Məhkəmə qərarları › İş №2(071)-1006/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1006/2024

23.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1006/2024 23.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X14 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X14 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 5-ci massiv, 107 ünvanında yerləşən 1950-ci ildə inşa olunmuş fərdi yaşayış evinə və torpaq sahəsinə dair 1963-cü ildə tərtib olunmuş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport” sənədində ev sahibi qrafasında adı göstərilən X4, xx.xx.2009-cu ildə Hacıqabul rayonunda miokard infarktı xəstəliyindən ölmüş mərhum atası X8 ilə eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X6 ərizəni müdafiə edərək bildirir ki, Qaradağ rayon İcra Hakimiyyətinin işçiləri evə baxış keçirmişlər. Sənədlərdə həmin səhvə görə problem yarandığını bildirdi. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X14 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 5-ci massiv ünvanında olan 107 saylı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların mərhum X7 məxsus olması barədə arayışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizəsinə baxılmışdır. Təqdim olunan sənədlər arasında mərhumun adında uyğunsuzluq mövcuddur. Belə ki, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda hüquq sahibi kimi “X8”, texniki pasportda isə “X9” qeyd olunmuş, eyni şəxs olması barədə sənəd təqdim edilməmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2009-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009cu il tarixli, 44 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi miokard infarktı xəstəliyi olmuşdur. İş materiallarında olan Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən DƏDRX-nə verilmiş xx.xx.2024-cü il tarixli, 60 saylı arayışdan görünür ki, Lökbatan qəsəbəsi, 5-ci massiv, 107 saylı fərdi yaşayış evinə məxsus 1963-cü il tarixdə verilmiş evin texniki pasportunda mərhum X5 adı, X2 göstərilmişdir. X8 ilə X9 eyni şəxsdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Kazım Yadigar oğlunun qızıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 5-ci massiv ünvanında olan 107 saylı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biridir. Lakin 1963-cü ildə tərtib olunmuş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport” sənədində ata adı “Lazım” kimi qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 5-ci massiv, 107 ünvanında yerləşən 1950-ci ildə inşa olunmuş fərdi yaşayış evinə və torpaq sahəsinə dair 1963-cü ildə tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair Pasport” sənədində ev sahibi qrafasında adı göstərilən X4 xx.xx.2009-cu ildə Hacıqabul rayonunda miokard infarktı xəstəliyindən ölmüş mərhum atası X8 ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 5-ci massiv, 107 ünvanında yerləşən 1950-ci ildə inşa olunmuş fərdi yaşayış evinə və torpaq sahəsinə dair 1963-cü ildə tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair Pasport” sənədində ev sahibi qrafasında adı göstərilən X4 xx.xx.2009-cu ildə Hacıqabul rayonunda miokard infarktı xəstəliyindən ölmüş mərhum atası X8 ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar