Məhkəmə qərarları › İş №2(070)-121/2023

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-121/2023

12.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-121/2023 12.05.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kərimov Namiq Saleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Xocalı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxx 1983-cü il tarixdə Xocalı şəhərində anadan olması, ona, doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X6, ana qrafasında X5 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, xx.xx.1983-cü il tarixdə Xocalı şəhərində anadan olmuşdur. X2, anası X5 olmuşdur. Atası Milli Qəhrəmandır. Anası isə Xocalı rayonu işğal olunan zaman şəhid olmuşdur. 1992-ci il 26 fevral tarixində Xocalı rayonu işğal olunandan sonra o da, məcburi köçkün düşmüşdür. Doğum haqqında şəhadətnaməsini itirmişdir. Hazırda o doğum haqqında şəhadətnamə alması üçün Maraqlı şəxsnə müraciət etsə də, bu sənədin ona verilməsindən imtina edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Şahidlərin də onun xx.xx.1983-cü il tarixdə Xocalı şəhərində anadan olması, həmçinin atasının X6, anasının isə X5 olmasını məhkəmədə ifadələrində bildirəcəklər. O, bu sənədi başqa yolla əldə edə bilmir və bu onun işlərində çətinlik yaradır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi iclasda iştirakını təmin etməmiş, lakin şöbənin rəisi Aygün Eminova məhkəməyə məktub göndərərək, iş yükünün çoxluğunu nəzərə alaraq işə qeydiyyat şöbəsinin nümayədəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. X4 bildirmişdir ki, Ərizəçi onun qonşusudur, Murad xx xxx 1983-cü il tarixdə Xocalı şəhərində doğulmuşdur. X2, anası isə X5 olmuşdur. X1 bildirmişdir ki, Ərizəçi onun bacısı oğludur. Murad xx xxx 1983-cü il tarixdə Xocalı şəhərində anadan olmuşdur. Onun doğumu qeydiyyat şöbəsində qeydə alınmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. X2, anası isə onun bacısı X5 olmuşdur. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxx 1983-cü il tarixdə Xocalı şəhərində doğulmuşdur. 19 oktyabr 1992-ci il tarixli, 382594 saylı ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X5 26 fevral 1992-ci il tarixdə Xocalı faciəsi zamanı həlak olmuşdur. 01 sentyabr 1992-ci il tarixli, 380188 saylı ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X6 26 fevral 1992-ci il tarixdə Xocalı faciəsi zamanı döş qəfəsinin çoxlu qəlpə yaraları səbəbindən həlak olmuşdur. Maraqlı şəxs 14 fevral 2023-cü il tarixli, 05/Q-04/62 nömrəli məktubunda qeyd olunur ki, ərizəçinin doğumunun bərpası üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Xocalı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Ərizəçi Azərbaycan Respublikasının qanunda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307.2.3. məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş üzrə sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadələrini təkzib edən, onların mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən istinad edilən normanın tələbləri baxımından həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Bu və digər sübutlarla ərizəçinin doğumunun həmin zaman qeydiyyat şöbəsində qeydə alındığı, ata qrafasında X6, ana qrafasında X5 qeyd edildiyi təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən doğumun qeyd edilməsi faktının müəyyən edilməsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Ərizəçi doğumunun keçmiş Azərbaycan SSR X12 Vilayətinin Xankəndi şəhərinin X9 qeydə alınması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum qeydinin Maraqlı şəxs tərəfindən yenidən aparılması və Ərizəçi doğum tarixi xx xxx 1983-cü il, doğum yeri Xocalı şəhəri, atası olaraq X6, anası olaraq X5 qeyd edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Xocalı rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar