Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-47/2025 08.04.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun Xocavənd (köhnə Hadrut) rayon VVADQ Şöbəsində xx xxxxxxxx 1983-cü ildə aparılmış doğum akt qeydinin bərpa edilməsi, ata adının X7, milliyəti azərbaycanlı, ana adının X10, milliyəti azərbaycanlı olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 ilə anası Əliyeva (Eyvazova) Siyarət Qara qızı ailə quraraq nikahlarını xx.xx.1983-cii ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından o, xx.xx.1983-cü ildə Xocavənd rayonu, Axullu kəndində anadan olmuş, halhazırda məcburi köçkün olduğuna görə Beyləqan rayonu ərazisində salınmış 500 ailəlik ünvan 1 ünvanında yaşayır. Torpaqları mənfur düşmən olan Ermənilər tərəfindən işğalı zamanı evlərindən məcburi çıxarılarkən valideyinləri özlərinin və övladlarının sənədlərinin bir qismini götürmədiyinə görə onların sənədləri orada qalmışdır. Bu günə kimi ona doğum haqqında şəhadətnamə lazım olmamışdır. Lakin hazırda doğum haqqında şəhadətnaməsi olmadığından bir çox problemlərlə üzləşir. Xocavənd (köhnə Hadrut) rayonu VVAQ Şöbəsində xx.xx.1983-cü ildə aparılmış doğum akt qeydinin bərpa edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxs doğum haqqında akt qeydini bərpa etməkdən imtina etmişdir. Bu faktın təsdiqinin məhkəmədən kənar müəyyən edilməsi mümkün deyil. Ona görə də, onun Xocavənd (köhnə Hadrut) rayon VVADQ Şöbəsində xx xxxxxxxx 1983-cü ildə aparılmış doğum akt qeydinin bərpa edilməsi, ata adının X7, milliyəti azərbaycanlı, ana adının X10, milliyəti azərbaycanlı olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında Maraqlı şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin Maraqlı şəxs məktub göndərərək, 08 aprel 2025-ci il tarixdə, saat 11:00-a təyin olunmuş Ərizəçi “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi (fərdi identifikasiya nömrəsi 2NGKMNO) xx.xx.1983-cü ildə doğulmuşdur. İş materiallarında olan Hadrut rayonu Edilli kənd Soveti tərəfindən verilmiş 18 may 1982-cü il tarixli, İİ-ЖГ seriyalı 370365 nömrəli nikahın bağlanmsı haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X9 arasında nikah 18 may 1983-cü ildə bağlanmış və 9 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Beyləqan rayon VVADQ Şöbəsinin tərəfindən verilmiş 07 dekabr 2007-ci il tarixli, AZ-İ seriyalı 363967 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Məhəmməd oğlu ilə X6 arasında nikah 07 dekabr 2007-ci ildə bağlanmış və 46 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 561 saylı rəyindən görünür ki, Ərizəçi Məhəmmədəli oğlunun doğum haqqında bərpa akt qeydinin qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Axullu kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin 20 dekabr 2024-cu il tarixli, 5-52-1/2-162/2024 saylı arayışından görünür ki, Xocavənd rayonu, Axullu kənd sakini Ərizəçi məcburi köçkün kimi Beyləqan rayonu ərazisində salınmış 500 ailəlik ünvan 1-də məskunlaşıb yaşayır və ailəsi arvadı X11, oğlu X12 və oğlu X5 ibarətdir. İş materiallarında olan AA seryalı 136088 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1992-ci ildə Xocavənd rayonundan məcburi köçkün düşmüşdür. İş materiallarında olan olan Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Axullu kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin 08 aprel 2025-ci il tarixli, 5-52-1/2- 56/2025 saylı arayışından görünür ki, xx xxxxxxxx 1983-cü ildə anadan olmuş Əliyev X4 rayonu, Axullu kənd sakinidir və məcburi köçkün kimi Beyləqan rayonu ərazisində salınmış 500 ailəlik ünvan 1-də məskunlaşıb, yaşayır. Azərbaycanlıdır. Axullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 3 saylı təsərrüfat başına kitabın 147-ci səhvəsində şəxsi hesab nömrəsi 260 olmaqla, qeydiyyata alınmışdır. X1 02 sentyabr 1960-cı ildə anadan olmuş, Xocavənd rayonu, Axullu kənd sakinidir və məcburi köçkün kimi Beyləqan rayonu ərazisində salınmış 500 ailəlik ünvan 1-də məskunlaşıb, yaşayır. Azərbaycanlıdır. Axullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1 saylı təsərrüfat başına kitabın 124-cü səhvəsində şəxsi hesab nömrəsi 62 olmaqla, qeydiyyata alınmışdır. X2 12 dekabr 1963-cü ildə anadan olmuş, Xocavənd rayonu, Axullu kənd sakinidir və məcburi köçkün kimi Beyləqan rayonu ərazisində salınmış 500 ailəlik ünvan 1-də məskunlaşıb, yaşayır. Azərbaycanlıdır. Axullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1 saylı təsərrüfat başına kitabın 124-cü səhvəsində şəxsi hesab nömrəsi 62 olmaqla, qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Ərizəçi onun oğludur və ona qarşı düşmənçiliyi və ədavətiləri yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, o, X10 ilə rəsmi nikaha girməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.1983-cü ildə Xocavənd rayonu, Axullu kəndində Ərizəçi anadan olmuş, Xocavənd rayonu, Axullu kəndində yaşamış, məlum Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq Xocavənd rayonu, Axullu kəndi erməni işğalçıları tərəfindən işğal edilən zaman kənddəki bütün evlər ermənilər tərəfindən yandırılmış, özlərinin və övladlarının sənədləri o, cümlədən Ərizəçi doğum şəhadətnaməsi kənddəki evlərində qalaraq yanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 şahid X3 ifadəsinə uyğun ifadə vermişdir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310-cu maddəsi əsasında, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə müvafiq olaraq, uşağın anadan mənşəyi (analıq) tibb müəssisəsində ananın uşağı doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda isə tibb sənədləri, şahid ifadələri və ya digər sübutlar əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə uyğun olaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə uyğun olaraq, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi xx xxxxxxxx 1983cü ildə Xocavənd rayonu, Axullu kəndində doğulması, soyadının Əliyev, adının Xəyal, atasının X7, anasının X10 olması faktı ərizəçinin izahatı, şahidlərin ifadələri və işin digər halları ilə sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır, təmin edilməli və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalı, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi xx xxxxxxxx 1983-cü ildə Xocavənd rayonu Axullu kəndində doğulması faktı müəyyən edilsin, doğum akt qeydində ata qrafasında - X7, ana qrafasında - X10, milliyyəti - azərbaycanlı kimi qeyd edilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-47/2025
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-47/2025
08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver