Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-291/2025 06.11.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək atasının X4, anasının X5 olmaqla onun xx xxxxxxxx 1978-ci ildə Xocalı rayonunun Cəmilli kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1978-ci ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur, X2, anası isə X3r. Atası 23 avqust 1991-ci ildə şəhid olmuşdur. O, anadan olduğu zaman valideynləri ona doğum haqqında şəhadətnamə almışlar. O, həmin doğum haqqında şəhadətnamə ilə orta məktəbə getmişdir. Daha sonra doğum haqqında şəhadətnamə ilə şəxsiyyət vəsiqəsi almışdır. Lakin naməlum səbələrdən o, doğum haqqında şəhadətnaməsini itirmiş və heç zaman yenidən bərpa etməmişdir. Halhazırda ondan bir çox sənədlərin hazırlanmasında doğum haqqında şəhadətnaməsini tələb edirlər. Doğum haqqında şəhadətnaməsini itirdiyi üçün sənədlərin hazırlanmasında bir çox problemlər yaranır. Hal-hazırda ona doğum haqqında şəhadətnamə lazımdır. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, orada isə ona bildirmişlər ki, doğum akt qeydiylə əlaqədar sənədlər Xocalı rayonunda qaldığı üçün Qeydiyyat şöbəsində heç bir məlumat yoxdur və bunun üçün də məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Bu faktı şahidlər X5 və X6 da təsdiq edə bilər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəisi məhkəməyə məktub ünvanlayaraq iş yükünün ağırlığı səbəbindən işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, ərizəçi onun oğludur. X4 ilə nikahda olmuş, həmin nikahdan Ərizəçi doğulmuşdur. Ərizəçi xx xxxxxxxx 1978-ci il tarixdə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuş və onun doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin Ərizəçi doğum haqqında şəhadətnaməsi digər sənədlərlə birlikdə işğal zamanı Xocalı rayonunda qalmışdır. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. X1, anaları X3r. Qardaşı Ərizəçi xx xxxxxxxx 1978-ci il tarixdə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuş və onun doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin Ərizəçi doğum haqqında şəhadətnaməsi digər sənədlərlə birlikdə işğal zamanı Xocalı rayonunda qalmışdır. Hətta onun da doğum haqqında şəhadətnaməsi Xocalı rayonunda qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur; Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 128207 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi 1978-ci ildə Xocalı rayonunda anadan olmuşdur, həmin rayondan məcburi köçkündür; xx.xx.1994-cü il tarixli, İV-ЖГ seriyalı, 346336 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 23 avqust 1991-ci il tarixdə Xocalı rayonunun Cəmilli kəndində ölmüşdür; Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-484/2025 nömrəli məktubundan görünür ki, X12 Vilayətində tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydləri həmin ərazidə fəaliyyət göstərmiş qeydiyyat şöbələrinin arxivində saxlanılırdı. Dağlıq Qarabağ uzun müddət Ermənistan Respublikasının silahlı qüvvələrinin işğalı altında olduğundan və Ermənistan Respublikası ilə əlaqə olmadığından Ərizəçi doğum haqqında akt qeydinin gətirilməsi mümkün deyildir. Ərizəçi doğum haqqında akt qeydini bərpa etmək səlahiyyətləri xaricindədir. Ərizəçiyə doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə, proses iştirakçısının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunduğu kimi Ərizəçi xx.xx.1978-ci il tarixdə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. Ərizəçi X2, anası X3r. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda Ərizəçi doğumuna dair müvafiq qeydlər saxlanılmamış, onun bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır; 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir; 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir; 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. MPM-in: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının: 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X2, anası X5 olan Ərizəçi xx xxxxxxxx 1978-ci il tarixdə Xocalı rayonunun Cəmilli kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2, anası X5 olan Ərizəçi xx xxxxxxxx 1978-ci il tarixdə Xocalı rayonunun Cəmilli kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(070)-291/2025
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-291/2025
06.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver