Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-5/2024 09.01.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” X4rşı “doğumun qeyd edilmə faktı” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxxxx 1967-ci ildə Xocavənd rayonu, Qaradağlı kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1967-ci ildə Xocavənd rayonu, Qaradağlı kəndində anadan olmuşdur. Məcburi köçkündür və hazırda müvəqqəti olaraq Yevlax rayonu, Aran qəsəbəsində məskunlaşmışdır. Həmçinin birinci Qarabağ müharibəsinin veteranıdır və şəhid ailəsidir. Belə ki, atası X10 1992-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. O, andan olan zaman ona doğum haqqında şəhadətnamə verilmişdir. Lakin torpaqları işğal olunan zaman ona məxsus olan şəhadətnamə Xocavənd də qalmışdır. O, hazırda yeni doğum haqqında şəhadətnamə verilməsi üçün maraqlı şəxsə müraciət etsə də, 10 avqust 2023-cü il tarixli məktubla bundan imtina edilmişdir. Onun hazırda şəxsiyyət vəsiqəsi vardır, lakin bu gün ona şəhadətnamə də, lazımdır. Belə ki, anası vəfat etmiş və anasından sonra şəhid ailəsi statusunun ona verilməsi üçün ondan həmin sənəd tələb edilmişdir. Ona görə də, onun xx xxxxxxxx 1967-ci ildə Xocavənd rayonu, Qaradağlı kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” X12 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” X6 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Səyyar Asan 9 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 xx.xx.1976-cı ildə Xocavənd rayonu, Qaradağlı kəndində doğulmuş, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli PC AZE seriyalı C00185037 nömrəli pasportun surətindən görünür ki, X17 xx.xx.1967-ci ildə doğulmuşdur. İş materiallarında olan Beyləqan Hərbi Komisarlığı tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş 081156 nömrəli vəsiqəsinin surətindən görünür ki, X17 müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Yevlax şəhər bölməsinin xx.xx.2023-cü il tarixli, 459 saylı arayışından görünür ki, Xocavənd rayonunundan məcburi köçkün X2 rayonu, Aran qəsəbəsində müvəqqəti olaraq məskunlaşmışdır. İş materiallarında olan Xocavənd rayon İHB-nın Qaradağlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-52-7/2-03/2024 saylı arayışından görünür ki, Xocavənd rayonu, Qaradağlı kənd sakini, məcburi köçkün X17 həqiqətən xx.xx.1967-ci il tarixdə (keçmiş Martuni) indiki Xocavənd rayonu, Qaradağlı kəndində anadan olmuş, milliyyəti azərbaycanlı, atası 01 01.1934-cü il təvəllüdlü X7, milliyyəti azərbaycanlı, anası xx.xx.1934-cü il təvəllüdlü X5, milliyyəti azərbaycanlıdır. İş materiallarında olan Xocavənd rayon İHB-nın Qaradağlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-52-7/2-04/2024 saylı arayışından görünür ki, Xocavənd rayonu, Qaradağlı kənd sakini, məcburi köçkün X17 həqiqətən halhazırda məcburi köçkün kimi müvəqqəti olaraq stansiya Mingəçevir, Zabitlər evində məskunlaşınb yaşayır. İş materiallarında olan xx.xx.1992-ci il tarixli İV-ЖГ seriyalı 305468 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1992-ci ildə ermənilər Xankəndi rayonunda qətlə yetirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AZ-İİ seriyalı 218341 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci ildə Yevlax rayonu, Aran qəsəbəsində ölmüşdür. İş materiallarında olan AZE 06492335 nömrəli şəxsiyyət vəsiqəsinin daşıyıcısı Xocavənd rayonu (keçmiş Martuni rayonu) Qaradağlı kəndində doğulmuş və hal-hazırda Xocavənd rayonu, Qaradağlı kənd sakini xx.xx.1958-ci il təvəllüdlü X20, AZE 18678237 nömrəli şəxsiyyət vəsiqəsinin daşıyıcısı Xocavənd rayonu (keçmiş Martuni rayonu) Qaradağlı kəndində doğulmuş və hal-hazırda Xocavənd rayonu, Qaradağlı kənd sakini xx.xx.1951 -ci il təvəllüdlü X24, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin daşıyıcısı Xocavənd rayonu (keçmiş Martuni rayonu) Qaradağlı kəndində doğulmuş və hal-hazırda Xocavənd rayonu, Qaradağlı kənd sakini xx.xx.1934-cü il təvəllüdlü X18 tərəfindən tərtib edilmiş və Xocavənd rayon İHB-nin Qaradağlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Ərizəçi şəxsən tanıyırıq, həqiqətən o, xx.xx.1967-ci ildə Xocavənd rayonu (keçmiş Martuni rayonu) Qaradağlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” X6 xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-1539/2023 saylı məktubundan görünür ki, X9 doğumu haqqında arayışın istənilməsi barədə ərizəsinə baxılmış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququnun olması izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” X6 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13- 2447/2023 saylı məktubundan görünür ki, məhkəmə hazırlıq iclasında üzrlü səbəblərdən nümayəndələrinin iştirakını təmin edə bilməməsini nəzərə alaraq, mülki işə nümayəndələrinin iştirakı olmadan baxıb, müvafiq qərar qəbul edilməsini, vətəndaşın müraciəti müsbət həll olunduqda X9 doğum tarixi, doğum yeri, valideyinlərinin adı, soyadı, ata adı, doğum tarixi və onların milliyyəti barədə məlumatların qətnamənin nəticə hissəsində öz əksini tapmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, X17 onun həmkəndlisidir. Ona qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, X17 həqiqətən xx.xx.1967-ci ildə Xocavənd rayonu (keçmiş Martuni rayonu) Qaradağlı kəndində doğulmuş və milliyyəti azərbaycanlıdır. Ərizəçi Xocavənd rayonu, Qaradağlı kəndində yaşamış və həmkəndli kimi yaxın münasibətləri olmuşdur. X28 hadisələri ilə əlaqədar olaraq Xocavənd rayonu, Qaradağlı kəndi 17 fevral 1992-ci ildə erməni işğalçıları tərəfindən işğal edilən zaman kənddəki bütün evlər ermənilər tərəfindən yandırılmış, X9 da doğum şəhadətnaməsi kənddəki evində qalaraq yanmışdır. X1 atası Xocavənd rayonu (keçmiş Martuni rayonu) Qaradağlı kənd sakini xx.xx.1934-cü il təvəllüdlü X7, anası isə Xocavənd rayonu (keçmiş Martuni rayonu) Qaradağlı kənd sakini xx.xx.1934-cü il təvəllüdlü X3r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 şahid X20 oğlunun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi X9 doğum şəhadətnaməsi məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq Xocavənd rayonu, Qaradağlı kəndi 17 fevral 1992ci ildə erməni işğalçıları tərəfindən işğal edilən zaman kənddə evində qalaraq yanmışdır. X17 xx xxxxxxxx 1967-ci ildə Xocavənd (keçmiş Martuni) rayonu, Qaradağlı kəndində doğulmuş, milliyyəti azərbaycanlı, atası xx.xx.1934-cü il təvəllüdlü X7, milliyyəti azərbaycanlı, anası xx.xx.1934-cü il təvəllüdlü X5, miliyyəti azərbaycanlıdır. Azərbaycan Respublikası MPM-nin 307.2-ci və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310-cu maddəsi əsasında, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə müvafiq olaraq, uşağın anadan mənşəyi (analıq) tibb müəssisəsində ananın uşağı doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda isə tibb sənədləri, şahid ifadələri və ya digər sübutlar əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə uyğun olaraq, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə uyğun olaraq, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, ərizəçi X9 xx.xx.1967-ci ildə Xocavənd rayonu (keçmiş Martuni rayonu) Qaradağlı kəndində doğulması, soyadının İsmayılov, adının Elburus, atasının X7, anasının X5 olması faktı ərizəçinin izahatı, şahidlərin ifadələri və işin digər halları ilə sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır, təmin edilməli və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalı, doğum haqqında şəhadətnamənin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” X8 həvalə edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. X9 doğum haqqında akt qeydi bərpa edilsin. X9 xx.xx.1967-ci ildə Xocavənd rayonu (keçmiş Martuni rayonu) Qaradağlı kəndində doğulması faktı müəyyən edilsin, doğum akt qeydində ata qrafasında - X7, ana qrafasında - X5, milliyyəti - azərbaycanlı kimi qeyd edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir Regional “Asan Xidmət” X8 həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-5/2024
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-5/2024
09.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver