Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-13/2025 14.01.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1982-ci ildə Xocavənd rayonu, Xocavənd kəndində doğumun qeyd edilməsi (doğum haqqında bərpa akt qeydinin qeydə alınması) faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamə verilərkən, soyadının Qasımov, adının İlqar, ata adının Qardaşxan, ata qrafasında Qasımov Qardaşxan Xasay oğlu, ana qrafasında isə X5 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, məcburi köçkün kimi Xocavənd rayonunda yaşayır. Müvəqqəti işi ilə əlaqədar Bakı şəhərində müxtəlif yerlərdə işləyir və kasıbçılıqla dolanır. Qasımov Qardaşxan Xasay oğlu ilə X2 birgə nikahından xx xxxxxx 1982-ci ildə Xocavənd rayonu, Xocavənd kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsini Xocavənd rayonu, işgaldan azad edilsə də, X9 müharibəsi ilə əlaqədar arxivdən-kötükdən metirka almağı mümkün olmamışdır. Belə ki, məlum Erməni işğalı zamanı bütün sənədlər məhv edilmiş və o, cümlədən onunda sənədləri məhv olmuşdur. Doğum haqqında şahadətnamə götürmək üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında akt qeydinin Maraqlı şəxsndə açılmasından imtina edilmişdir. Xocavənd rayon Mərkəzi Xəstaxanasına müraciət edərək, orada doğulub-doğulmaması barədə sənəd istədikdə məhkəmənin sorğusu əsasında veriləcəyi bildirilmişdir. Hazırda doğum şahadətnaməsinin olmadığı üçün problemlərlə üzləşir. Doğum faktının təsdiqi ona görə lazımdır ki, doğum haqqında şəhadətnaməsi olmadığı üçün anası təqaüdə çıxa bilmir. Bu faktın təsdiqi məhkəmədən kənar müəyyən edilməsi mümkün deyildir. Ona görə də, onun xx xxxxxx 1982-ci ildə Xocavənd rayonu, Xocavənd kəndində doğumun qeyd edilməsi (doğum haqqında bərpa akt qeydinin qeydə alınması) faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamə verilərkən, soyadının Qasımov, adının İlqar, ata adının Qardaşxan, ata qrafasında Qasımov Qardaşxan Xasay oğlu, ana qrafasında isə X5 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında Maraqlı şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin Maraqlı şəxs məktub göndərərək, 14 yanvar 2025-cü il tarixdə, saat 11:00-a təyin olunmuş Ərizəçi “hüquqi əhəmiyyətli olan doğumun qeyd edilmə faktın müəyyən edilməsi” tələbinə dair mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xocavənd RPŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci ildə Xocavənd rayonu, Xocavənd kəndində doğulmuş və Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Xocavənd kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin 14 noyabr 2024-cu il tarixli, 5-52-5/2-310/2024 saylı arayışından görünür ki, Xocavənd rayonu, Xocavənd kənd sakini Ərizəçi Sumqayıt şəhəri, Sumqayıt Çaystansiyası yeni yaşayış massivi ünvanında məskunlaşıb yaşayır. İş materiallarında olan AA seryalı 256812 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1992-ci ildə Xocavənd rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarında olan AA6556297 №-li Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qasımov Qardaşxan Xasay oğlu (fərdi identifikasiya nömrəsi 3SCFA6L) xx.xx.1962-ci ildə doğulmuşdur. İş materiallarında olan Xocavənd RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE seriyalı 14437925 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Xocavənd kəndində qeydiyyatdadır. İş materiallarında olan Martuni rayon ZAKS Şöbəsi tərəfindən verilmiş 06 may 1982-ci il tarixli, İİ-ЖГ seriyalı 418758 nömrəli nikahın bağlanmsı haqqında şəhadətnamənin surətindən görünür ki, Qasımov Qardaşxan Xasay oğlu ilə X6 arasında nikah 06 may 1982-ci ildə bağlanmış və 23 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 484 saylı rəyindən görünür ki, Ərizəçi doğumu haqqında bərpa akt qeydinin qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Xocavənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-52-5/2-345/2024 saylı arayışından görünür ki, Ərizəçi xx.xx.1982-ci ildə Xocavənd rayonu, Xocavənd kəndində anadan olmuşdur. Atası Qasımov Qardaşxan Xasay oğlu xx.xx.1962-ci ildə, anası X5 xx.xx.1964-cü ildə anadan olmuşdur. İş materiallarında olan Qasımov Qardaşxan Xasay oğlu və X5 tərəfindən tərtib edilmiş və Xocavənd rayon İHB-nin Xocavənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, həqiqətən Ərizəçi onların doğma övladıdır və xx.xx.1982-ci ildə doğulmuşdur. xx.xx.1991-ci ildə Xocavənd rayonu, Xocavənd kəndi erməni quldurları tərəfindən işğal olunan zaman Ərizəçi məxsus olan doğum haqqında şəhadətnamə Xocavənd kəndində qalmışdır. Atası Qasımov Qardaşxan Xasay oğlu milliyəti azərbaycanlıdır, anası X3r milliyəti azərbaycanlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qasımov Qardaşxan Xasay oğlu ifadəsində göstərmişdir ki, Ərizəçi onun oğludur və ona qarşı düşmənçiliyi və ədavətiləri yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, Ərizəçi həqiqətən xx.xx.1982-ci ildə Xocavənd rayonu, Xocavənd kəndində anadan olmuşdur. Milliyəti Azərbaycanlıdır. Ərizəçi Xocavənd rayonu, Xocavənd kəndində yaşamışdır. X9 hadisələri ilə əlaqədar olaraq Xocavənd rayonu, Xocavənd kəndi erməni işğalçıları tərəfindən işğal edilən zaman kənddəki bütün evlər ermənilər tərəfindən yandırılmış, Ərizəçi da doğum şəhadətnaməsi kənddəki evində qalaraq yanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 şahid Qasımov Qardaşxan Xasay oğlunun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi doğum şəhadətnaməsi məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq Xocavənd rayonu, Xocavənd kəndi erməni işğalçıları tərəfindən işğal edilən zaman kənddə evində qalaraq yanmışdır. Ərizəçi xx.xx.1982-ci ildə Xocavənd rayonu, Xocavənd kəndində doğulmuş, milliyyəti azərbaycanlı, atası Qasımov Qardaşxan Xasay oğlu, milliyyəti azərbaycanlı, anası X5, miliyyəti azərbaycanlıdır. Azərbaycan Respublikası MPM-nin 307.2-ci və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310-cu maddəsi əsasında, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə müvafiq olaraq, uşağın anadan mənşəyi (analıq) tibb müəssisəsində ananın uşağı doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda isə tibb sənədləri, şahid ifadələri və ya digər sübutlar əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə uyğun olaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə uyğun olaraq, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi xx xxxxxx 1982-ci ildə Xocavənd rayonu, Xocavənd kəndində doğulması, soyadının Qasımov, adının İlqar, atasının Qasımov Qardaşxan Xasay oğlu, anasının X5 olması faktı ərizəçinin izahatı, şahidlərin ifadələri və işin digər halları ilə sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır, təmin edilməli və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalı, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi xx xxxxxx 1982-ci ildə Xocavənd rayonu Xocavənd kəndində doğulması faktı müəyyən edilsin, doğum akt qeydində ata qrafasında - Qasımov Qardaşxan Xasay oğlu, ana qrafasında - X5, milliyyəti - azərbaycanlı kimi qeyd edilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-13/2025
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-13/2025
14.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver