Məhkəmə qərarları › İş №2(070)-241/2023

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-241/2023

20.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-241/2023 20.12.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (1 saylı Gəncə regional Maraqlı şəxs notariat ofisi maraqlı şəxs qismində göstərilməklə) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri X1 miras qalmış Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0,0628 ha sahədən ibarət və Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0,246696 ha sahədən ibarət miras əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, rəhmətlik həyat yoldaşı X3 xx.xx.2022-ci il tarixdə rəhmətə getmişdir. Həyat yoldaşından Göygöl rayonu, Aşıqlı kəndində 0.0628 ha sahədən ibarət torpaq sahəsi və həmçinin Göygöl rayonu, Aşıqlı kəndində 0.246696 ha sahədən ibarət digər torpaq sahəsi miras qalmışdır. Rəhmətlik həyat yoldaşı ilə birgə nikahından 3 övladı vardlr. Lakin, miras mülkü yalnız o qəbul etmiş, faktiki olaraq bu miras mülkün idarəçiliyini o həyata keçirmiş və sahiblik etmişdir. Bu gün də həmin torpaq sahəsi onun sahibliyində, istifadəsində və idarəçiliyindədir. Bu barədə heç bir mübahisə yoxdur. Bu faktı bütün qonşular və qohumlar da bilirlər və təsdiq edirlər. Lakin, məsələ burasındadır ki, mirasın tərəfindən qəbul edilməsi faktını notarius qəbul etmir. Ona görə də miras mülkə dair vərəsəlik işlərinin aparılması mümkün olmur. Notariat ofisinin müvafiq məktubunu ərizəsinə əlavə edir. Faktını doğruluğunu təsdiq edən sübutlar: şəxsiyyət vəsiqəsi, ölüm şəhadətnaməsi, notariat ofisinin məktubu, miras torpaqların çıxarışları, doğum şəhadətnamələri, nikah şəhadətnaməsi, şahid ifadələri. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mаrаqlı şəхs 1 saylı Gəncə regional Maraqlı şəxs notariat ofisi məhkəmə iclаsının vахtı və yеri bаrədə lаzımı qаydаdа хəbərdаr еdilməsinə bахmаyаrаq, nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. xx.xx.2023-cü il tarixdə 1 saylı Gəncə regional Maraqlı şəxs notariat ofisinin notariusu Zülfiqar Ağcayev məhkəməyə müraciət edərək mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş və qanuna uyğun çıxarılacaq hər hansı bir qərara heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə, Аzərbаycаn Rеspublikаsı Mülki-Prоsеssuаl Məcəlləsinin (bundan sonra - MPM) 185-ci mаddəsinə əsаsən işə mаrаqlı şəхsin nümаyəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, Xanlar rayonu, Aşıqlı kəndində yerləşən 0.0628 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 mülkiyyətindədir; xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, Xanlar rayonu, Aşıqlı kəndində yerləşən 0.246696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 mülkiyyətindədir; 1 saylı Gəncə regional Maraqlı şəxsndə notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1395 nömrəli məktubundan görünür ki, mirasın qəbulu faktının müəyyən edilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur; Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 16943 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi Xocalı rayonundan məcburi köçkündür; İİ-ЖГ seriyalı, 385584 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X5 arasında nikah 13 may 1982-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra sonuncuya “Quliyeva” soyadı verilmişdir; Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 297978 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdə ölmüşdür; xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən torpaq sahəsinə görə torpaq vergisi Ərizəçi tərəfindən ödənilmişdir; Göygöl rayonu, Aşıqlı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 67 nömrəli arayışdan görünür ki, Ərizəçi əri X2 adına Aşıqlı kəndində olan 0.246696 ha və 0.0628 ha əkin torpaqlarını hal-hazırda özü istifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 10-cu bəndinə əsasən məhkəməyə MPM-in 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 13 may 1982-ci il tarixdə X3 ilə nikaha daxil olmuşdur. Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.246696 ha və 0.0628 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri X2 mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixdə X3 ölmüşdür. Ərizəçi hal-hazırda həmin torpaq sahələrindən istifadə edir, onları idarə edir. Ərizəçi qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu barədə notariat orqanına müraciət etməmişdir. Lakin, sonradan ərizə ilə 1 saylı Gəncə regional Maraqlı şəxsndə notariat ofisinə müraciət etdikdə mülki qanunvericiliklə müəyyən edilmiş müddəti buraxdığına görə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Miras qoyanın birinci növbədə olan vərəsələrindən ərizəçi miras qalmış sahələri əkib-becərməklə, abadlaşdırmaqla, bütün xərclərini ödəməklə ona sahiblənmiş və həmin əmlakı idarə edir. Məhkəmə, belə nəticəyə gəlir ki, mülkiyyətçinin (X2) ölümündən sonra onun birinci növbədə vərəsəsi olan ərizəçi miras qalmış torpaq sahələrinə faktiki sahiblik etməyə başlamaqla, həmin əmlakları idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bu səbəbdən də mirasın ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 305-307, 320, 321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17 avqust 2022-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0,0628 ha və 0,246696 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ibarət miras əmlakların Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar