Məhkəmə qərarları › İş №2(069)-135/2023

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-135/2023

08.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-135/2023 08.08.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X12 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X8, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı «06 sentyabr 2019-cu il tarixli, 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti məhkəmədə iddia qaldıraraq, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş Beyləqan rayonu 146 ailəlik qəsəbədə 85 nömrəli mənzilə dair 06 sentyabr 2019cu il tarixli 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və Cavabdeh əşyaları ilə birlikdə 85 nömrəli mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması” tələbi ilə bağlı məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq, buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 06 sentyabr 2019-cu il tarixli 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh Qaydanın tələbinə uyğun olaraq, Dövlət Proqramı çərçivəsində Beyləqan rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 146 ailəlik qəsəbədə 85 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Beyləqan rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh həmin mənzildə (evdə) yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir (Bu barədə Azərişıq, Azərsu və Azərqaz abonent saldosu və kartının surətləri əlavə olunur). Komitənin Mənzil İstismar Departamentinin Beyləqan rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi tərəfindən Cavabdeh 85 nömrəli mənzildə (evdə) yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. Cavabdeh X9 ona verilmiş Beyləqan rayonu 146 ailəlik qəsəbədəki 85 nömrəli mənzilində (evdə) yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Ona görə də, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş Beyləqan rayonu 146 ailəlik qəsəbədə 85 nömrəli mənzilə dair 06 sentyabr 2019-cu il tarixli 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və Cavabdeh əşyaları ilə birlikdə 85 nömrəli mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X12 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X13 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən Beyləqan rayonu 146 ailəlik qəsəbədə 85 nömrəli mənzil müvəqqəti olaraq onun istifadəsinə verilmişdir. Hazırda o, İmişli rayonunda işləyir və orada kirayədə yaşayır. Lakin bütün bunlara baxmayaraq, ara bir evə gəlir və mənzildən istifadə edir. Ona görə də, qeyd etdiklərini nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 06 sentyabr 2019-cu il tarixli, 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Beyləqan rayonu, 146 ailəlik qəsəbədə yerləşən 85 nömrəli 1 otaqlı mənzili Cavabdeh müvəqqəti olaraq istifadəsinə verilmişdir. İş materiallarında olan Beyləqan MKİS-nin rəisi X8, Beyləqan MKİS-nin mühəndisi X4, Beyləqan MKİS-nin sahə nəzarətçisi X5, Beyləqan 146 ailəlik qəsəbədə 146 №-li evdə yaşayan Kəlbəcər rayon Məmmədsəfı kənd sakini X1 və Beyləqan 146 ailəlik qəsəbədə 121 №-li evdə yaşayan Ağdam rayon Mərzili kənd sakini X6 iştirakı ilə tərtib edilmiş 01 dekabr 2022-ci il tarixli, 12 yanvar 2023-cü il tarixli, 08 fevral 2023-cü il tarixli, 10 mart 2023-cü il tarixli və 07 aprel 2023-cü il tarixli aktlardan görünür ki, Beyləqan 146 ailəlik qəsəbədə Füzuli rayon İşıqlı kənd sakini Cavabdeh məxsus 1 otaqlı 85 №-li evdə uzun müddətdir ki, yaşayış yoxdur. Tərəflərindən şifahi həm də yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, mənzildə yaşayışı bərpa etməmişdir. Hal-hazırda evdə yaşayış yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Beyləqan Mənzil Kommunal İstismar Sahəsinin 16 may 2022-ci il tarixli, 13 saylı xidməti məlumatından görünür ki, Beyləqan 146 ailəlik qəsəbədə Cəbrayıl şəhər sakini X10 məxsus 2 otaqlı 37 №-li, Füzuli şəhər sakini X14 məxsus 1 otaqlı 39 №-li, Füzuli rayon Xələfşə kənd sakini X7 məxsus 2 otaqlı 110 №-li, Füzuli rayon Zərgər kənd sakini X2 məxsus 3 otaqlı 45 №-li, Füzuli rayon İşıqlı kənd sakini Cavabdeh məxsus 1 otaqlı 85 №-li evdə uzun müddətdir ki, yaşayış yoxdur. Tərəflərindən şifahi həm də yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, mənzildə yaşayışı bərpa etməmişlər. Hal-hazırda evdə yaşayış yoxdur. Odur ki, bununla əlaqədar olaraq tərəflərindən akt tərtib edilmiş və məsələ ilə bağlı tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan X11 rayonu üzrə MKİS-nın xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Beyləqan rayon inzibati ərazisində salınmış 146 ailəlik qəsəbədə Dövlətqaçqınkom tərəfindən Cavabdeh verilmiş ( 1 otaqlı) 85 № li evdə uzun müddət yaşayış olmaması səbəbbindən, 3 gün müddətində evdə yaşayışı bərpa etməsi üçün vaxt verilmiş, evdə yaşayış bərpa edilməzsə Dövlətqaçqmkom tərəfindən verilmiş müqavilənin ləğv olunması üçün məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdar edilmişdir. İş materiallarıında olan abunə haqqında cədvəldən görünür ki, Cavabdeh ilə X22 Cəmiyyəti arasında elektirik enerjisindən istifadəyə görə müqavilə münasibətləri mövcuddur. Belə ki, yaşayış sahəsində 2019-cu ilin dekabr ayından 2023-cü ilin may ayına kimi elektrik enerjisindən cəmi 5,69 manat istifadə edilmişdir. İş materiallarında olan 15 may 2023-cü il tarixli Azərsu abonent kartından çıxarışdan görünür ki, Cavabdeh ilə Azərsu arasında su təhcizatı ilə bağlı 15 iyul 2020-ci il tarixli müqavilə mövcuddur. Belə ki, abonent kodu **********000 olan, ailə tərkibi 1, qaçqın sayı 1 nəfərdən ibarətdir. Cavabdeh 2020-ci il tarixdən 2023-cü ilin may ayınadək cəmi sərfiyyatı 0,90 manat təşkil etmişdir. İş materiallarıında olan abonentin saldosundan çıxarışdan görünür ki, Cavabdeh ilə Ağdam MQKS, Beyləqan, Xocavənd 146 ailəlik qəsəbəsi arasında təbii qazdan istifadəyə görə müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********00850 olan, ailə tərkibi 1, qaçqın sayı 0 nəfərdən ibarətdir. Həmin evdə 3 gözlü qaz plitələri (PQ-3)(1/1) vardır. Yaşayış sahəsində 2020-ci ilin mart ayından 2023-cü ilin aprel ayına kimi təbii qazdan istifadə edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Dövlət Proqramı çərçivəsində Ağayeva X3 rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 146 ailəlik qəsəbədə 85 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmiş və Cavabdeh ilə Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamenti arasında 06 sentyabr 2019-cu il tarixli, 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası» nın tələblərini pozaraq, ona Beyləqan rayon ərazsində salınmış Xocavənd rayonu 146 ailəlik qəsəbədə verilmiş 85 saylı yaşayış sahəsindən istifadə etməmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən bu bardə akt tərtib edilmişdir. Eyni zamanda evdə yaşayışın bərpa edilməsi üçün cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh mənzildə yaşayışı bərpa etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.7-ci hissəsinə əsasən, məcburi köçkün ailəsi istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qrumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq, Komitənin rəhbərliyi ilə razılaşdırılmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 5.7-ci hissəsinə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideyinləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və digər əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz 3 aydan artıq müdəttdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Göründüyü kimi, müqavilə tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, Cavabdeh «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın tələblərini pozaraq ona Beyləqan rayon ərazsində salınmış Xocavənd rayonu 146 ailəlik qəsəbədə verilmiş 85 saylı yaşayış sahəsindən istifadə etməmişdir. Bu isə, həmin kirayə müqaviləsinin ləğv edilməsinə və cavabdehin xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılmasına əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, cavabdeh məcburi köçkünlər üçün Beyləqan rayon ərazsində salınmış Xocavənd rayonu 146 ailəlik qəsəbədə yerləşən 85 saylı yaşayış sahəsində yaşamadığından, iddia təmin edilməli, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş Beyləqan rayonu 146 ailəlik qəsəbədə 85 nömrəli mənzilə dair 06 sentyabr 2019-cu il tarixli, 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli və əşyaları ilə birlikdə xüsusi təyinatlı mənzildən çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş Beyləqan rayonu 146 ailəlik qəsəbədə 85 nömrəli mənzilə dair 06 sentyabr 2019-cu il tarixli, 85 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdeh əşyaları ilə birlikdə Beyləqan rayonu 146 ailəlik qəsəbədə yerləşən 85 nömrəli xüsusi təyinatlı mənzildən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar