2024
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-117/2024
09.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver