Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-227/2023 13.12.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Aslanova Röya Ramiz qızının katibliyi ilə, Ərizəçi (Şəki regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi maraqlı şəxs kimi göstərilməklə) “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum övladı X1 01 sentyabr 1991-ci il tarixdə Xocalı rayonunda doğulmasının müəyyən edilməsi, atasının xx.xx.1960-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, milliyyətcə azərbaycanlı, Azərbaycan Respublikası, Laçın rayonunun Çorman kəndində doğulmuş X2 olmasının müəyyən edilməsi, anasının xx.xx.1965-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, milliyyətcə azərbaycanlı, Azərbaycan Respublikası, Laçın rayonunun Çorman kəndində doğulmuş Ərizəçi olmasının müəyyən edilməsi, doğum akt qeydiyyatı kitabında bu barədə müvafiq qeydlərin aparılması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsinin Şəki regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyi üçün ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Şəki regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi maraqlı şəxs kimi göstərilməklə) “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xocalı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verə bilərlər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(070)-227/2023
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(070)-227/2023
13.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver