Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-107/2023 02.06.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X14 Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X8 iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Xocalı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi, Maraqlı şəxs qeyd etməklə, vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpa edilərək, onun xx.xx.1991-ci ildə Xocalı rayonu, Kərkicahan qəsəbəsində doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında X7, ana qrafasında X4 və milliyyətinin azərbaycanlı qeyd edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Xocalı rayon, Kərkicahan qəsəbəsində anadan olmuşdur. X1 və X4 Azərbaycan Respublikası vətəndaşları olmuşlar. 26 fevral 1992-ci il tarixdə Xocalı rayonu işğal olunduqdan sonra Azərbaycan Respublikasının Naftalan şəhərinə məcburi köçkün kimi köçmüşlər. Hazırda müvəqqəti olaraq Abşeron rayon Masazır qəsəbəsində yaşayır. Bir müddət əvvəl doğum haqqında şəhadətnaməsini itirdiyinə görə, dublikat şəhadətnamənin verilməsi üçün müvəqqəti yaşayış yeri üzrə Maraqlı şəxsnə müraciət etmişdir. Həmin şöbə tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş 3-16-5/8-İ-222/2023 saylı arayış ilə ərizəsi təmin olunmamış və imtinaya əsas kimi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilmədiyi bildirilmiş və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçi nümayəndəsi və vəkili X10 ərizədə göstərilən xüsusuatları müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsinin iclasda iştirakını təmin etməmişdir. X2 bildirmişdir ki, Ərizəçi onun bacısı X3 X7 ilə olan nikahından oğludur. Ərizəçi xx.xx.1991-ci il tarixdə Xocalı rayonunun, Kərkicahan qəsəbəsində doğulmuş, onun doğumu qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. Sonradan Ərizəçi bildirmişdir ki, doğum haqqında şəhadətnaməni itirmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə doğulmuşdur. Maraqlı şəxs rəisi C.Cabbarovanın vermiş olduğu 10 fevral 2023-cü il tarixli 3-16-5/8- İ-222/2023 saylı arayışdan görünür ki, xx.xx.1991-ci il tarixdə Xocalı rayonunun, Kərkicahan qəsəbəsində anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. 17 fevral 2023-cü il tarixli 302684 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 24 iyul 2009-cu il tarixdə ölüm səbəbi kaxeksiya xəstəliyindən vəfat etmişdir. 17 fevral 2023-cü il tarixli 302685 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 05 oktyabr 2015-ci il tarixdə ölüm səbəbi qara ciyərin xərçəngi xəstəliyindən vəfat etmişdir. Maraqlı şəxs 14 fevral 2023-cü il tarixli 3-16-5/8-15-1-19/2023 saylı Ərizəçi ünvanlanmış məktubunda qeyd olunur ki, itmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadığından, Ərizəçi məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Abşeron rayonu üzrə İcra Hakimiyyətinin Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 03 mart 2023-cü il tarixli, A/1170 saylı arayışından görünür ki, Ərizəçi respublikada yaranmış vəziyyətlə əlaqədar olaraq Xocalı rayonundan köçkün düşmüş və hal-hazırda Abşeron rayon Masazr kəndində məskunlaşmışdır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1. məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Maddə 307.2.3. məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidin ifadəsini təkzib edən, onun mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən istinad edilən normanın tələbləri baxımından həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Bu və digər sübutlarla ərizəçinin doğumunun qeyd edilməsi təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən doğumun qeyd edilməsi faktının müəyyən edilməsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Ərizəçi doğumunun Azərbaycan Respublikasının keçmiş X13 Vilayətinin Xocalı rayonunda qeydə alınması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum qeydinin yenidən aparılması və Ərizəçi doğum tarixi xx xxxxxxx 1991-ci il, atası olaraq X7, anası olaraq X4 qeyd edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Xocalı rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(070)-107/2023
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-107/2023
02.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver