Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-158/2023 11.08.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və iddiaçının vəkili və nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış yerinə köçürülməsinə dair iddia ərizəsi üzrə mülki işə, Xocalı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı, maraqlı şəxs olaraq AR Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsini qeyd etməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu və iki azyaşlı X5 xx.xx.2019-cu il təvəllüdlü və X2 xx.xx.2020-ci il təvəllüdlü övladları ilə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, O Cavabdeh keçmiş həyat yoldaşıdır. Cavabdeh onunla ailə qurub evlənmişlər və nikahlarını 2019-cu ildə qeyd etdirmişlər. Birgə yaşadıqları müddət ərzində X5 xx.xx.2019-cu il təvəllüdlü və X2 xx.xx.2020-ci il təvəllüdlü adlı iki övladları doğulmuşdur. Birgə yaşamaqları mümkün olmadığından onlar 2020-ci ildə ayrılmışlar. O ailə quranda onu Vüqarın qardaşı İlqarın evinə gəlin aparıblar. Lakin mübahisəli Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən 120 saylı nömrəli qaçqınlara verilən evdə qeydiyyatda olub. Vüqarın yaşayacağı ev Ağcakənddəki ev olmalıdı o evdədə qardaşı yaşayır, sonra onları o evdən çıxarıb Goranboydakı evə yığdılar qardaşının evinə 10 min manat pul aldılar Goranboydakı evdən o Ağcakənddəki evdə qeydiyyatdadır qaynanasının üsdündə. Lakin 2022-ci ildə ona məlum oldu ki, həyat yoldaşı və onun anası və qardaşı onun xəbəri və razılığı olmadan onu Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən evdən çıxarıb ayrı yerə məcburi köçkün kimi yerləşdirilmişlər. Lakin o, bu haqda biləndən sonra etiraz edib və onu yenidən qaytarıb Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində olan evə 2 azyaşlı uşağilə birgə qeydiyyatda saldılar. Qaynı Goranboy Rayon Məhkəməsinə müraciət edərək onu halhazırda yaşadığı ünvan 1 ünvanda yerləşən evdən çıxarılmağını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 2 azyaşlı övladları ilə həmin evdən çıxarılmağı qət edilmişdir. İddiaçının nümayəndəsi Şəlalə Tağıyeva iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, onun adına Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində hər hansı yaşayış evi mövcud deyil və dövlət tərəfindən ona hər hansı ev verilməmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Maraqlı şəxs AR Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Goranboy Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(045)-1563/2022 nömrəli məhkəmə qətnaməsinin surətindən müəyyən olunur ki, həmin qətnamə ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı məzildən çıxarıma tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində cavabdehə hər hansı yaşayış evinin məxsus olmasını və yaxud məcburi köçkün kimi ona yaşayış evinin ayrılmasını, həmin evdən istifadə hüququnun mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı onun və iki azyaşlı X5 xx.xx.2019-cu il təvəllüdlü və X2 xx.xx.2020-ci il təvəllüdlü övladları ilə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən evə köçürülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Toğrul Əliyev Düzdür: Hakim əvəzi: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(070)-158/2023
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-158/2023
11.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver