Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-138/2023 10.08.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X8, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «26 avqust 2019-cu il tarixli, 45 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müvəqqəti istifadələrinə verilmiş Beyləqan rayonu 146 ailəlik qəsəbədə 45 nömrəli mənzilə dair 26 avqust 2019-cu il tarixli, 45 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əşyaları ilə birlikdə 45 nömrəli mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması” tələbi ilə bağlı məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq, buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 26 avqust 2019-cu il tarixli, 45 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkünlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Qaydanın tələbinə uyğun olaraq, Dövlət Proqramı çərçivəsində Beyləqan rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 146 ailəlik qəsəbədə 45 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Beyləqan rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildə (evdə) yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir (Bu barədə Azərişıq, Azərsu və Azərqaz abonent saldosu və kartının surətləri əlavə olunur). Komitənin Mənzil İstismar Departamentinin Beyləqan rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 45 nömrəli mənzildə (evdə) yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsədə nəticəsi olmamışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onlara verilmiş Beyləqan rayonu 146 ailəlik qəsəbədəki 45 nömrəli mənzilində (evdə) yaşamadığı müəyyən edildiyindən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müvəqqəti istifadələrinə verilmiş Beyləqan rayonu 146 ailəlik qəsəbədə 45 nömrəli mənzilə dair 26 avqust 2019-cu il tarixli, 45 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əşyaları ilə birlikdə 45 nömrəli mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X12 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən Beyləqan rayonu 146 ailəlik qəsəbədə 45 nömrəli mənzil müvəqqəti olaraq onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. Hazırda o, ailə üzvləri ilə birlikdə Beyləqan rayonunun Eyvazalılar kəndində yaşayır. Lakin bütün bunlara baxmayaraq, ara bir evə gəlir və mənzildən istifadə edir. Ona görə də, qeyd etdiklərini nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 lazımi qaydada məlumat verilsə də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 26 avqust 2019-cu il tarixli, 45 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Beyləqan rayonu, 146 ailəlik qəsəbədə yerləşən 45 nömrəli 3 otaqlı mənzili 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və 2 oğlu) Cavabdeh1 müvəqqəti olaraq istifadəsinə verilmişdir. İş materiallarında olan Beyləqan MKİS-nin rəisi X8, Beyləqan MKİS-nin mühəndisi X4, Beyləqan MKİS-nin sahə nəzarətçisi X5, Beyləqan 146 ailəlik qəsəbədə 146 №-li evdə yaşayan Kəlbəcər rayon Məmmədsəfı kənd sakini X1 və Beyləqan 146 ailəlik qəsəbədə 121 №-li evdə yaşayan Ağdam rayon Mərzili kənd sakini X6 iştirakı ilə tərtib edilmiş 01 dekabr 2022-ci il tarixli, 12 yanvar 2023-cü il tarixli, 08 fevral 2023-cü il tarixli, 10 mart 2023-cü il tarixli və 07 aprel 2023-cü il tarixli aktlardan görünür ki, Beyləqan 146 ailəlik qəsəbədə Füzuli rayon Zərgər kənd sakini Cavabdeh1 məxsus 3 otaqlı 45 №-li evdə uzun müddətdir ki, yaşayış yoxdur. Tərəflərindən şifahi həm də yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, mənzildə yaşayışı bərpa etməmişdir. Hal-hazırda evdə yaşayış yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Beyləqan Mənzil Kommunal İstismar Sahəsinin 16 may 2022-ci il tarixli, 13 saylı xidməti məlumatından görünür ki, Beyləqan 146 ailəlik qəsəbədə Cəbrayıl şəhər sakini X9 məxsus 2 otaqlı 37 №-li, Füzuli şəhər sakini X13 məxsus 1 otaqlı 39 №-li, Füzuli rayon Xələfşə kənd sakini X7 məxsus 2 otaqlı 110 №-li, Füzuli rayon Zərgər kənd sakini Cavabdeh1 məxsus 3 otaqlı 45 №-li, Füzuli rayon İşıqlı kənd sakini X2 məxsus 1 otaqlı 85 №-li evdə uzun müddətdir ki, yaşayış yoxdur. Tərəflərindən şifahi həm də yazılı surətdə xəbərdarlıq edilməsinə baxmayaraq, mənzildə yaşayışı bərpa etməmişlər. Hal-hazırda evdə yaşayış yoxdur. Odur ki, bununla əlaqədar olaraq tərəflərindən akt tərtib edilmiş və məsələ ilə bağlı tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan X10 rayonu üzrə MKİS-nın xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Beyləqan rayon inzibati ərazisində salınmış 146 ailəlik qəsəbədə Dövlətqaçqınkom tərəfindən Cavabdeh1 verilmiş ( 3 otaqlı) 45 № li evdə uzun müddət yaşayış olmaması səbəbindən, 3 gün müddətində evdə yaşayışı bərpa etməsi üçün vaxt verilmiş, evdə yaşayış bərpa edilməzsə Dövlətqaçqmkom tərəfindən verilmiş müqavilənin ləğv olunması üçün məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh1 xəbərdar edilmişdir. İş materiallarında olan abunə haqqında cədvəldən görünür ki, Cavabdeh1 ilə X21 Cəmiyyəti arasında elektirik enerjisindən istifadəyə görə müqavilə münasibətləri mövcuddur. Belə ki, yaşayış sahəsində 2019-cu ilin dekabr ayından 2023-cü ilin may ayına kimi elektrik enerjisindən cəmi 5 manat istifadə edilmişdir. İş materiallarıında olan abonentin saldosundan çıxarışdan görünür ki, Cavabdeh1 ilə Ağdam MQKS, Beyləqan, Xocavənd 146 ailəlik qəsəbəsi arasında təbii qazdan istifadəyə görə müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********00450 olan, ailə tərkibi 5, qaçqın sayı 0 nəfərdən ibarətdir. Həmin evdə 3 gözlü qaz plitələri (PQ- 3)(1/1) vardır. Yaşayış sahəsində 2019-cu ilin dekabr ayından 2023-cü ilin aprel ayına kimi təbii qazdan istifadə edilməmişdir. İş materiallarında olan 15 may 2023-cü il tarixli Azərsu abonent kartından görünür ki, Cavabdeh1 ilə Azərsu arasında su təhcizatı ilə bağlı 15 iyul 2020-ci il tarixli müqavilə mövcuddur. Belə ki, abonent kodu **********000 olan, ailə tərkibi 5 nəfərdən ibarətdir. Cavabdeh1 2020-ci il tarixdən 2023-cü ilin aprel ayına kimi sudan istifadə etməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Dövlət Proqramı çərçivəsində Məmişov X3 rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 146 ailəlik qəsəbədə 45 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmiş və Cavabdeh1 ilə Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamenti arasında 26 avqust 2019-cu il tarixli, 45 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın tələblərini pozaraq, onlara Beyləqan rayon ərazsində salınmış Xocavənd rayonu 146 ailəlik qəsəbədə verilmiş 45 saylı yaşayış sahəsindən istifadə etməmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən bu bardə akt tərtib edilmişdir. Eyni zamanda evdə yaşayışın bərpa edilməsi üçün cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh mənzildə yaşayışı bərpa etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 3.7-ci hissəsinə əsasən, məcburi köçkün ailəsi istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qrumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq, Komitənin rəhbərliyi ilə razılaşdırılmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın 5.7-ci hissəsinə əsasən, kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideyinləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və digər əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz 3 aydan artıq müdəttdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Göründüyü kimi, müqavilə tələbləri cavabdehdehlər tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın tələblərini pozaraq onlara Beyləqan rayon ərazsində salınmış Xocavənd rayonu 146 ailəlik qəsəbədə verilmiş 45 saylı yaşayış sahəsindən istifadə etməmişdir. Bu isə, həmin kirayə müqaviləsinin ləğv edilməsinə və cavabdehlərin xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılmasına əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, cavabdehlər məcburi köçkünlər üçün Beyləqan rayon ərazsində salınmış Xocavənd rayonu 146 ailəlik qəsəbədə yerləşən 45 saylı yaşayış sahəsində yaşamadığından, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müvəqqəti istifadəsinə verilmiş Beyləqan rayonu, 146 ailəlik qəsəbədə 45 nömrəli mənzilə dair 26 avqust 2019-cu il tarixli, 45 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli və əşyaları ilə birlikdə xüsusi təyinatlı mənzildən çıxarmalıdılar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müvəqqəti istifadəsinə verilmiş Beyləqan rayonu 146 ailəlik qəsəbədə 45 nömrəli mənzilə dair 26 avqust 2019-cu il tarixli, 45 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əşyaları ilə birlikdə Beyləqan rayonu 146 ailəlik qəsəbədə yerləşən 45 nömrəli xüsusi təyinatlı mənzildən çıxarılsınlar. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-138/2023
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-138/2023
10.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver