Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-353/2024 19.11.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxxxx 1984-cü il tarixdə Xocalı şəhərində doğumunun qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1984-cü il tarixdə Xocalı şəhərində anadan olmuşdur. Məhkəməyə təqdim etdiyi Xocalı Rayon İcra Hakimiyyəti başçısının Xocalı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 26 sentyabr 2024-cü il tarixli, 5- 51-1/3-2887 nömrəli arayışından görünür ki, o, hal-hazırda da Goranboy şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. X2 26 fevral 1992-ci il tarixdə aldığı güllə yaralarından vəfat etmişdir. X3 isə 16 fevral 1957-ci il tarixdə Ağdam şəhərində anadan olmuşdur və hazırda onunla birlikdə yaşayır. Naftalan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, o, Xocalı şəhər sakini Əzizova (Məmmədova) Günel Araz qızı ilə 08 avqust 2009-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Uşaqların doğum haqqında şəhadətnamələrinin təsdiqlənmiş surətlərindən görünür ki, birgə yaşadıqları müddətdə onların iki uşaqları olmuşdur. Xocalı Rayon İcra Hakimiyyəti başçısının Xocalı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 26 sentyabr 2024-cü il tarixli, 5-51-1/3-2-891 saylı arayışından məlum olur ki, o, xx xxxxxx 1984-cü il tarixdə Xocalı şəhərində anadan olmuşdur. Valideynləri ona doğum haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında o özünə şəxsiyyət vəsiqəsi də almışdır. Lakin, bu gün o, doğum haqqında şəhadətnaməsini itirmişdir. Doğum haqqında şəhadətnaməsinin olmaması ona çətinlik yaradır. Belə ki, müəyyən işlər görmək üçün, məsələn qardaşına etibarnamə vermək istəyir ki, onun adından məhkəmədə və yaxud digər orqanlarda çıxış etsin. Bu zaman ondan doğum haqqında şəhadətnamə tələb edirlər. Bu faktın təsdiqlənməsi ona yeni doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Ona görə də o, Maraqlı şəxsnə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, xx xxxxxx 1984-cü il tarixdə Xocalı şəhərində doğulmasını nəzərə alıb onun doğumunu qeyd etməklə ona yeni doğum haqqında şəhadətnamə verilməsində köməklik olunsun. Lakin, həmin orqan ona 24 sentyabr 2024-cü il tarixli, №3-16-5/8-15- 308-2024 saylı məktubla cavab vermişdir ki, onun doğumu Xocalı rayonunda qeydə alınmış doğum haqqında Qeydiyyat şöbəsinin arxivində və “X1 Sistemində” aşkar edilməmişdir. Ona doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Həmin məktubu məhkəməyə təqdim etmişdir. İndi istəyir ki, onun xx xxxxxx 1984-cü il tarixdə Xocalı şəhərində doğulması faktı məhkəmə qaydasında müəyyən edilsin. Çünki, o, başqa qaydada bu faktı müəyyən etdirə bilmir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, Ərizəçi onun oğludur. Ərizəçi xx xxxxxx 1984-cü il tarixdə Xocalı şəhərində anadan olmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsi olmuş, lakin sonradan, yəni Naftalan şəhərindən Goranboy rayonuna köçən zaman həmin şəhadətnamə itmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, o, Ərizəçi əmisidir. Ərizəçi xx xxxxxx 1984-cü il tarixdə Xocalı şəhərində anadan olmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsi olmuş, lakin sonradan həmin şəhadətnamə itmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Ərizəçi xx xxxxxx 1984-cü il tarixdə Xocalı şəhərində anadan olmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsi olmuş, lakin sonradan, yəni Naftalan şəhərindən Goranboy rayonuna köçən zaman həmin şəhadətnamə itmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərdi ki, Ərizəçi onun kürəkənidir. Onlar Xocalı rayonunda bir kənddə yaşamışlar. Ərizəçi xx xxxxxx 1984-cü il tarixdə Xocalı şəhərində anadan olmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsi olmuş, lakin sonradan həmin şəhadətnamə itmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: АA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1984-cü il tarixdə Xocalı şəhərində anadan olmuşdur; Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 248245 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi 1984-cü ildə Xocalı şəhərində anadan olmuşdur; Naftalan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 434792 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1984-cü ildə Xocalı şəhərində anadan olmuş Ərizəçi ilə X9 arasında nikah xx.xx.2009-cu il tarixdə bağlanmışdır; Xocalı rayon İHB-nin Xocalı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-51-1/3-2-887 nömrəli arayışdan görünür ki, Əzizov X7 şəhər sakinidir; Xocalı rayon İHB-nin Xocalı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-51-1/3-2-891 nömrəli arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1984-cü ildə Xocalı şəhərində anadan olmuşdur; Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-308/2024 nömrəli məktubundan görünür ki, Ərizəçi xx xxxxxx 1984-cü il tarixdə Xocalı rayonunda qeydə alınmış doğum haqqında akt qeydi şöbənin arxivində və vətəndaşlıq vəziyyəti aktlarının “X1 Sistemi”ndə aşkar edilmədiyindən ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Ərizəçi xx xxxxxx 1984-cü il tarixdə Xocalı şəhərində anadan olmuş, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda buna dair müvafiq qeydlər saxlanılmamış, onun bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır; 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir; 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir; 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının: 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1984-cü il tarixdə Xocalı şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1984-cü il tarixdə Xocalı şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(070)-353/2024
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-353/2024
19.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver