Məhkəmə qərarları › İş №2(069)-137/2023

Xocavənd Rayon Məhkəməsi Qərardad — İş №2(069)-137/2023

10.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan şəhəri İş № 2(069)-137/2023 10.07.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Sevdimallı (Əhmədova) Aygün Əli qızına qarşı «06 sentyabr 2019-cu il tarixli, 37 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Sevdimallı (Əhmədova) Aygün Əli qızının müvəqqəti istifadələrinə verilmiş Beyləqan rayonu, 146 ailəlik qəsəbədə “37” nömrəli mənzilə dair 06 sentyabr 2019-cu il tarixli “37” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Əhmədova (Sevdimallı) Aygün Əli qızının əşyaları ilə birlikdə 37 nömrəli mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi MİDnin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı 06 sentyabr 2019-cu il tarixli “37” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılmaları tələbi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X5 ərizə ilə müraciət edərək, Beyləqan rayonu, 146 ailəlik qəsəbə ev 37-də yaşamadıqlarını bildirmiş və həmin mənzili könüllü olaraq boşaltmışlar. Ona görə də, bu halları və mülki prosessual Məcəllənin 170-ci maddəsinə əsasən, iddia ərizəsini geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı haqqında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Sevdimallı (Əhmədova) Aygün Əli qızı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq. məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Sevdimallı (Əhmədova) Aygün Əli qızının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X1 ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X4 Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə iddiaçının nümayəndəsi iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Sevdimallı (Əhmədova) Aygün Əli qızına qarşı «06 sentyabr 2019-cu il tarixli, 37 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Sevdimallı (Əhmədova) Aygün Əli qızına qarşı «06 sentyabr 2019-cu il tarixli, 37 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Xocavənt Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar