Məhkəmə qərarları › İş №2(069)-8/2025

Xocavənd Rayon Məhkəməsi Qərardad — İş №2(069)-8/2025

17.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan şəhəri İş № 2(069)-8/2025 17.03.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi Nümayəndə, Cavabdeh Ağcabədi rayon Hindarx Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Ağcabədi rayon Hindarx Bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, hüquqi varis X4, Cavabdeh8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X7 Torpaq Müsabiqə və Hərrac Komissiyasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 qarşı “torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadətnamənin, alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların X12 daşınmaz əmlakın Dövlət Reysetrindən çıxarışın ləğv edilməsi, müsabiqə və hərracın yenidən keçirilməsi və xüsusi qərardadın çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Hindarx Bələdiyyəsinin sifarişi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X7 Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən təşkil edilmiş və 12 oktyabr 2023-cü il tarixində keçirilmiş hərrac və ya müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi, Cavabdeh6 verilmiş torpaq hərrac və ya müsabiqənin nəticələrinə dair HTM seriyalı, 004478 nömrəli şəhadətnamənin, xx.xx.2023-cü il tarixdə Ağcabədi rayon Hindarx Bələdiyyəsi ilə Cavabdeh6 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, müsabiqə və hərracın yenidən keçirilməsi barədə qətnamə qəbul edilməsini və xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hindarx qəsəbə sakini Cavabdeh2 torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadətnamənin, alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, icarə müqaviləsinin bağlanmış hesab edilməsi və xüsusi qərardadın çıxarılması tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişdir. O, iddia ərizəsini belə əsaslandırmışdır ki, onunla Hindarx Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-ci il tarixli müqaviləyə əsasən, Bələdiyyəyə məxsus 3690 m2 torpaq sahəsi 49 il müddətinə ona icarəyə verilmiş, tərəfindən həmin torpaq sahəsində tikinti işləri aparılmış və bazar ərazisi kimi fəaliyyət göstərmişdir. Bazarın fəaliyyətinə nəzarət onun kürəkəni Cavabdeh3 Yunus oğluna həvalə edilmiş və bununla bağlı tərəfindən 01 may 2015-ci il tarixdə Cavabdeh3 etibarnamə verilmişdir. Daha sonra Cavabdeh3 bazarı satması ona məlum olmuş, bununla bağlı vəkil sorğusu əsasında Hindarx Bələdiyyəsinə müraciət etmiş, cavabdeh X16 ona etibar edilmiş tapşırıqlardan kənara çıxaraq 27 aprel 2022-ci il tarixdə Hindarx Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Hindarx Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 nömrəli qərarı ilə icarəyə götürülmüş, mübahisəli 3690 m2 torpaq sahəsinin icarə haqqının qiymət artımı ilə əlaqədar olaraq ödəyə bilmədiyi üçün həmin torpaq sahəsini geri qaytarmaq istəməsi məlum olmuşdur. Hindarx Bələdiyyəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh3 Yunus oğlunun ərizəsini nəzərə almış və torpaq sahəsini yenidən sənədləşdirərək hərraca çıxarılmasına göstəriş vermişdir. Halbuki, icarə haqqında hər hansı bir problem olmamış, onun tərəfindən xx.xx.2022-ci il tarixdə 7.705 manat məbləğində icarə haqqı Hindarx Bələdiyyəsinin hesabına ödənilmişdir. Bununla bağlı Cavabdeh3 vermiş olduğu etibarnaməni 10 may 2022-ci il tarixdə Bakı şəhəri 27 saylı Dövlət Notariat Kontorunda ləğv etdirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə sözügedən torpaq sahəsi hərraca çıxarılmış, Bakı şəhəri, Nəsimi rayon sakini Cavabdeh6 arasında AN-İ №1168068 nömrəli alqı-satqı müqaviləsi bağlanaraq, torpaq sahəsi ona 29.150 manata satılmış, sonuncu tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə edilmişdir. Göründüyü kimi qanuni istifadəsinə verilmiş 3690 m2 torpaq sahəsinin üçüncü şəxsin istifadəsinə verilməsi qanunsuz olmuş, torpaq sahəsi qanuna müvafiq olaraq onun istifadəsinə verilsə də, yazılmış ərizədən xəbəri olmamış, keçirilmiş hərrac barədə ona məlumat verilməmişdir. Belə ki, torpağın üzərində tikililər olmuş, əmlak hüquqlarına qəsd edilmişdir. Verilmiş iddia ərizəsindən və məhkəmə araşdırmasından ona məlum olmuşdur ki, Bakı şəhər sakini Cavabdeh6 Cabir qızının əri Cavabdeh8 kürəkəni İmamqulubəyli kənd sakini "xxxx" ASC-nin Ağcabədi rayon Şöbəsinin müdiri Cavabdeh7 və iş adamı Muğanlı kənd sakini Cavabdeh5 ilə birlikdə qanunsuz olaraq Hindarx Bələdiyyəsinin mülkiyyətində olan mübahisəli torpaq sahəsini 150.000 manat pulu əvvəlcədən vermək şərti ilə 200.000 manata Cavabdeh3 Yunus oğlundan almış və formal olaraq arvadı Cavabdeh6 adına sənədləşdirmişdir. Ona görə də, Cavabdeh8 2022-ci ilin avqust ayında Cavabdeh5 vasitəsi ilə ilkin şifahi razılaşmaya əsasən, nəğd formada Cavabdeh3 150.000 manat vermiş yerdə qalan 50.000 manatı isə gələcəkdə “X19” X33 tərəfindən verilmiş şəhadətnaməni və Dövlət Reyestr Xidmətindən çıxarış aldıqdan sonra ödəyəcəyini bildirmişdir. Daha sonra 12 oktyabr 2023-cü il tarixdə “X8” X24 Beyləqan Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən guya Hindarx Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi 29.150 manata Cavabdeh6 satılmış, 25 oktyabr 2023-cü il tarixdə isə Cavabdeh6 ilə Hindarx Bələdiyyəsi arasında müqavilə bağlanmışdır. Lakin Cavabdeh8 müxtəlif bəhanələrlə 50.000 manat pulu verməkdən imtina etdiyinə görə Cavabdeh2 iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iddia hal-hazırda Ağcabədi Rayon Məhkəməsinin hakimi Etibar Quliyevin icraatındadır. Belə olan halda hesab edir ki, 12 oktyabr 2023-cü il tarixdə “X8” X24 Beyləqan Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən keçirilmiş hərrac və 25 oktyabr 2023-cü il tarixdə Cavabdeh6 ilə Hindarx Bələdiyyəsi arasında bağlanmış müqavilə qanunsuzdur, saxta yolla hərrac keçirilmiş və müqavilə bağlanılmışdır. Bununla da, Hindarx qəsəbə sakini kimi onun hüquqları pozulmuş, satışa çıxarılan torpaq sahəsini müsabiqə və hərrac yolu ilə almaq istəsədə, lakin qanunsuz olaraq xəlvət keçirilən hərracda iştirak edə bilməmişdir. Belə ki, Cavabdeh8 bir il iki ay qabaq necə bilərdi ki, onun arvadı keçiriləcək hərracın qalibi olacaq. Bu fakt onu göstərir ki, ortada vəzifə saxtakarlığı var. Hər şey əvvəlcədən danışılıb, sövdələşilib və formal olaraq guya hərrac keçirilib və Cavabdeh6 isə müsabiqənin qalibi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanın ilə təsdiq edilmiş, Dövlət və Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarının 7-ci bəndində qeyd edilir ki, bildiriş təşkilatçı tərəfindən müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl kütləvi informasiya vasitələrində dərc edilməlidir. Lakin müsabiqənin və hərracın təşkilatçısı tərəfindən kütləvi informasiya vasitələrində bildiriş dərc edilməmişdir. Mövcud mülki qanunvericiliyə əsasən, mübahisə predmeti olan torpaq sahəsi Bələdiyyə mülkiyyətinə məxsusdur, üzərindəki tikililər isə xüsusi mülkiyyət olaraq daşınmaz əmlak kimi icarəçi Cavabdeh2 məxsusdur. Bu səbəbdən də, Hindarx Bələdiyyəsi tərəfindən onun mülkiyyətində olan torpağın üzərindəki tikililəri qiymətləndirməli və torpaqla birlikdə hərraca çıxarmalı və tikiliyə görə ödənilən məbləği icarəçi Cavabdeh2 ödəməli olduğu halda onun əvəzinə Cavabdeh5 Rəsul oğlu notarial qaydada əsassız olaraq, Cavabdeh3 150.000 manat ödəmişdir. Yuxanda qeyd edilənlərə və göstərilən dəlillərə əsasən hesab edir ki, müsabiqə və hərrac saxta yolla keçirilmiş, ictimaiyyətdən və Hindarx qəsəbə sakinlərindən gizlədilmiş, nəinki onun həmdə digər qəsəbə sakinləri mübahisə predmeti olan torpaq sahəsini və onun üzərində tikilmiş tikililəri satın almaq istəyi olmasına baxmayaraq, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində müsabiqə və hərracda iştirak edə bilməmiş, onun hüququ pozulmuş və hüququna qəsd edilmişdir. Beləliklə də, cavabdehlərin əməllərində korrupsiya cinayətləri və qulluq mənafeyi edilmiş əməllər mövcuddur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1, 311, 312 və 313-ü maddələrinin tərkib hissəsi olduğuna və əməldə korrupsiya faktı olduğuna görə cavabdehlərin əməlləri Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılmalı və əməllərinə hüquqi qiymət verilməlidir. Ona görə də, Hindarx Bələdiyyəsinin sifarişi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X7 Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən təşkil edilmiş və 12 oktyabr 2023-cü il tarixində keçirilmiş hərrac və ya müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi, Cavabdeh6 verilmiş torpaq hərrac və ya müsabiqənin nəticələrinə dair HTM seriyalı, 004478 nömrəli şəhadətnamənin, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ilə Cavabdeh6 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, müsabiqə və hərracın yenidən keçirilməsi barədə qətnamə qəbul edilməsini və xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması və xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib izahatında göstərmişdir ki, Ağcabədi rayon X5 ərazisində yerləşən mülkiyyət hüquq əsasında Hindarx Bələdiyyəsinə məxsus və alqısatqı predmeti olan 2650 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə mağaza binası tikintisi məqsədilə mülkiyyətə verilməsinə görə hərrac keçirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinə müraciət etmişdir. Ağcabədi rayon Hindarx Bələdiyyəsi mülkiyyətində olan hərrac yolu ilə satılması üçün nəzərdə tutulan 2650 kv.m torpaq sahəsinin üzərində hüquqların Dövlət Qeydiyyatına alınması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi məqsədəuyğun hesab edilmişdir. Hərracın keçiriləcəyi tarixdən 30 gün əvvəl torpağın hərraca çıxaran hüquqi şəxs barədə məlumat və şərtləri, yeri, vaxtı və tarixi, ilkin qiyməti, torpaq sahəsinin yeri, kadastr məlumatları və torpaq üzərində hüquqları təsdiq edən sənədin nömrəsi, müsabiqədə iştirak elmək üçün təqdim olunan sənədlərin siyahısı, müsabiqədə iştirak etmək üçün ərizə forması, ərizənin qəbulu yerinin ünvanı, ərizənin və sənədlərin ərizəçilərdən qəbulunun başlanğıc və son tarixi barədə kütləvi informasiya vasitələrində məlumatlar dərc edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X7 Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən keçirilmiş hərracda Ağcabədi ərazisində yerləşən Hindarx Bələdiyyəsinin mülkiyyətinə aid 2650 kv.m torpaq sahəsinə 29.150,00 manat ən yüksək təklif vermiş X17 hərracın qalibi olmuşdur. Göründüyü kimi müsabiqə Dövlət və Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarına uyğun həyata keçirilmişdir. Bundan başqa Ağcabədi Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(017)-637/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər Ağcabədi rayon Hindarx Bələdiyyəsinə, “X8” X24 Beyləqan Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına, Cavabdeh3 və Cavabdeh6 qarşı “Ağcabədi rayon Hindarx Bələdiyyəsinin sifarişi əsasında “X8” X24 Beyləqan Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən təşkil edilmiş və xx.xx.2023-cü il tarixində keçirilmiş torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, Cavabdeh6 verilmiş torpaq hərrac və müsabiqənin nəticələrinə dair HTM seriyalı 004478 nömrəli şəhadətnamənin, xx.xx.2023-cü il tarixdə Ağcabədi rayon Hindarx Bələdiyyəsi ilə Cavabdeh6 arasında bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi və iddiaçı Cavabdeh2 ilə cavabdeh Ağcabədi rayon Hindarx Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli icarə müqaviləsinin bağlanmış müddətə uzadılmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Ağcabədi rayon Hindarx Bələdiyyəsinin nümayəndəsi X6 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki, Ağcabədi rayon Hindarx Bələdiyyəsi hərrac keçirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinə müraciət etmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X7 Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən keçirilmiş hərracda Ağcabədi ərazisində yerləşən Hindarx Bələdiyyəsinin mülkiyyətinə aid 2650 kv.m torpaq sahəsinə 29.150,00 manat ən yüksək təklif vermiş X17 hərracın qalibi olmuşdur. Həmin torpaq sahəsinin hərraca çıxarılması barədə məlumat Ağcabədi rayon Hindarx Bələdiyyəsinin inzibati binasının qarşısında elanlar lövhəsində yerləşdirilmiş və qəzetdə elan verilmişdir. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, hüquqi varis X9, Cavabdeh8 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, hüquqi varis X3, Cavabdeh8 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, İddiaçı, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin nümayəndəsi Nümayəndə və Ağcabədi rayon Hindarx Bələdiyyəsinin nümayəndəsi X2 izahatlarını dinləyərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi RPŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZE seryalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abbasov X20 rayonu, Hindarx qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,265 ha torpaq sahəsi Ağcabədi rayon Hindarx Bələdiyyəsinin adına hüquqi qeydə alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində həmin tarixdə 123 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, Ağcabədi rayonu, Hindarx qəsəbəsində yerləşən ümumi sahəsi 0,265 ha olan torpaq sahəsinin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 26.500 manat təşkil etmişdir. Qiymətləndirmə Ağcabədi rayon Hindarx Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizəyə və xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən (icarəsində, istifadəsində) olan Torpaq sahəsi üçün qiymətləndirilməsi işi aparılmışdır. İş materiallarında olan Ağcabədi rayon Hindarx Bələdiyyəsinin 05 iyul 2023-cü il tarixli, 16 saylı iclasının qərarından görünür ki, Hindarx Bələdiyyəsinin alıq-satqı predmeti olan yaşayış məntəqələri təyinatlı 2650 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədi ilə mülkiyyətə verilməsinə görə hərracın keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınma proseduranın başa çatdığı nəzərə alınmış, Hindarx Bələdiyyəsinin alqı-satqı predmeti olan yaşayış məntəqələri təyinatlı 2650 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə mağaza binası tikintisi üçün mülkiyyətə verilməsinə görə hərracın keçirilməsi, hərracın satış qiyməti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Hüquqların X12 daşınmaz əmlakın Dövlət Reyestrindən şıxarışa əlavə edilmiş Daşınmaz Əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışda xx.xx.2023-cü il tarixinə bazar dəyəri 26.500 manat manat müəyyən edilməsi və hərracın keçirilməsi barədə Bələdiyyə ilə “X8” X24 Beyləqan Ərazi Torpaq, Müsabiqə və Hərrac Komissiyası arasında müqavilə bağlanması, qərarın icrasına nəzarət büdcə və maliyyə məsələləri daimi komissiyasına tapşırılması və həmin qərarın surəti X26 İdarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “X8” X24 Beyləqan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq hərracının nəticələri barədə xx.xx.2023-cü il tarixli, 168 saylı prokolun surətindən görünür ki, Ağcabədi rayon ərazisində yerləşən Hindarx Bələdiyə mülkiyyətinə aid 2650 kv.metr torpaq sahəsinin satılması məqsədi ilə xx.xx.2023-cü il tarixdə keçirilən X1, X18 və Cavabdeh6 iştirak etmiş, hərrac baş tutmaqla 29.150,00 manat ən yüksək qiymət təklif etmiş 03 nömrəli biletin sahibi Cavabdeh6 hərracın qalibi hesab edilmişdir. İş materiallarında olan “X8” X24 Beyləqan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının 12 oktyabr 2023-cü il tarixli, HTM seriyalı 004478 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ağcabədi rayon Hindarx Bələdiyəsinin mülkiyyətində olan 2650 kv.metr torpaq sahəsinin mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı “X8” X30 Beyləqan Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracının qalibi Cavabdeh6 29.150,00 manata satılmışdır. Şəhadətnamə “X8” X30 Beyləqan ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 12 oktyabr 2023-cü il tarixdə 901 nömrə ilə qeydiyyata alınmaqla hərracın qalibinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AN-İ seryalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Ağcabədi rayon Hindarx Bələdiyyəsi DƏDKR X30 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Ağcabədi rayon Hindarx Bələdiyyəsinə verilmiş **********90 reyester nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, tam mülkiyyət üzrə 0,265 ha torpaq sahəsini 29.150,00 manata alıcı Cavabdeh6 satmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh6 tərəfindən Ağcabədi rayon Hindarx Bələdiyyəsinin hesabına 27.984,00 manat pul ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Hindarx qəsəbəsində 0,265 ha torpaq sahəsi Cavabdeh6 adına hüquqi qeydə alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində həmin tarixdə 123 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(017)-637/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X11 cavabdehlər Ağcabədi rayon Hindarx Bələdiyyəsinə, “X8” X24 Beyləqan Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına, Cavabdeh3 və Cavabdeh6 qarşı “Ağcabədi rayon Hindarx Bələdiyyəsinin sifarişi əsasında “X8” X24 Beyləqan Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən təşkil edilmiş və xx.xx.2023-cü il tarixində keçirilmiş torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, Cavabdeh6 verilmiş torpaq hərrac və müsabiqənin nəticələrinə dair HTM seriyalı 004478 nömrəli şəhadətnamənin, xx.xx.2023-cü il tarixdə Ağcabədi rayon Hindarx Bələdiyyəsi ilə Cavabdeh6 arasında bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi və iddiaçı Cavabdeh2 ilə cavabdeh Ağcabədi rayon Hindarx Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli icarə müqaviləsinin bağlanmış müddətə uzadılmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, GK-10 saylı məktubundan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(017)-637/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1332/2024 nömrəli qərardadına əsasən, apellyasiya şikayəti (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun olmadığından) qeyri-mümkün hesab edilərək geri qaytarılmış, həmin mülki işdən təkrar apellyasiya şikayəti verilməmiş və 29 oktyabr 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ağcabədi rayonu, Hindarx Bələdiyyəsinin mülkiyyətində olan hərrac yolu ilə satılması üçün nəzərdə tutulan 2650 kv.metr torpaq sahəsinin üzərində Hüquqların Dövlət Qeydiyyatına alınması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi məqsədə uyğun hesab edilmiş və torpaq sahəsinin xx.xx.2023-cü il tarixinə real bazar dəyəri 26.500 manat müəyyən etmişdir. Bunula bağlı Ağcabədi rayonu, Hindarx Bələdiyyəsinin 05 iyul 2023-cü il tarixli, 16 saylı qərarı ilə Hindarx Bələdiyyəsinin mülkiyyətində olan 2650 kv.metr torpaq sahəsinin sahibkarlıq məqsədi üçün mülkiyyətə verilməsinə dair hərracın keçirilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinə müraciət edilmişdir. Müqavilənin predimeti Ağcabədi ərazisində yerləşən Hindarx Bələdiyyəsinin mülkiyyətinə aid 2650 kv.metr torpaq sahəsinin elanı kütləvi informasiya vasitələrində yerləşdirilmiş və müsabiqə açıq hərrac şəklində keçirilməsi 12 oktyabr 2023cü il tarixə, saat 15:00-a təyin olunmuşdur. X1, X18 və X17 iştirak etmiş və hərrac baş tutmaqla 29.150,00 manat ən yüksək qiymət təklif etmiş 03 nömrəli biletin sahibi Cavabdeh6 hərracın qalibi hesab edilmişdir. Buna görə də, satıcı Ağcabədi rayon Hindarx Bələdiyyəsi ilə alıcı Cavabdeh6 arasında xx.xx.2023-cü il tarixli, AN-İ seryalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Ağcabədi rayonu, Hindarx qəsəbəsində 0,265 ha torpaq sahəsi Cavabdeh6 adına hüquqi qeydə alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində həmin tarixdə 123 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçı Cavabdeh2 cavabdehlər Ağcabədi rayon Hindarx Bələdiyyəsinə, “X8” X24 Beyləqan Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına, Cavabdeh3 və Cavabdeh6 qarşı “Ağcabədi rayon Hindarx Bələdiyyəsinin sifarişi əsasında “X8” X24 Beyləqan Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən təşkil edilmiş və xx.xx.2023-cü il tarixində keçirilmiş torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, Cavabdeh6 verilmiş torpaq hərrac və müsabiqənin nəticələrinə dair HTM seriyalı 004478 nömrəli şəhadətnamənin, xx.xx.2023cü il tarixdə Ağcabədi rayon Hindarx Bələdiyyəsi ilə Cavabdeh6 arasında bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və iddiaçı Cavabdeh2 ilə cavabdeh Ağcabədi rayon Hindarx Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli icarə müqaviləsinin bağlanmış müddətə uzadılmış hesab edilməsi” tələbinə dair məhkəmədə iddia qaldırılmış, Ağcabədi Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(017)-637/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmiş və 29 oktyabr 2024-cü il tarixdə qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə iş materiallarını və qanunvericiliyin normalarını nəzərdən keçirərək hesab edir ki, eyni predmet barəsində və eyni əsaslar üzrə Ağcabədi Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(017)-637/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı cavabdehlər Ağcabədi rayon Hindarx Bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, hüquqi varis X4, Cavabdeh8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X7 Torpaq Müsabiqə və Hərrac Komissiyasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 qarşı “torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadətnamənin, alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların X12 daşınmaz əmlakın Dövlət Reysetrindən çıxarışın ləğv edilməsi, müsabiqə və hərracın yenidən keçirilməsi və xüsusi qərardadın çıxarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Eyni predmet barəsində və eyni əsaslar üzrə Ağcabədi Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(017)-637/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı cavabdehlər Ağcabədi rayon Hindarx Bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, hüquqi varis X4, Cavabdeh8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X7 Torpaq Müsabiqə və Hərrac Komissiyasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 qarşı “torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadətnamənin, alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların X12 daşınmaz əmlakın Dövlət Reysetrindən çıxarışın ləğv edilməsi, müsabiqə və hərracın yenidən keçirilməsi və xüsusi qərardadın çıxarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində yenidən məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Xocavənd Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar