Məhkəmə qərarları › İş №2(071)-1055/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1055/2022

20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1055/2022 20.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “uşağın onun himayəsinə verilməsi və aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın onun himayəsinə verilməsi və aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun faktiki nikahından doğulmuş övladları - xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 onun himayəsində saxlanması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə faktiki nikaha girərək ailə qurmuşdur. Faktiki nikahdan onların xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki uşağı var. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Belə ki, cavabdeh başqa qadınla ailə münasibəti qurmuş və bundan sonra nə onunla, nə də, uşaqları ilə maraqlanmamışdır. O, hazırda cavabdehlə ayrı yaşayır, uşaqlar hazırda onun himayəsində yaşayırlar, özü heç bir yerdə işləmir, uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İki uşaqla Şirvan şəhərində kirayədə yaşayır, cavabdeh meyvəli ticarət mərkəzində satıcı işləyərək yaxşı gəlir əldə edir, buna baxmayaraq uşaqlarının saxlanması üçün yetərli qədər maddi köməklik etmir. Bu günə kimi Cavabdeh hər ay uşaqlarına maddi köməklik etmişdir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, o, İddiaçı ilə faktiki nikaha girərək ailə qurmuşdur. Faktiki nikahdan onların xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki uşağı var. O, Bakı şəhərində meyvəli bazarında nar satır, istədiyi vaxt işini ataraq evə gələ bilmir. Buna baxmayaraq bu günə kimi hər ay uşaqlarına maddi köməklik etmişdir. Bundan sonra da hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat aliment ödəməyə etiraz etmir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ 341782 nömrəli və xx.xx.2019-cu il tarixli AZ-371816 nömrəli atalığın müəyyən edilməsi barədə şəhadətnamələrdən müəyyən edilir ki, Cavabdeh İddiaçı xx.xx.2014-cü ildə doğulmuş X7 və xx.xx.2017-ci ildə doğulmuş X3 ataları hesab edilmişdir. Sabirabad Regional ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İV 018406 nömrəli və xx.xx.2019-cu il tarixli AZ-İV 249751 nömrəli doğum haqqında şəhadətnamələrdən müəyyən edilir ki, İddiaçı və Cavabdeh faktiki nikahdan xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki uşağı var. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Mediasiya Şurası tərəfindən verilmiş ilkin Mediasiya prosesinin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli 00340 №-li arayışdan müəyyən edilir ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Məhkəmə, sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh faktiki nikahından doğulmuş övladları - xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 anaları İddiaçı himayəsində saxlanılmalı, uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, Cavabdeh hazırkı vaxta kimi maddi köməklik etməsi nəzərə alınaraq alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İddia tələbi qalan hissədə, yəni 106 manat aliment tutulması hissəsində rədd edilməlidir. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh faktiki nikahından doğulmuş övladları - xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 anaları İddiaçı himayəsində saxlanılsın. Tərəflərin faktiki nikahından doğulmuş övladları - xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilsin. Aliment tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar