Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-205/2024 21.08.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs2 maraqlı şəxs kimi göstərilməklə və Maraqlı şəxs1 maraqlı şəxs kimi cəlb edilməklə) “təhsil alma faktının müəyyən edilməsi” ilə bağlı ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 1974-cü ildə M.Əzizbəyov adına Şuşa pedaqoji məktəbinə daxil olmağı və 1978-ci ildə həmin məktəbi “ibtidai sinif müəllimi və pioner baş dəstə rəhbəri” ixtısası üzrə bitirməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Xocalı rayonundan məcburi köçkündür və 1992-ci ildə Xocalı rayonunun işğalı ilə əlaqədar olaraq hal-hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmışdır. O, xx.xx.1959-cu ildə DQMV-nin Əsgəran rayonunun (hazırkı Xocalı rayon) Kosalar kəndində anadan olmuşdur. 1974-cü il tarixdə Kosalar kənd orta məktəbinin 8-ci sinfini bitirmişdir. Elə həmin il Şuşa şəhərində yerləşən M.Əzizbəyov adına Şuşa pedaqoji məktəbinə daxil olmuş və 1978-ci ildə həmin məktəbin “ibtidai sinif müəllimi ve pioner baş dəstə rəhbəri” fakultəsini bitirmişdir. Hal-hazırda həmin məktəbin adı dəyişdirilərək Maraqlı şəxs2 adlanır. Daha sonra 1991-ci ildə H.Zərdabi adına X1 İnstitutunu bitirmişdir. M.Əzizbəyov adına Şuşa pedaqoji məktəbində oxumağı haqqında diplomu 1992-ci ildə işğal zamanı evdə qalmışdır. Həmçinin, həmin məktəbin 1992-ci il 8 may tarixinə kimi olan arxivi də işğal zamanı Şuşa şəhərində qalmışdır. Lakin, onun 1974-1978-ci illərdə həmin məktəbdə oxuduğunu məhkəməyə gətirəcəyi şahidlər (tələbə yoldaşları), hərbi biletindəki qeyd və o vaxt çəkilmiş venetka şəkilləri təsdiq edir. Diplomunu bərpa etdirmək üçün Maraqlı şəxs2nə müraciət etmiş, lakin, diplomunu bərpa etdirə bilməmişdir. Bu faktın müəyyən edilməsi dövlət tərəfindən ona verilən pensiya məbləğinin artırılması üçün vacibdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Maraqlı şəxs2nə məxsus əvvəlki illərin sənədləri 1-ci Qarabağ müharibəsi ilə əlaqədar Şuşa şəhərində qalmışdır. Kollecin arxiv sənədləri 8 may 1992-ci il tarixindən sonra saxlanılmışdır. Bu səbəbdən də Ərizəçi kollecdə oxuması haqqında hər hansı bir sənəd verilməsi mümkün deyildir. Maraqlı şəxslərə hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-in: 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 14-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli, 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Maraqlı şəxs1 haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Maraqlı şəxs1 elm və təhsil sahəsində dövlət siyasətini və tənzimləməni həyata keçirən, elmi müəssisə və təşkilatların, təhsil müəssisələrinin elm və təhsil fəaliyyətini əlaqələndirən və istiqamətləndirən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi xahişi, yəni təhsil müəssisəsini bitirmə hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsi yolverilməz olduğundan iş üzrə icraata xitam verilməli, həmçinin ərizəçiyə elm və təhsil sahəsində dövlət siyasətini və tənzimləməni həyata keçirən, elmi müəssisə və təşkilatların, təhsil müəssisələrinin elm və təhsil fəaliyyətini əlaqələndirən və istiqamətləndirən Maraqlı şəxs1nə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Maraqlı şəxs2 maraqlı şəxs kimi göstərilməklə və Maraqlı şəxs1 maraqlı şəxs kimi cəlb edilməklə) “təhsil alma faktının müəyyən edilməsi” ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə Maraqlı şəxs1nə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(070)-205/2024
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(070)-205/2024
21.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver