Məhkəmə qərarları › İş №2(070)-262/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-262/2024

09.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-262/2024 09.10.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “nikahın qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə “dəqiqləşdirilməmiş beyin infarktı” xəstəliyindən vəfat etmiş X14 ilə onun arasında xx.xx.1984-cü il tarixdə bağlanmış nikahın qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Xocalı şəhərindən məcburi köçkündür və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərinin işğalı ilə əlaqədar olaraq hal-hazırda Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmışdır. O, xx.xx.1966-cı il tarixdə Xocalı şəhərində anadan olmuşdur. 1984-cü il oktyabr ayının 18-də Xocalı rayon sakini, xx.xx.1962-ci il tarixdə Xocalı şəhərində anadan olmuş X14 ilə el adəti ilə Xocalı şəhərində toy edərək evlənmişdir. Birgə evlilik dövründə xx.xx.1993-cü il təvəllüdlü X19, xx.xx.1998ci il təvəllüdlü X20, xx.xx.1988-ci il təvəllüdlü X15 və xx.xx.1990-cı il təvəllüdlü X7 adlı 4 (dörd) övladları anadan olmuşdur. xx.xx.1984-cü il tarixdə onlar Xocalı şəhər sovetliyində rəsmi nikaha daxil olmuşlar. Həyat yoldaşı X14 İ Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur. Onun sənədlərində onun evli olduğu qeyd olunub. Həmçinin, hər ikisinin şəxsiyyət vəsiqəsində ailə vəziyyətləri evli göstərilmişdir. Bunun bu cür yazılmasının səbəbi isə keçmiş Sovet pasportunda nikahları haqqında qeydin olunması əsas olmuşdur. Eyni zamanda Xocalı şəhər icra nümayəndəliyinin təsərrüfat başı kitabında da ailə başçısı X14, ailə üzvləri isə övladları və həyat yoldaşı kimi o, qeyd olunmuşdur. Həyat yoldaşı X14 xx.xx.2024-cü il tarixdə “dəqiqləşdirilməmiş beyin infarktı” xəstəliyindən vəfat etmişdir. 1992-ci il fevral ayının 26-da Xocalı şəhərinin işğalı zamanı nikah haqqında şəhadətnamələri Xocalıdakı evlərində qalmışdır. Onların nikahları rəsmi qeyd edilmişdir. Bunu onun şahidləri də təsdiq edər. X34 Vilayətinin sənədləri Azərbaycan Respublikasının VVA arxivində saxlanılmadığından nikah haqqında şəhadətnamələrini başqa qaydada ala bilmir. Bu faktın müəyyən edilməsi ona dövlət tərəfindən verilən müavinəti alması üçün vacibdir. Bildirir ki, özü pensiyaçıdır. Odur ki, məhkəmədən xx.xx.2024-cü il tarixdə “dəqiqləşdirilməmiş beyin infarktı” xəstəliyindən vəfat etmiş X14 ilə onun arasında xx.xx.1984-cü il tarixdə bağlanmış nikahın qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq Ərizəçi ərizəsinə şöbənin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərdi ki, X14 onun qardaşıdır. X1 ilə Ərizəçi xx.xx.1984-cü ildə ailə qurmuşlar və onlar nikahlarını rəsmi olaraq qeyd etdirmişlər. Onların nikahından 4 uşaqları vardır. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid X23 ifadəsində göstərdi ki, o, Ərizəçi xalasıdır. Ərizəçi ilə X8 nikahları xx.xx.1984-cü ildə rəsmi qeyd edilmişdir və o, həmin nikahın qeyd edilməsində iştirak etmişdir. Ərizəçi ilə X8 nikahlarından 4 uşaqları vardır. X14 xx.xx.2024cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərdi ki, X14 onun qaynıdır. Ərizəçi ilə X3 xx.xx.1984-cü ildə nikaha daxil olmuş və onların nikahları rəsmi qeyd edilmişdir. Onların nikahından 2 qız, 2 oğlan olmaqla, cəmi 4 uşaqları vardır. X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: АЗ seriyalı, 271774 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1962-ci il tarixdə Xocalı şəhərində anadan olmuşdur. X2, anası X9r; AZ-İ seriyalı, 090106 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir; AZ-İ seriyalı, 501585 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir; Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı, 423641 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2024-cü il tarixdə “dəqiqləşdirilməmiş beyin infarktı” səbəbindən vəfat etmişdir; AZE seriyalı, 04167946 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 ailə vəziyyəti evli olaraq göstərilmişdir; AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ailə vəziyyəti evli olaraq göstərilmişdir; Xİİİ-ЖГ seriyalı, 372917 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1989-cu il tarixdə Əsgəran rayonunun Xocalı kəndində anadan olmuşdur. X4, anası Ərizəçidır; XV-ЖГ seriyalı, 402581 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1990-cı il tarixdə Əsgəran rayonunun Xocalı şəhərində anadan olmuşdur. X4, anası X17r; XVİ-ЖГ seriyalı, 446366 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1993-cü il tarixdə Naftalan şəhərində anadan olmuşdur. X4, anası X17r; İ-ЖГ seriyalı, 345854 nömrəli atalığı müəyyən etmək haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1998-ci il tarixdə Ərizəçi doğulmuş X10 atası hesab olunmuşdur; Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət komitəsinin Naftalan şəhəri və Goranboy rayonu bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 376 nömrəli arayışdan görünür ki, Ərizəçi Xocalı rayonundan məcburi köçkündür; Xocalı rayon İHB-nin Xocalı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-51-1/3-2-633 nömrəli arayışdan görünür ki, Xocalı rayonundan məcburi köçkün Ərizəçi nikah haqqında şəhadətnaməsi xx.xx.1992-ci il tarixdə Xocalı faciəsi zamanı işğal zonasında qalmışdır; Xocalı rayon İHB-nin Xocalı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-51-1/3-2-634 nömrəli arayışdan görünür ki, Xocalı rayonundan məcburi köçkün Ərizəçi ailə tərkibi oğlu X20, qızı X15, əri X5 ibarətdir. X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir; Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-231/2024 nömrəli məktubundan görünür ki, Ərizəçi X14 ilə nikaha daxil olması haqqında akt qeydi kitabları şöbənin arxivində saxlanılmadığından həmin sənədin verilməsi mümkün deyildir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçi ilə X14 xx.xx.1984-cü il tarixdə rəsmi nikaha daxil olmuş, lakin, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda buna dair müvafiq qeydlər saxlanılmamış, onun bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. X14 xx.xx.2024-cü il tarixdə “dəqiqləşdirilməmiş beyin infarktı” səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır; 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir; 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir; 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. MPM-in: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının: 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.2024-cü il tarixdə “dəqiqləşdirilməmiş beyin infarktı” xəstəliyindən vəfat etmiş X14 ilə Ərizəçi arasında xx.xx.1984-cü il tarixdə bağlanmış nikahın qeyd edilməsi faktının müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdə “dəqiqləşdirilməmiş beyin infarktı” xəstəliyindən vəfat etmiş X14 ilə Ərizəçi arasında xx.xx.1984-cü il tarixdə bağlanmış nikahın qeyd edilməsi faktının müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar