Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-263/2025 26.08.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “fakt təsdiqi” barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “fakt təsdiqi” barədə ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxxxxxx 1978-ci ildə Xocalı rayonu Cəmilli kəndində anadan olmağı, atasının X2, anasının isə X3 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1978-ci il tarixdə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur, atası X4, anası isə X1r. Atası 23 avqust 1991-ci il tarixdə şəhid olmuşdur. O, anadan olduğu zaman valideynləri ona doğum haqqında şəhadətnamə almışlar. O, həmin doğum haqqında şəhadətnamə ilə orta məktəbə getmişdir. Daha sonra doğum haqqında şəhadətnamə ilə şəxsiyyət vəsiqəsi almışdır. Lakin naməlum səbəblərdən o, doğum haqqında şəhadətnaməsini itirmiş və heç zaman yenidən bərpa etməmişdir. Hal-hazırda bir çox sənədlərin hazırlanmasında doğum haqqında şəhadətnaməsini tələb edirlər. Doğum haqqında şəhadətnaməsini itirdiyi üçün sənədlərin hazırlanmasında bir çox problemlər yaranır. Hal-hazırda ona doğum haqqında şəhadətnamə lazımdır. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, orada isə bildirmişlər ki, doğum akt qeydi ilə əlaqədar sənədlər Xocalı rayonunda qaldığı üçün Qeydiyyat şöbəsində heç bir məlumat yoxdur və bunun üçün də məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Bu faktı şahidləri də təsdiq edə bilər. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatı mümkün deyildir və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan göründüyü kimi ərizəçinin doğum haqqında şəhadətnaməsi olmuş, lakin sonradan naməlum səbəbdən ərizəçi həmin sənədi itirmişdir. Belə olduğu təqdirdə ərizəçi MPM-in 307.2.3-cü maddəsinin tələblərinə əsasən doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olduğu halda, o, doğum faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, mülkiprosessual qanunvericiliyin tələblərinə əsasən həmin faktlar fərqli hüquqi əhəmiyyəti olan faktlardır və həmin faktların xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsinin hüquqi nəticələri də tamamilə fərqlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. MPM-in: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsaslanaraq və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “fakt təsdiqi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(070)-263/2025
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(070)-263/2025
26.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver