Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-27/2025 11.02.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxx 1973-cü ildə Xocavənd rayonu, Əmirallar kəndində doğulmağının qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1973-cü ildə Xocavənd rayonu, Əmirallar kəndində doğulmuşdur. Hazırda Ağcabədi şəhəri, Ə.Binnətov küçəsində yaşayır. Məlum hadisələrlə bağlı Xocavənd rayonundan məcburi köçkün kimi gələrkən doğum haqqında şəhadətnaməsi işğal olunmuş ərazidə qalmışdır. Müəyyən sənədləşmə işləri aparılarkən doğum haqqında şəhadətnaməsi tələb olunmuş, lakin şəhadətnaməsini təqdim edə bilmədiyindən hüquqları pozulmuşdur. Doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi 22 noyabr 2024cü il tarixli rəylə doğumunu təsdiq edən heç bir sənəd təqdim olunmadığından, doğum haqqında bərpa akt qeydinin qeydə alınmasından imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, onun xx xxxxx 1973-cü ildə Xocavənd rayonu, Əmirallar kəndində doğulmağının qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında Maraqlı şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin Maraqlı şəxs məktub göndərərək, 11 fevral 2025-ci il tarixdə, saat 11:30-a təyin olunmuş Ərizəçi “hüquqi əhəmiyyətli olan doğumun qeyd edilmə faktın müəyyən edilməsi” tələbinə dair mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi (fərdi identifikasiya nömrəsi xxxxxxx) xx.xx.1973-cü ildə doğulmuşdur. İş materiallarında olan Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Əmirallar kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin 22 noyabr 2024-cü il tarixli, 5-52-5/2-344/2024 saylı arayışından görünür ki, Xocavənd rayonu, Əmirallar kənd sakini Ərizəçi məcburi köçkün kimi Ağcabədi rayonu 556 ailəlik hündürmərtəbəli yaşayış massivində bina 4, mənzil 38-də məskunlaşıb yaşayır. İş materiallarında olan Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Əmirallar kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin 11 fevral 2025-ci il tarixli, 5-52-5/2-41/2025 saylı arayışından görünür ki, Xocavənd rayonu, Əmirallar kənd sakini Ərizəçi həqiqətən Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Əmirallar kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin təsərrüfatbaşına kitabında hesab nömrəsi 446, kitab 5, səhifə 74-də daimi qeydiyyatdadır və hal-hazırda məcburi köçkün kimi Ağcabədi şəhəri, Ənnağı Binnətov küçəsində yeni məhəllə adlanan ərazidə məskunlaşıb yaşayır. X3, Xocavənd rayonu, Əmirallar kənd sakini olmuş, xx.xx.2022-ci ildə vəfat etmiş, milliyəti azərbaycanlıdır, anası X4, Xocavənd rayonu, Əmirallar kənd sakinidir, Xocavənd rayon İHB-nin Əmirallar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təsərrüfatbaşına kitabında hesab nömrəsi 429, kitab 5, səhifə 56-da daimi qeydiyyatdadır, milliyəti azərbaycanlıdır. İş materiallarında olan X15, X11, X5 tərəfindən tərtib edilmiş və Xocavənd rayon İHB-nin Əmirallar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Xocavənd rayonu, Əmirallar kənd sakini Ərizəçi xx.xx.1973-cü ildə Xocavənd rayonu, Əmirallar kəndində doğulmuşdur. Atası X2 rayonu, Əmirallar kənd sakini olmuş, xx.xx.2022-ci ildə vəfat etmiş, milliyəti azərbaycanlıdır, anası X1 rayonu, Əmirallar kənd sakinidir, Xocavənd rayon İHB-nin Əmirallar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təsərrüfatbaşına kitabında hesab nömrəsi 429, kitab 5, səhifə 56da daimi qeydiyyatdadır, milliyəti azərbaycanlıdır. İş materiallarında olan AA seryalı 170220 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1992-ci ildə Xocavənd rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarında olan AA3518675 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 (fərdi identifikasiya nömrəsi 3D4FS4F) xx.xx.1950-ci ildə doğulmuşdur. İş materiallarında olan AZ-İİ seryalı 152771 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 14 yanvar 2022-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 512 saylı rəyindən görünür ki, Ərizəçi doğum haqqında bərpa akt qeydinin qeydə alınmasından imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Ərizəçi onun həmkəndlisidir. Ona qarşı düşmənçiliyi və ədavətiləri yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, Ərizəçi həqiqətən xx.xx.1973-cü ildə Xocavənd rayonu, Əmirallar kəndində anadan olmuşdur. Milliyəti Azərbaycanlıdır. Ərizəçi Xocavənd rayonu, Əmirallar kəndində yaşamışdır. X21 hadisələri ilə əlaqədar olaraq Xocavənd rayonu, Əmirallar kəndi erməni işğalçıları tərəfindən işğal edilən zaman Ərizəçi doğum şəhadətnaməsi kənddəki evində qalmışdır. Atası X2 rayonu, Əmirallar kənd sakini olmuş, xx.xx.2022-ci ildə vəfat etmişd, milliyəti azərbaycanlıdır, anası X1 rayonu, Əmirallar kənd sakinidir, milliyəti azərbaycanlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 şahid X6 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi doğum şəhadətnaməsi məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq Xocavənd rayonu, Əmirallar kəndi erməni işğalçıları tərəfindən işğal edilən zaman kənddə evində qalmışdır. Ərizəçi xx xxxxx 1973cü ildə Xocavənd rayonu, Əmirallar kəndində doğulmuş, milliyyəti azərbaycanlı, X3, milliyyəti azərbaycanlı, anası X4, miliyyəti azərbaycanlıdır. Azərbaycan Respublikası MPM-nin 307.2-ci və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310-cu maddəsi əsasında, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə müvafiq olaraq, uşağın anadan mənşəyi (analıq) tibb müəssisəsində ananın uşağı doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda isə tibb sənədləri, şahid ifadələri və ya digər sübutlar əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə uyğun olaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə uyğun olaraq, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi xx xxxxx 1973-cü ildə Xocavənd rayonu, Əmirallar kəndində doğulması, soyadının Məhərrəmova, adının Nazənim, atasının X7 oğlu, anasının X4 olması faktı ərizəçinin izahatı, şahidlərin ifadələri və işin digər halları ilə sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır, təmin edilməli və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalı, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi xx xxxxx 1973-cü ildə Xocavənd rayonu, Əmirallar kəndində doğulması faktı müəyyən edilsin, doğum akt qeydində ata qrafasında - X7, ana qrafasında - X4, milliyyəti azərbaycanlı kimi qeyd edilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-27/2025
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-27/2025
11.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver