Məhkəmə qərarları › İş №2(070)-398/2024

Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(070)-398/2024

27.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-398/2024 27.12.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, Ərizəçi (4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində göstərilməklə) “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxxx 1979-cu il tarixdə Xocalı rayonunda doğulmağı, yəni doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi və maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilsə də, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş Xocalı rayon İHB-nin Xocalı şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-51-1/3-2-1108 nömrəli arayışından görünür ki, xx xxxxx 1979-cu il təvəllüdlü Ərizəçi 20 dekabr 2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-in 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Ərizəçi öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 262, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində göstərilməklə) “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar