Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-120/2025 04.06.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı “istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsindən onun 2013-2023-cü illər ərzində idarənin əmr kitablarının yoxa çıxarılması və bu illər ərzində görülən işlərin sistemə yerləşdirilməməsi sayəsində istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə ödənilməmiş (2022-ci ildən başqa) qalan bütün məzuniyyət pullarının ala bilməyi üçün həm məzuniyyət pullarının hesablanıb verilməsini və 2023-cü ildən bu günə qədər əmr kitablarının yoxa çıxarılması ilə bağlı bütün dövlət qurumlarına vurduğu teleqram və göndərdiyi məktublara sərf etdyi cəmi 160 manat pulun, eləcədə bununla bağlı X12 Xidmətinin Qarabağ Regional Xidmətinə qəbula görə 9 dəfə getməyi ilə bağlı və X6 baş ofisinə iki dəfə getməyi ilə bağlı sərf etdiyi 280 manat yol xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmsını və Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar idarəsinin 2013-2021-ci ilin dekabr ayına kimi idarənin əmr kitablarının hansı səbəbdən idarədə olmaması, təhvil-təslim edilməməsi və yoxa çıxarılması ilə bağlı yoxlamalar aparılması üçün Ağcabədi rayon prokurorluğuna sorğu göndərilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü ildə Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsində fəhlə işinə qəbul edilmiş, xx.xx.2014-cü ildə fəhlə işindən kompyuter işinə keçirilmişdir. Daha sonra 2022-ci ilin yanvar ayında inspektor vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixə kimi Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsində inspektor vəzifəsində işləmiş və eyni zamanda kargüzar işlərini icra etmişdir. O, xx.xx.2013-ci ildən işdən azad edildiyi günə kimi olan müddət ərzində heç vaxt məzuniyyətə çıxmamış və bütün il ərzində məzuniyyət hüququndan istifadə etməmişdir. Cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin 16 yanvar 2023-cü il tarixli, 07 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, inspektor vəzifəsindən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı X7 alt sistemində araşdırma aparılmış, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə deyil, 68.2-ci maddəsinin “a” bəndi (tərəflərin 1-nin təşəbbüsü ilə) verildiyini ortaya çıxarmışdır. Belə ki, hazırkı iddia tələbindən əvvəl cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı işə bərpa tələbinə dair qaldırdığı iddia tələbinə məhkəmədə baxılarkən bu sənədləri məhkəməyə təqdim etmiş, lakin onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanunsuz azad etməsinə dair işinə baxılmışdır. Cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin müdiri həmin idarəyə müdir təyin olunduqdan sonra onu işdən azad etmək üçün təzyiq göstərməyə başlamış və onu narazı salmaqla, qanunsuz hərəkətlərə yol vermişdir. Lakin işdən azad edilsədə, cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin müdiri S.Səfərov onun 2013-cü ildən 2023-cü ilə kimi olan müddət ərzində ödənilməmiş qalan məzuniyyət pullarını ödəməmişdir. Yalnız 2023-cü ilin 16 yanvar tarixində işdən azad edildikdən sonra 2023-cü ilin fevral ayında onun maaş kartına 136 manat və 196 manat pul köçürülmüşdür. Həmin pullardan bir hissəsi onun 2022-ci il üçün məzuniyyət pulu kimi, bir hissəsi isə 16 günlük əmək haqqısı kimi ödənilmiş, lakin həmin ödəmələr vaxtında icra edilməmişdir. Belə ki, 16 yanvar 2023-cü il tarixdə işdən azad edildiyi gün son haqq hesab onun maaş kartına ödənilməli olduğu halda ödənilməmiş, yalnız fevral ayının axırında əvvəlki ilin məzuniyyət pulu ilə bir ayda hesablanıb ödənilmiş, lakin 196 manat pulun 07 iyul 2023-cü ildə ödənilməsi barədə məlumatı olmuş, buna sübut olaraq “Kapital Bankın” çıxarışını iddia ərizəsinə əlavə etmişdir. Qanunsuz işdən azad olunmağı və 2013-cü ildən 2023-cü ilə kimi istifadə etmədiyi məzuniyyət dövrü üçün ödəmə edilməməsi ilə bağlı X12 Xidmətinə şikayət etmiş, X12 Xidmətinin Qarabağ Regional Xidməti tərəfindən araşdırma aparılmış, istifadə etmədiyi məzuniyyət ödəmələri ilə bağlı Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə sorğu verilmiş, müəssisə rəhbərliyi müəsissədə əmrlər kitabı olmadığı üçün onun 2013-2023-cü illər üzrə əmək məzuniyyətindən istifadə etmədiyinin müəyyən edilməsi mümkün olmamış, onun məzuniyyət haqının ödənilməsi təmin edilməmiş və X12 Xidmətinin Qarabağ Regional Xidməti tərəfindən 19 iyun 2023-cü il tarixli məktubla məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Bundan başqa məzuniyyət pulu ilə bağlı X12 Xidmətinin Qarabağ Regional Xidmətinə və X6 baş öfisinə ərizə, teleqram göndərmiş, həmçinin 9 dəfə Qarabağ Regional Xidmətinə, 2 dəfə Bakı şəhərinə Baş İdarəyə gedib qəbullarda olmuşdur. Həmin qəbullara gedərkən borc pul alıb getmiş, ona 280 manat maddi zərər dəymiş və heç bir nəticəsi olmamışdır. Göründüyü kimi cavabdeh idarənin X12 Xidmətinin Qarabağ Regional Xidmətinə təqdim etdiyi arayış həqiqəti əks etdirmir və yalan xarakterlidir. Hətta həmin vaxtlar idarənin kadr üzrə mütəxəssisi Ülvi Muxtarzadə işdən çıxan zaman idarəyə aid olan və onun tabeliyində olan bütün sənədləri, eləcədə əmr kitablarını bir qrup işçilərin yanında idarəyə təhvil verdiyini bildirmişdir. Lakin idarənin hazırkı müdiri Səfər Səfərov dəfələrlə məhkəməyə öz imzası və möhürü ilə məktub göndərərək, 2022-ci ildən başqa əvvəlki illərə dair əmrlər kitabının olmadığını və onun hansı ildən hansı işə təyin edilməyi barədə məlumat tapılmamasını bildirmişdir. Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin müdiri xx.xx.2023-cü ildə müdir təyin olunarkən idarəninin bütün sənədlərini o, cümlədən müəsissə tərəfindən verilmiş bütün əmr və əmrlər kitabını təhvil almışdır. Lakin idarədə hər hansı əmr və hüquqi əhəmiyyətli sənədlərin mövcud olmaması barədə hüquq mühafizə orqanlarına məlumat verilməli olduğu halda S.Səfərov bu barədə heç bir tədbir görməmişdir. Bu isə onu göstərir ki, bütün əmrlər və əmrlər kitabı müəsissədə saxlanıldığı halda cavabdeh idarənin rəhbərliyi ona istifadə etmədiyi məzuniyyət illəri üzrə məzuniyyət pulu ödəməmək üçün həmin arayışı X12 Xidmətinin Qarabağ Regional Xidmətinə təqdim etmişdir. Lakin bu arayışı təqdim etdikdən sonra elə həmin ayda cavabdeh idarə tərəfindən işə bərpa işi ilə bağlı olan məhkəmə işinə baxılan zaman məhkəməyə rəsmi məktub göndərərək, 2022-ci ilin əmr kitabının idarədə olması və İddiaçı xx.xx.2022-ci il 3 saylı əmrlə kompyuter operatoru işindən inspektor katibə işinə keçirildiyi bildirilmişdir. Bundan əlavə idarənin hüquqşünası X8 xx.xx.2024-cü ildə ilkin mediasıya sessiyası zamanı idarənin əmr kitablarının idarədə olmamasını bildirmişdir. Eyni zamanda 2013-2023-cü illər ərzində idarədə görülən işlər isə idarənin kompyuter sisteminə yerləşdirilməmiş, əmr kitabları idarədə olsa da, onun və digər işçilərin ödənilməmiş qalan məzuyyət pulunu verməmək məqsədilə yalandan X12 Xidmətinin Qarabağ Regional Xidmətinə saxta arayış təqdim edilmişdir. Lakin 2017-ci ildə idarədə hesablama palatası və 2022-ci ildə Maliyyə Nazirliyi tərəfindən yoxlamalar aparılarkən əmr kitablarının olmaması, həmçinin sistemə yerləşdirilməməsi ilə bağlı nöqsan ortaya çıxararılmamışdır. Bu onu göstərir ki, idarənin rəhbərliyi onu və məhkəməni aldatmış və həqiqəti ortaya çıxmasına mane olmuşdur. 2022ci ilin sənədləri 2023-cü ildə idarənin kadr şöbəsinin mütəxəsissi Ülvi Muxtarzadə tərəfindən işdən çıxdığı vaxt əksər işçilərin yanında bütün sənədləri idarəyə təhvil verib çıxmışdır. Bu səbəbdəndə, idarədə 2017-2022-ci illər üzrə aparılmış yoxlamaların nəticəsi məhkəmə tərəfindən sorğu edilərək, tələb edilib araşdırılmalı və 2023-cü ildə sənədləri təhvil verən Ülvü Müxtarzadə həmin məsələ ilə bağlı dindirilməli, həmçinin 2023-cü ildə işdən çıxmış idarənin iş icraçısı X4 4 il 5 aylıq məzuniyyət pulunun hansı sənədlər əsasında hesablanıb verilməsi araşdırılmalıdır. O, mediasiya sesiyası zamanı bu barədə Dəyanət Mövsümovdan soruşmuş o, yenə də yalan danışaraq, Fərhad Bəbişovun DOST Mərkəzinin işçisi olmasını və onun məzuniyyət pulunun ödənilməsinin onların idarəsinə aidiyyəti olmadığını bildirmişdir. Əgər 2013-cü ildən 2022-ci ilə kimi əmr kitabları yoxdursa və sistemə yerləşdirilməmişdirsə, təkcə 2022-ci ilin əmr kitabları idarədə və sistemdə varsa onda onun bu illər üzrə istifadə elmədiyi məzuniyyət pulları 2022-ci ilin sənədləri üzrə hesablanıb verilməlidir. İddia ərizəsinə əlavə etdiyi “Kaptal Bank”ın ödəniş kartı üzrə çıxarışına əsasən, o, 2013-2023-cü illər ərzində yalnız aylıq əmək haqqı almış və onun kart hesabına həmin illər üzrə məzuniyyət pulunun ödənilməsinə dair məlumat yoxdur. Bu sübut edir ki, o, həqiqətən həmin illər üzrə məzuniyyət hüququndan istifadə etməmiş və heç bir haqq almamışdır. O, 2013-2023-cii illər üzrə əmək məzuniyyəti pullarının ona ödənilməsi üçün cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə təklif göndərmiş, lakin cavabdehin nümayəndəsi ilk iclasa gəlməmiş, ikinci iclasa gəlmiş, lakin etibarnaməsiz gəlmiş, etibarnamə olmaması ilə bağlı mediator Mələkxanım Məmmədli bu barədə ona məlumat vermədən ilkin mediasiya sessiyası prosesini aparmış və Dəyanət Mövsümov iclasda iştirak etmişdir. Prosesin əvvəlindən sonuna kimi yalan ifadə və məlumatlar vermiş, orada bildirmişdir ki, idarənin əmr kitabları yoxdur və 10 il ərzində görülən işlər sistemə yerləşdirilməmişdir. Onun mediasiya sessiyasında dediklərinin hamısı yalandır və qeyd etdikləri ilə sübut olunur. Mediator tərəfindən X3n sonra prosesin davam etdirilməməsinin mümkün olmamasına dair arayış verilmişdir. Onun ailə başçısı rəhmətə getmiş, ailəsində yeganə işləyən şəxsdir, himayəsində olan üç yetkinlik yaşına çatmamış uşaqlarının ikisi məktəblidir və müxtəlif xəstəliklərdən əziyyət çəkir, həmçinin onların bütün maddi təminatını işləyərək özü ödəyir. Onun işdən azad edilməsi maddi vəziyyətinin və yaşayış səviyyəsinin sıfır həddə düşməsinə səbəb olmuş, həmçinin istifadə etmədiyi iş illərinin əsas məzuniyyətlərinə görə pul ödənilməməsi onun maddi vəziyyətini daha da ağırlaşdırmışdır. 2019-cu ildə evi olmadığı üçün borc və kredit götürmüş, ev tikdirmiş və ailə başçısını itirməyə görə aldığı sosial müavinət kartını borc sahibinə vermişdir. Ona görə də, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsindən onun 2013-2023-cü illər ərzində idarənin əmr kitablarının yoxa çıxarılması və bu illər ərzində görülən işlərin sistemə yerləşdirilməməsi sayəsində istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə ödənilməmiş (2022-ci ildən başqa) qalan bütün məzuniyyət pullarının ala bilməyi üçün həm məzuniyyət pullarının hesablanıb verilməsini və 2023-cü ildən bu günə qədər əmr kitablarının yoxa çıxarılması ilə bağlı bütün dövlət qurumlarına vurduğu teleqram və göndərdiyi məktublara sərf etdyi cəmi 160 manat pulun, eləcədə bununla bağlı X12 Xidmətinin Qarabağ Regional Xidmətinə qəbula görə 9 dəfə getməyi ilə bağlı və X6 baş ofisinə iki dəfə getməyi ilə bağlı sərf etdiyi 280 manat yol xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmsını və Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin 2013-2021-ci ilin dekabr ayına kimi idarənin əmr kitablarının hansı səbəbdən idarədə olmaması, təhvil-təslim edilməməsi və yoxa çıxarılması ilə bağlı yoxlamalar aparılması üçün Ağcabədi rayon prokurorluğuna sorğu göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin nümayəndəsi X9 iddia tələbini qəbul etməyib, izahatında göstərmişdir ki, hər bir işçi işə götürülərkən və ya əmək müqaviləsinə xitam verilərkən X17 proqramı vasitəsi ilə işçinin əmək müqaviləsi bağlanır və ya xitam verilən zamanda həmin proqramla xitam verilir. X17ndə əmək müqaviləsi bölməsinə gəldikdə orada işçinin adını açıb onun üstündə vuranda orada yazılır kı, xitam əmri, xitam əmri pəncərəsinə vuranda xitam əmri açılır, orada işçinin hansı maddə ilə əmək müqaviləsinə xitam verilərək işdən azad olunması, əmrin nömrəsi və birdə xitam tarixi göstərilir. Orada sistem üzərindən iki bənddən ibarət olur. Birinci bəndində hansı maddə ilə kim və hansı tarixdə işdən azad edilməsi, ikinci bəndində isə, hansı tarixdən hansı tarixə istifadə edilməmiş məzuniyyət pulunun ödənilməsi göstərilir. Göründüyü kimi İddiaçı barəsində işə xitam verilən zaman həmin xitam əmri alt sistemə yerləşdiriləndən sonra orada xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan istifadə edilməmiş məzuniyyət pulunun ödənilməsi qeyd olunmuş və həmin məbləğ sistem üzərindən ödənilmişdir. Göründüyü kimi qeyd olunan əməliyyat bölməsinə hər hansı kənar müdaxilə edilməsi imkan xaricindədir. Hətta sistemdə üç illik əmək müqaviləsi bağlananda və xitam veriləndə həmin proqram vasitəsilə həyata keçirilir. Həmçinin işçi əmək məzuniyyətinə çıxandada alt sistemə işlənir. Yəni o, proqramda xitam əmri verilən zaman sistem üzərində yaranan əmrlər proqramda göstərilən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər istifadə edilməmiş məzuniyyət pulunun ödənilməsi qeyd olunmuş və istifadə olunmamış məzuniyyət pulu iddiaçıya ödənilmişdir. Qeyd olunan məbələğ ilin əvvəlinə təsadüf etdiyindən, iddiaçının son haqq hesabı fevral ayının axrında ödənilmişdir. Belə ki, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi şəhər İcra nümayəndəliyinə tabe olduğuna görə, həmin dövrdə hesablarında pul olmamışdır. Ayın axrında pul vəsaiti təşkilatın hesabına köçürüldükdən sonra iddiaçının əmək haqqı və istifadə etmədiyi məzuniyyət pulu kart hesabına ödənilmişdir. Bundan başqa Ağcabədi Rayon Məhkəməsinin, Şirvan Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qətnamələrinə əsasən, iddiaçının işə bərpa və iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Göründüyü kimi iddiaçı həmin vaxt məhkəmədə iddia qaldırarkən məzuniyyət pullarını tələb edə bilərdi, lakin hazırki tələblə bağlı məhkəməyə müraciət etməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı əvvəlki prosesləri uduzduqdan sonra hazırki tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa iddiaçının müraciəti əsasında Əmək Müfəttişliyi tərəfindən Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi 1.500 manat cərmə edilmiş, lakin həmin qərar məhkəmədə mübahisənləndirilmiş, Ağcəbədi Rayon Məhkəməsinin qərarına əsasən, Əmək Müfəttişliyinin qərarına xitam verilmiş, həmin qərardan şikayət verilməmiş və qanuni qüvvəyə minmişdir. Qeyd etdiklərini nəzərə alıb, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ Regional Şöbəsinin 19 iyun 2023-cü il tarixli, 3-17-5/2-J-22149/2023 saylı məktubunun surətindən görünür ki, İddiaçı qanunsuz işdən azad olunması barədə müraciətləri araşdırılmış, araşdırma zamanı xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilərkən, əmək qanunvericiliyinin tələbləri (əmək müqaviləsinə qanunsuz xitam verilməsi və son haqq-hesabın ödənilməməsi) pozulduğu üçün cavabdeh şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6 maddəsinə müvafiq xx.xx.2023-cü il tarixli, ******* saylı protokol və xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında şərti qərar qəbul olunaraq, cərimə tətbiq edilmişdir. Eyni zamanda müəssisədə əmrlər kitabı olmadığı üçün 2013-2023-cü illər üzrə əmək məzuniyyətindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamış, işdən azad olunarkən istifadə edilməmiş iş ilinə görə 195,58 manat son haqq-hesab ödənilmişdir. Həmçinin 2013-cü ildən 2023-cü ilədək istifadə edilməmiş məzuniyyət əmrlərinin təsdiqlənmiş surətləri və istifadə edilməmiş məzuniyyət illəri üçün son haqq-hesabın qanunvericiliyin tələblərinə uyğun olaraq 30 gün (1 ay) müddətində hesablanıb ödənilməsi barədə Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə məktub verilmişdir. Qeyd olunan məsələnin həlli üzrə İddiaçı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İş materiallarında olan 30 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin işçisi İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbinə əməl edilmədən xx.xx.2023-cü il tarixdə xitam verməsinə görə Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin rəisi X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalr Məcəlləsinin 192.6-cı maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 10 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının surətindən görünür ki, X12 Xidmətinin Qarabağ Regional Şöbəsinin 30 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin işçisi İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbinə əməl edilmədən xitam verilməsinə görə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 1.500 manat məbləğində inzibati cərmə şərti tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən olunmuşdur. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(017)-2/2024 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ Regional Şöbəsinin 10 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilmiş, X10 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli X3 iştirak edilməməsi barədə arayışın surətindən görünün ki, İddiaçı X3 iştirak etmiş, Ağcabədi rayon Komunal Xidməti və Mənzil İstismar İdarəsinin müdiri X1 Mediasiya Sessiyasında iştirak etməkdən imtina etmişdir. İş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli “Texniki səhvin düzəldilməsi barədə” qərarının surətindən görünün ki, İddiaçı və Ağcabədi rayon Komunal Xidməti və Mənzil İstismar İdarəsinin müdiri X10 arasında “əmək mübahisəsi” üzrə tərtib olunaraq təsdiq edilmiş xx.xx.2024-cü il, tarixli MŞC/MT-020/2024- 00632 nömrəli “X3 (İMS) iştirak edilməməsi barədə” arayışda ailə mübahisəsi əmək mübahisəsi kimi oxunması qərara alınmışdır. İş materiallarında olan Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli, 123 nömrəli məktubunun surətindən görünür ki, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin 2022-ci ildən başqa idarədə əvvəlki illərə əmrlər kitabı olmadığından İddiaçı hansı ildən işə təyin edildiyi barədə məlumat tapılmamışdır. Lakin 05 yanvar 2022-ci il tarixli, 3 saylı əmrlə komputer operatoru vəzifəsi ixtisar edildiyindən inspektor-katibə peşəsinə keçirilmişdir. İş materiallarında olan Ağcabədi rayon prokurorunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsində işdən azad olduqdan sonra yekun əmək haqqı, məzuniyyət və digər ödənişlərin düzgün aparılmamasına görə X12 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli qərarla Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin rəisi Səfər Səfərov 1.500 manat inzibati cərimə edilmişdir. Əmək hüquqlarının pozulması halları ilə bağlı aidiyyəti üzrə mülki qaydada məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)-951/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Ağcabədi rayon Komunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-145/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağcəbədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(017)-951/2023 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasınının xx.xx.2024-cü il tarixli, 2(102)-2515/2024 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-145/2024 nömrəli, 15 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin xx.xx.2025-ci il tarixli, 190 nömrəli məktubundan görünür ki, İddiaçı iddiası ilə əlaqədar olaraq, hər bir işçinin əmək müqaviləsinə xitam verilən zaman “X17” vasitəsilə açılan xitam əmri pəncərəsində lazımi məlumatları yerləşdirdikdən sonra (yəni əmrin nömrəsi, tarixi və əmək müqaviləsinə xitam verilməsinin əsası) formalaşan xitam əmrində işçiyə istifadə etmədiyi məzuniyyət günlərinin son haqq-hesabının ödənilməsi barədə əmrin 2-ci bəndinə məlumatlar yazılır. İddiaçı əmək müqaviləsinə xitam verilərkən formalaşan xitam əmrində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün istifadə etmədiyi məzuniyyət günlərinin son haqq-hesabının ödənilməsi göstərilmiş və bu əsasa görə İddiaçı həmin son haqq-hesabın ödənilməsi təmin edilmişdir. Eyni zamanda İddiaçı işdən azad edildikdən sonra “işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi üçün” iddia ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmiş, xx.xx.2023-cü il tarixli, 2(017)-951/2023 saylı mənkəmənin qətnaməsi ilə İddiaçı iddiası əsassız hesab edilərək rədd edilmişdir. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-145/2024 saylı qətanaməsi və eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2515/2024 saylı qətnaməsi ilə Ağcabədi Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Göstərilən iddiada İddiaçı istifadə etmədiyi məzuniyyət günlərinin son haqq-hesabının ödənilməsinə dair şikayətini bildirməmişdir. Hər üç instansiya məhkəməsinin qətnamələrində İddiaçı iddiası təmin edilmədikdən sonra son haqq-hesabının ödənilməsinə dair iddia ilə müraciət etmişdir. Belə ki, qanuna uyğun olaraq iddia müddəti keçmişdir. Belə olan halda İddiaçı iddiası əsassızdır. Həmçinin İddiaçı şikayəti ilə əlaqədar olaraq X12 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən protokol tətrib edilmiş, protokol mübahisələndirilmiş, Ağcabədi Rayon Məhkəməsinə müraciət etdikdən sonra Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(017)-2/2024 saylı qərarı ilə X12 Xidmətinin Qarabağ Regional Şöbəsinin protokolu ləğv edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi xahiş edilmişdir. İş materiallarında olan poçt qəbzlərinin surətlərindən müəyyən edilir ki, İddiaçı tərəfindən poçt göndərişləri və teleqramlar üçün pul vəsaiti xərcləmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2013-cü ildə Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsində fəhlə işinə qəbul edilmiş, 16 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə inspektor vəzifəsindən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ Regional Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, araşdırma zamanı əmək qanunvericiliyinin tələbləri pozulduğu üçün cavabdeh şəxs barəsində inzibati tənbeh vermə haqqında şərti qərar qəbul olunaraq, cərimə tətbiq edilmişdir. Göründüyü kimi müəssisədə əmrlər kitabının olmadığı üçün 2013-2023-cü illər üzrə əmək məzuniyyətindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamış, lakin İddiaçı işdən azad olunarkən istifadə edilməmiş iş ilinə görə 195,58 manat son haqq-hesabın ödənilməsi və qeyd olunan məsələnin həlli üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Qərardan narazı qalan Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi məhkəməyə müraciət etmiş, Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qarabağ Regional Şöbəsinin 10 fevral 2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilmiş, X10 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qeyd olunanlarla bağlı İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə” dair məhkəmədə iddia qaldırmış, Ağcabədi Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası təmin edilməmiş, qətnamədən narazı qalan iddiaçının apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə Ağcabədi Rayon Məhkməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasınının qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Resapubliksı Konstitusiyasının 35-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticəçıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticəçıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin, sübutların qiymətləndirilməsinin məzmunun aşağıdakılar ehtiva edir: onların mümkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı madəsinin 1-ci bəndinə uyğun olaraq, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarından görünür ki, İddiaçı məhkəmədə cavabdeh Ağcabədi rayon Komunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia qaldırmış, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad olunması barədə məlumatı olmuş, müxtəlif idarələrə müraciətlər etmiş və işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış, lakin istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi üçün qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143.1-ci maddəsinə əsasən, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143.2-ci maddəsinə əsasən, işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.1-ci maddəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144.2-ci maddəsinə görə, əmək münasibətlərinə xitam verilərkən, bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinə müvafiq olaraq, İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Göründüyü kimi İddiaçı əmək haqqını və sonuncu haqq-hesabını alması məhkəmə iclasında sübuta yetirilmiş, lakin iddiaçının 2013-2023-cü illər ərzində (2022-ci il istisna olmaqla) məzuniyyətə çıxmaması və istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsinə dair mötəbər sübut məhkəməyə təqdim edə bilməmiş və bu fakt məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə müvafiq olaraq, hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə uyğun olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı 2013-2023-cü illər ərzində (2022-ci il istisna olmaqla) idarəninin əmr kitablarının yoxa çıxarılması, bu illər ərzində görülən işlərin sistemə yerləşdirilməməsi, həmin iş illərinə görə məzuniyyət pullarının almamasını təsdiq edə bilən mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən, həmçinin məhkəmə iclasında öz təsdiqini tapmadığından, İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı “istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi” barədə iddiası təmin edilməməlidir. İşdə olan sənədlərdən görünür k, İddiaçı Cəbrayıl 1 saylı Mediasiya Təşkilatına 50 manat rüsum ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş həmin məbləğ iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçı cavabdeh Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə qarşı “istifadə edilməmiş məzuniyyət pullarının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Cəbrayıl 1 saylı Mediasiya Təşkilatına ödənilmiş 50 (əlli) manat rüsum İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-120/2025
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-120/2025
04.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver