Məhkəmə qərarları › İş №2(069)-227/2024

Xocavənd Rayon Məhkəməsi Qərardad — İş №2(069)-227/2024

27.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan şəhəri İş № 2(069)-227/2024 27.11.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxx 1964-cü ildə Xocavənd rayonu, Tuğ kəndində doğumunun qeyd edilməsi (doğum haqqında bərpa akt qeydinin qeydə alınması) faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamə verilərkən, soyadının Göyüşova, adının Dilşad, ata adının Zəkəra, ata qrafasında X2, ana qrafasında X1 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, o, Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq, Mülki-Prosessual Məcəlləsinin 170-ci maddəsinin tələblərinə əsasən, məhkəməyə təqdim etdiyi ərizəsini və digər sənədlərini özünə qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı haqqında Maraqlı şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizəçinin izahatını dinləyib, Ərizəçi ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göründüyü kimi Ərizəçi ərizəsini və ona əlavə olunmuş sənədlərin əslini işə baxılmadan özünə qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi mülki iş üzrə ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarılması barədə ərizə təqdim etdiyindən, ərizə və ona əlavə olunmuş sənədlər Ərizəçi qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 267-268-ci rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Xocavənd Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar