Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan şəhəri İş № 2(069)-218/2024 10.12.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı “02 oktyabr 2020-ci il tarixli “39” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti məhkəmədə iddia qaldıraraq, Cavabdeh müvəqqəti istifadələrinə verilmiş Beyləqan rayonu 146 ailəlik qəsəbədə 39 nömrəli evə dair 02 oktyabr 2020-ci il tarixli, “39” nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin” ləğv edilməsi və Cavabdeh əşyaları ilə birlikdə Beyləqan rayonu, 146 ailəlik qəsəbədə yerləşən “39” nömrəli evdən çıxarılmaqla, “39” nömrəli evin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı “02 oktyabr 2020-ci il tarixli “39” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və evdən çıxarılma” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Hazırda Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə Beyləqan rayonu, 146 ailəlik qəsəbədə yerləşən “39” nömrəli mənzilinə dair kirayə müqaviləsi bağlamış X4 vəfat etmişdir. Bu səbəbdəndə mülki işi baxılmamış saxlanılması və iş materiallarını iddiaçıya qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X3 mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə məhkəməyə ərizə təqdim etdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı “02 oktyabr 2020-ci il tarixli “39” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Xocavənd Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-218/2024
Xocavənd Rayon Məhkəməsi Qərardad — İş №2(069)-218/2024
10.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver