Məhkəmə qərarları › İş №2(071)-1048/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1048/2022

26.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1048/2022 26.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X10 onun himayəsinə verilməsi və xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X5 hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh ilə 2015-ci ildə faktiki nikaha girərək ailə qurmuşlar. Birgə faktiki nikahdan xx.xx.2016-cı il təvəllüdlü X16 və 25 fevral 2020-ci il təvəllüdlü X18 adlı iki uşağı doğulmuşdur. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-73/2020 saylı qətnaməsi ilə onun xx.xx.2016-cı il təvəllüdlü X8 atası olması faktı müəyyən edilmiş və əvvəli 07 yanvar 2020-ci il tarixdən hesablanmaqla ondan xx.xx.2016cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-286/2020 saylı qətnaməsi ilə onun 25 fevral 2020-ci il təvəllüdlü X11 atası olması faktı müəyyən edilmiş və əvvəli 04 iyun 2020-ci il tarixdən hesablanmaqla ondan 25 fevral 2020-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Cavabdeh 2021-ci ildə xx.xx.2016-cı il təvəllüdlü X3 olaraq saxlamaq üçün ona vermişdir. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X10 ona verməsi barədə Hacıqabul İcra və Probasiya şöbəsində ərizəsi vardır. Hazırda uşaq onun himayəsindədir. O, hər ay 25 fevral 2020-ci il təvəllüdlü X2 üçün X12 170 manat aliment ödəyir. Cavabdeh isə xx.xx.2016-cı il təvəllüdlü X1 üçün ona aliment ödəmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh və onun nümayəndəsi (atası) X9 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh və onun nümayəndəsi (atası) X14 məhkəmənin hazırlıq iclasında iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, qızı Cavabdeh hazırda ilə quraraq Bakı şəhərində yaşayır. 25 fevral 2020-ci il təvəllüdlü X18 hazırda onun himayəsində yaşasa da, Cavabdeh ailəsi 25 fevral 2020-ci il təvəllüdlü X15 övlad kimi qəbul edir. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 üçün aliment ödəməyə razı deyil, Cavabdeh qadın olduğundan İddiaçı ilə aralarında fərq olmalıdır. İddiaçı bir ata kimi övladına aliment ödəməlidir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2016-cı il tarixli AZ-İV 437408 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X16 xx.xx.2016-cı ildə Hacıqabul rayonunda doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-73/2020 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X8 atası olması faktı müəyyən edilmiş və əvvəli 07 yanvar 2020-ci il tarixdən hesablanmaqla İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-286/2020 saylı qətnaməsi ilə İddiaçı 25 fevral 2020-ci il təvəllüdlü X11 atası olması faktı müəyyən edilmiş və əvvəli 04 iyun 2020-ci il tarixdən hesablanmaqla İddiaçı 25 fevral 2020-ci il təvəllüdlü X11 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment və 50 manat əlavə xərcin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)-2349/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-73/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2-ci Udulu kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 243 nömrəli arayışdan müəyyən edilir ki, Əliyeva X7 rayonu 2-ci Udulu kəndində yaşayır və hazırda işləmir. 3 saylı Bakı “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X6 xx.xx.2022-ci ildə Bakı şəhərində doğulmuşdur, atası X4, anası Cavabdehdır. İşdə olan sənədlərdən və tərəflərin izahatından müəyyən edilir ki, tərəflərin faktiki nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X16 2021-ci ildən hazırkı vaxta kimi atası İddiaçı yanında yaşayır. Cavabdeh 2021-ci ildə xx.xx.2016-cı il təvəllüdlü X3 olaraq saxlamaq üçün İddiaçı vermişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh hazırda başqa şəxslə ailə qurduğundan 23 aprel 2016-cı il təvəllüdlü X10 atası İddiaçı himayəsinə vermişdir. Hazırda xx.xx.2016-cı il təvəllüdlü X16 atası İddiaçı himayəsində yaşayır. Bu günə kimi İddiaçı uşaqların saxlanılması üçün cavabdehə aliment ödəmişdir. Hazırda xx.xx.2016-cı il təvəllüdlü X16 onun himayəsində olduğundan İddiaçı Cavabdeh aliment tələb etməkdə haqlıdır. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşağın mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin faktiki nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X8 atası İddiaçı himayəsində saxlanılsın. Tərəflərin faktiki nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (yüz yetmiş) manat aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar