Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-283/2025 13.01.2026 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Ərizəçi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə4 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “əmək stajının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 1975-ci il tarixdən 1976-cı il tarixədək, 1980-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan Respublikası Əzizbəyov rayonunun Axta kəndində, 1988-ci il tarixdən 1992-ci il tarixədək Şuşa rayon Göytala kənd natamam orta məktəbində müəllim işləməyi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 02 avqust 1958-ci il təvəllüdlüdür. Xocalı şəhərindən məcburi köçkün olmaqla, Bərdə rayonu, Mirzalıbəyli kəndində məskunlaşıb yaşayır. Belə ki, o, Ermənistan Respublikası Əzizbəyov rayonunun Axta kəndində yaşadığı zaman həmin kənddə müəllim çatışmazlığından 1975-1976-cı illərdə həmin kənddə fizika müəllimi olaraq fəaliyyət göstərmişdir. 1976-cı ildə də Naxçıvan Universitetinə daxil olaraq 1980-ci ildə universiteti bitirmişdir. Universiteti bitirdikdən sonra yenidən kənddəki məktəbə qayıdaraq 1980-1988-ci illərdə həmin kənddəki məktəbdə işləmişdir. Daha sonra isə 1988-1992-ci illər ərzində Şuşa rayon Göytala kənd natamam orta məktəbində direktor işləmişdir. O, 08 avqust 2023-cü il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə pensiya alır. Lakin iş stajları düzgün hesablanmadığı üçün o, əmək stajının sosial sığorta stajına daxil edilməsi tələbinə dair ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İşə baxılaraq xx.xx.2025-ci il tarixli sərəncamla onun 1975-1992-ci illərdə işləməyinin təsdiqinə dair rayon (şəhər) məhkəməsinə müraciət etməyi məsləhət görülmüşdür. Hazırda işləməyinə dair sənədlər əldə edilə bilmədiyindən onun 1975-ci ildən 1992-ci ilə qədər işləməyini məhkəmə qaydasında təsdiq edilməsinə ehtiyacı vardır. X7 və X20 bu faktları təsdiq edə bilər. xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs nümayəndəsi etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs göstərməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək əmək pensiyasının yenidən hesablanması üçün Ermənistan Respublikası, Axta kəndində 1975-ci il tarixindən 1976-cı il tarixinədək və 1980-ci il tarixindən 1988-ci il tarixinədək fizika müəllimi, 1988-ci il tarixindən 1992-ci il tarixinədək Şuşa rayon Göytala kənd orta məktəbində müəllim işləməsi faktının müəyyən edilməsi zərurəti olduğunu iddia edir. Belə ki, ərizəçiyə məxsus pensiya işi qovluğuna daxil olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1976-cı il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006cı il tarixədək faktiki sığorta stajı 16 il 6 ay 24 gün olduğu halda, Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınaraq, xx.xx.2023-cü il tarixdən əmək pensiyası təyin edilmişdir. Hesab edirlər ki, 2(070)-283/2025 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Hazırki iş üzrə ərizəçinin Ermənistan Respublikası, Axta kəndində 1975-ci il tarixindən 1976-cı il tarixinədək və 1980-ci il tarixindən 1988-ci il tarixinədək fizika müəllimi, 1988-ci il tarixindən 1992-ci il tarixinədək Şuşa rayon Göytala kənd orta məktəbində müəllim işləməsi faktının təsdiqlənməsi Ərizəçi ilə eyni illərdə, eyni idarədə işləmiş və əmək kitabçası olan ən azı iki şahidin iştirakı ilə mümkündür. Ərizəçinin Ermənistan Respublikası, Axta kəndində 1975-ci il tarixindən 1976-cı il tarixinədək və 1980-ci il tarixindən 1988-ci il tarixinədək fizika müəllimi, 1988-ci il tarixindən 1992-ci il tarixinədək Şuşa rayon Göytala kənd orta məktəbində müəllim işlədiyini iddia etdiyi dövrlərə münasibətdə qeyd edirlər ki, ərizəçi tərəfindən işlədiyini təsdiq etmək üçün qanunvericiliyin tələbinə uyğun olaraq şahid qismində iştirak etməsi məqsədilə eyni illərdə, eyni idarədə işləmiş və əmək kitabçası olan şahidlər barədə məlumatlar məhkəməyə təqdim edilməmişdir. Bu isə ərizəçinin qeyd etdiyi dövrlərdə işləmədiyinə dəlalət edir. Bununla da hesab edirlər ki, həmin dövrlər iş stajı kimi hüquqi əhəmiyyətli faktın təsdiq olunması qaydasında təsdiq edilməməlidir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, X7 və X20 1975-1976-cı və 1980- 1988-ci illərdə Ermənistan SSR-nin Əzizbəyov rayonunda müəllim fəaliyyəti ilə məşğul olmamışlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında qeyd olunur ki, əmək stajının təsdiqlənməsi üçün həmin müəssisədə eyni vaxtda işləyən iki nəfərin şahidlik etməsi və bu halın əmək kitabçasında öz əksini tapması lazımdır. Şuşa məktəbinə münasibətdə isə qeyd edir ki, şahidlərin əmək kitabçalarında da Şuşa rayon Göytala kənd orta məktəbindən çıxışları vardır. Şahidlərin hansı dövrlərdə Şuşa rayon Göytala kənd orta məktəbində işlədiklərini, ümumiyyətlə ərizəçi ilə eyni dövrdə həmin məktəbdə işlədiklərini müəyyən etmək mümkün deyildir. Hətta ərizəçinin Şuşa rayonunun Göytala kənd orta məktəbində işlədiyi təsdiq edilsə belə onun əmək pensiyasında dəyişiklik olmayacaqdır. Çünki qanunvericiliyə əsasən vətəndaşın fərdi şəxsi hesabında 2006-cı ildən sonra kapital varsa, ona 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə edilir və ona avtomatlaşdırılmış qaydada əmək pensiyası hesablanır. Ərizəçinin 2006-cı ildən 2023-cü ilədək 17 il sığorta stajı vardır. Qanunvericilik 2006-cı ilədək isə ərizəçiyə avtomatlaşdırılmış qaydada 25 il kimi nəzərə almışdır. Ərizəçi şahidləri məhkəməyə təqdim edəcəyi təqdirdə stajına 4 il əlavə ediləcəkdir. Bu isə heç nəyi dəyişməyəcəkdir. Ərizəçinin 2006-cı ilədək 20 il stajı olacaqdır. 2006-cı ildən 2023-cü ilədək isə 17 il staj olacaqdır. Ərizəçinin cəmi 37 il stajı olacaqdır. Bu isə ərizəçinin xeyrinə heç nəyi dəyişməyəcəkdir. Ərizəçinin xeyrinə o halda dəyişə bilər ki, ərizəsində qeyd etdiyi bütün dövrləri sübut edə bilsin. X18 pensiya təyin edilən zaman onun Şuşa rayon Göytala kənd orta məktəbində işləməsi nəzərə alınmamışdır. X6 isə pensiya hesablanan zaman şahidçilik aktına əsasən onun 1983-cü ildən 1992-ci ilədək Şuşa rayon 18 nömrəli məktəbdə işləməsi nəzərə alınmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 1975-ci ildən bugünədək fasiləsiz olaraq müəllim işləmişdir. Şahidlərin məhkəmə iclasında iştirakı qeyri-mümkündür. Yekunda zəhmətinin nəzərə alınmasını, ədalətli qərar qəbul edilməsini və ərizənin təmin edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq Ərizəçi bildirdi ki, şahidlər X7 və X20 1988-ci ildən 1992-ci ilədək Şuşa rayon Göytala kənd natamam orta məktəbində onunla birlikdə işləmişlər. Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq Şuşa rayonu işğal olunduqdan sonra o, həmçinin X7 və X20 1992-ci ildən Şuşa rayon Göytala kənd natamam orta məktəbindən yerlərini dəyişərək Bərdə rayonunda yerləşən Şuşa rayon 18 nömrəli orta məktəbdə işləmişlər. 1975-ci ildə diplomu olmadığı halda ona hazır müəllim olduğu bildirilmiş və bu səbəbdən də 1 il müddətinə, yəni 1975-ci ildən 1976-cı il tarixinədək Ermənistan SSR, Əzizbəyov rayonu, Axta kəndində müəllim işləmişdir. X7 və X13 başqa bu faktı təsdiq edəcək şahidləri yoxdur, onlar da işləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilmirlər. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə4 izahatında göstərdi ki, məhkəməyə yazılı şəkildə etirazlarını təqdim etmişlər. Ərizəçi tərəfindən ilkin mərhələdə şahidlərin əmək kitabçaları təqdim edilməmiş, məhkəmə prosesi zamanı sonradan təqdim edilmişdir. Şahidlərin isə məhkəmə iclasında iştirakları ərizəçi tərəfindən təmin edilməmişdir. Ərizəçinin təhsil illəri də nəzərə alınmaqla 16 il 6 ay 24 gün stajı olduğu halda tərəflərindən 25 il kimi nəzərə alınaraq ərizəçiyə əmək pensiyası təyin edilmişdir. Yekunda ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə4 bildirdi ki, şahidlərin əmək kitabçalarına qurum tərəfindən nəzər salınmışdır. Həmçinin şahidlərə əmək pensiyasının təyin edilməsi ilə bağlı məhkəməyə maraqlı şəxs tərəfindən məktub təqdim edilmişdir. X2 əlilliyə görə əmək pensiyası təyin edilən zaman onun əmək kitabçasında Bərdə şəhər 1 saylı dövlət notariat ofisi tərəfindən xx.xx.1994-cü il tarixdə təsdiq edilmiş şahidçilik aktına əsasən qeyd edilmiş xx.xx.1983-cü il tarixindən xx.xx.1992-ci il tarixinədək Şuşa rayon 18 saylı orta məktəbdə olan əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alınmışdır. X4 yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edildiyi üçün onun xx.xx.2006-cı il tarixinədək sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 25 il hesablanmışdır. Mərkəzi Filiala adıçəkilən vətəndaşın xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajının hesablanmasına dair rəsmi müraciəti daxil olmamışdır. Şahidçilik aktı X1 hesablanmasına aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-17-1/2-Ş-49931/2025 nömrəli məktubundan görünür ki, Ərizəçi müraciətinə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinin tələblərinə əsasən Ərizəçi xx.xx.2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək Ərizəçi fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 39004,96 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2023-cü il tarixindən 431,67 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən Ərizəçi əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 480,01 manata, xx.xx.2025-ci il tarixindən 518,88 manata çatdırılmışdır. Ötən dövr üzrə (xx.xx.2023-cü il tarixindən) hesablanmış fərq məbləği aylıq pensiyanın üzərinə əlavə edilməklə Ərizəçi ödəniləcəkdir. Pensiya işi qovluğuna daxil olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1976-cı il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 16 il 6 ay 24 gün olduğu halda, Ərizəçi Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən aslı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Ərizəçi əmək kitabçasının surətində xx.xx.1975-ci il tarixindən xx.xx.1992ci il tarixinədək əmək fəaliyyəti barədə qeydlər olmadığından həmin dövrün sosial sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Ərizəçi məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir; Ərizəçi məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə məlum hadisələrlə əlaqədar olaraq Şuşa rayonunun Göytala kənd natamam orta məktəbindən Bərdə şəhərində fəaliyyət göstərən Şuşa rayon 18 saylı orta məktəbə dəyişilərək həmin məktəbə direktor təyin olunmuşdur; A-İ seriyalı, 003837 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi 1976-cı ildə Y.Məmmədəliyev adına X17 İnstitutuna daxil olmuş və 1980-ci ildə həmin institutun fizika ixtisası üzrə tam kursunu bitirmişdir; Bərdə rayonu 1 saylı dövlət notariat ofisində 14 aprel 1994-cü il tarixdə E-1 nömrə ilə aparılmış notariat hərəkətinin qeydə alındığı 4E-1 indeksli reyestr kitabından çıxarışın surətindən görünür ki, Nəcəfov Akif və Balakişiyev Etibar notariat əməliyyatının aparılmasında iştirak etmişdir; X6 məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X7 xx.xx.1992-ci il tarixdə məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq Şuşa rayonunun Göytala kənd məktəbindən Şuşa rayonunun 18 saylı orta məktəbinə dəyişilərək ixtisası üzrə müəllim təyin edilmişdir; X18 məxsus əmək kitabçasının surətindən görünür ki, X20 xx.xx.1977-ci il tarixdə Ermənistan SSR, Əzizbəyov rayonu Saravan kənd orta məktəbə katib vəzifəsinə qəbul olunmuş və hərbi xidmətə getməsi ilə əlaqədar xx.xx.1979-cu il tarixdə həmin vəzifədən azad olunmuşdur. Həmçinin o, xx.xx.1992-ci il tarixdə məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq Şuşa rayonunun Göytala kənd məktəbindən Şuşa rayonunun 18 saylı orta məktəbinə dəyişilərək ixtisası üzrə müəllim təyin edilmişdir; Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-17-1/2-285417/2025 nömrəli məktubundan görünür ki, X2 əlilliyə görə əmək pensiyası təyin edilən zaman onun əmək kitabçasında Bərdə şəhər 1 saylı Dövlət Notariat İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixli təsdiq edilmiş şahidçilik aktına əsasən qeyd edilmiş xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixinədək Şuşa rayon 18 saylı orta məktəbdə olan əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alınmışdır. X4 yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edildiyi üçün onun xx.xx.2006-cı il tarixinədək sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 25 il hesablanmışdır. Mərkəzi filiala adıçəkilən vətəndaşın xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajının hesablanmasına dair rəsmi müraciəti daxil olmamışdır; xx.xx.2004-cü il tarixli, 74 nömrəli şahid ifadələri üzrə protokoldan görünür ki, X8 Balakişiyevlə birlikdə işləməsini təsdiq etmək üçün şahidlik etmiş və ifadəsində göstərmişdir ki, o, X5 1977-ci ildən 1991-ci ilə qədər Ermənistan SSR, Əzizbəyov rayonu, Arpa-Sevan tunelində fəhlə işləməsinin şahidi olmuşdur; Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 63173 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Şuşa rayonundan məcburi köçkündür. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunduğu kimi xx.xx.2023-cü il tarixdən avtomatlaşdırılmış qaydada Ərizəçi yaşa görə əmək pensiyası təyin edilmişdir. Ərizəçi əmək kitabçasında xx.xx.1975-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti barədə qeydlər olmadığından həmin dövr onun sosial sığorta stajına daxil edilməmişdir. Hazırda Ərizəçi 1975-ci il tarixdən 1976-cı il tarixədək, 1980-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan Respublikası Əzizbəyov rayonunun Axta kəndində, 1988-ci il tarixdən 1992-ci il tarixədək Şuşa rayon Göytala kənd natamam orta məktəbində müəllim işləməyi faktının təsdiq edilməsini xahiş edir. O, X7 və X15 onunla birlikdə işlədiyini qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2 və 307.2.1-ci maddələrinə əsasən məhkəmələr qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının: 13-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır; 13.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığorta olunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığorta olunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2 və 3.2.2-ci bəndlərinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir; 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir; 13.3-cü bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən MPMin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə ərizəçinin tələbləri, yəni onun 1975-ci il tarixdən 1976-cı il tarixədək, 1980-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan Respublikası Əzizbəyov rayonunun Axta kəndində, 1988-ci il tarixdən 1992-ci il tarixədək Şuşa rayon Göytala kənd natamam orta məktəbində müəllim işləməsinə dair qeydlər onun əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə qeyd edilməmişdir. Bu halda ərizəçi tərəfindən müvafiq yazılı sübutlar təqdim edilməli, həmçinin şahidlərin ifadələri ilə sözügedən hal təsdiq olunmalıdır. Lakin ərizəçi tərəfindən tələbləri ilə bağlı məhkəməyə mötərbər sübutlar təqdim olunmamışdır. Məhkəmə ərizəçi tərəfindən təqdim edilmiş yazılı sübutlarla bağlı aşağıdakıları qeyd edir: - Ərizəçi 1975-ci il tarixdən 1976-cı il tarixədək Ermənistan SSR, Əzizbəyov rayonu, Axta kəndində müəllim işləməsini bildirsə də, iş materiallarında olan A-İ seriyalı, 003837 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi 1976-cı ildə Y.Məmmədəliyev adına X17 İnstitutuna daxil olmuş və 1980-ci ildə həmin institutun fizika ixtisası üzrə tam kursunu bitirmişdir. Halbuki diplom dövlət sənədi olmaqla şəxsin həmin ixtisas üzrə işləməsinə hüquq verir; - Bərdə rayonu 1 saylı dövlət notariat ofisində 14 aprel 1994-cü il tarixdə E-1 nömrə ilə aparılmış notariat hərəkətinin qeydə alındığı 4E-1 indeksli reyestr kitabından çıxarışın surətindən görünür ki, Nəcəfov Akif və Balakişiyev Etibar notariat əməliyyatının aparılmasında iştirak etmişdir. Yəni həmin sənədlə Akif Nəcəfov və Etibar Balakişiyevin notariat əməliyyatının aparılmasında iştirakı müəyyən olunur və sözügedən məsələ ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar deyildir; - Ərizəçi izahatında X7 və X15 1988-ci ildən 1992-ci ilədək Şuşa rayon Göytala kənd natamam orta məktəbində onunla birlikdə müəllim işləmələrini bildirsə də, sonunculara məxsus əmək kitabçalarında onların xx.xx.1992-ci il tarixdə məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq Şuşa rayonunun Göytala kənd məktəbindən Şuşa rayonunun 18 saylı orta məktəbinə dəyişilərək ixtisası üzrə müəllim təyin edilməsi qeyd olunmuşdur. Sözügedən əmək kitabçalarında X7 və X15 Şuşa rayonunun Göytala kənd məktəbində hansı tarixdən əmək fəaliyyətinə başlamalarına dair qeydlər isə yoxdur; - X19 Etibar Balakişiyevlə birlikdə işləməsini təsdiq etmək üçün şahidlik etməsinə dair qeyd olunmalıdır ki, X3 Etibar Gəray oğlunun 1977-ci ildən 1991-ci ilə qədər Ermənistan SSR, Əzizbəyov rayonu, Arpa-Sevan tunelində fəhlə işləməsinin şahidi olmuşdur. Göründüyü kimi həmin sənədlə X5 1977-ci ildən 1991-ci ilə qədər fərqli rayonda və tam fərqli sahədə işləməsi müəyyən olunur. Beləliklə, ərizəçi MPM-in 77.1-ci maddəsinin tələblərinə əsasən öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Həmçinin ərizəçi şahidlər X7 və X15 məhkəmə iclasında iştiraklarının mümkün olmamasını bildirmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, X7 və X15 ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləmələri zəruri sübutlarla təsdiq olunmur. Belə ki, iş materiallarında olan, X7 və X18 məxsus əmək kitabçalarının surətindən onların 1975-ci il tarixdən 1976-cı il tarixədək, 1980-ci il tarixdən 1988-ci il tarixədək Ermənistan Respublikası Əzizbəyov rayonunun Axta kəndində, 1988-ci il tarixdən 1992-ci il tarixədək Şuşa rayon Göytala kənd natamam orta məktəbində müəllim işləmələri müəyyən olunmur. Bunun əksinə X8 Balakişiyevlə birlikdə 1977-ci ildən 1991-ci ilə qədər Ermənistan SSR, Əzizbəyov rayonu, Arpa-Sevan tunelində fəhlə işləməsini bildirmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi “əmək stajının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “əmək stajının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(070)-283/2025
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-283/2025
13.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver