Məhkəmə qərarları › İş №2(071)-1003/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1003/2024

30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1003/2024 30.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs – Maraqlı şəxs) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx.xx.2024-cü il tarixdə Hacıqabul rayonunda anadan olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 xx.xx.2024-cü il tarixdə ev şəraitində anadan olmuş, oğlu Aminə bu günə kimi müəyyən səbəblərdən doğum haqqında şəhadətnamə ala bilməmişdir. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün bu barədə müəyyən orqanlara müraciət etmiş, həmin orqanlar ona oğlu Aminin doğum aktı qeydinin olmadığını və bu sənədi məhkəmə vasitəsi ilə əldə etməyini məsləhət görərək ona yazılı arayışlar vermişlər. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3.16.5/7-37-2024 saylı məktubu verilmişdir. X3 xx.xx.2024-cü il tarixdə Hacıqabul şəhərində anadan olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, X3 xx.xx.2024-cü il tarixdə anadan olmuşdur. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilən Maraqlı şəxs Ərizəçi ünvanladığı 3-16-5/7-37-2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, doğumun dövlət qeydiyyatının aparılması tələbinizin icrasından imtina olunur və izah edilir ki, müraciətin baxılmasının nəticəsindən onların subordinasiya və məhkəmə qaydasında şikayət vermək, eyni zamanda iddia olunan faktın müəyyən edilməsi üçün məhkəmədə iddia qaldırmaq hüquqları vardır. İş materiallarında olan Hacıqabul rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Hacıqabul şəhər və Sağlamlıq mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixli, 942 saylı arayışa əsasən, xx.xx.2024-cü il təvəllüdlü X5 müayinədən keçmişdir və hal-hazırda sağlamdır. “Elektron məhkəmə informasiya sistemindən” çıxarışdan görünür ki, Ərizəçi xx.xx.2023-cü ildən ölkə ərazisini tərk edərək Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, xx.xx.2024-cü il tarixdə Sədərək sərhəd keçid məntəqəsindən ölkə ərazisinə daxil olmuşdur. Yəni, ərizədə göstərilən X4 doğulduğu vaxt Ərizəçi Azərbaycan Respublikasının deyil, digər dövlətin ərazisində olmuşdur. Bununla əlaqədar, Ərizəçi keçirilən növbəti məhkəmə iclasında məhkəməyə yanlış məlumat verdiyini etiraf edərək X4 digər dövlətin ərazisində doğulduğunu bildirmişdir. X1 hansı sənədlər əsasında ölkə ərazisinə keçirilməsi ilə bağlı verilən suala Ərizəçi hər hansı tutarlı cavab verə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi azyaşlının hansı ölkə ərazisində doğulması ilə əlaqədar məhkəməyə yalan məlumatlar verdiyinə, habelə onun həqiqətən uşağın anası olmasını təsdiq edən mğtəbər sübutları məhkəməyə təqdim etmədiyinə görə doğum faktının müəyyən edilməsi barədə ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilməsin. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə Hacıqabul şəhərində ev şəraitində oğlan cinsli uşağın doğulması faktı müəyyən edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar