Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1061/2023 13.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi İddiaçı, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakları ilə, Ərizəçi İddiaçı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 qalmış ünvan 2 (yeni qaydalarla: AZ 2400, ünvan 1 ünvanda yerləşən 0,08599 ha torpaq sahəsi və onun üzərində olan 32,3 kv.m sahədən ibarət fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci ildə Qazı-Məmməd rayonunda anadan olmuş və hal-hazırda Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, giriş 242-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.1956-cı il təvəllüdlü Maraqlı şəxs3, xx.xx.1958-ci il təvəllüdlü Maraqlı şəxs4, xx.xx.1961-ci il təvəllüdlü Maraqlı şəxs2 və xx.xx.1964-ci il təvəllüdlü X4 onun bacı və qardaşlarıdır. Bacısı xx.xx.1964-ci il təvəllüdlü X4 2020-ci ildə vəfat edib, xx.xx.1958-ci il təvəllüdlü Maraqlı şəxs4 nikah münasibətinə girərək, ailə həyatı qurduğu üçün Naxçıvan Muxtar Respublikasına uzun müddət əvvəl köçüb getmiş, xx.xx.1961-ci il təvəllüdlü Maraqlı şəxs2 və xx.xx.1956-cı il təvəllüdlü Maraqlı şəxs3 isə özlərinə yaşayış yerləri seçmişlər. Qeyd edir ki, atası X7 vəfat edəndə onun yas mərasimini hazırda yaşadığı mənzildə qardaş və bacıları ilə mehriban olaraq iştirak etmişlər. Onlar qardaş və bacıları ilə hər zaman mehriban olmuş və heç vaxt aralarında hər hansı bir mübahisələri olmamışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, atası X8 xx.xx.1982-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra atasına məxsus fərdi yaşayış evinə o sahiblik etmiş və həmin əmlakı idarə etmişdir. Anası və bacısı Badam vəfat etmişlər. Digər qardaşları Hüseynəli və İsanın, bacısı Kəkliyin özlərinə məxsus yaşayış yerləri var. Atasından miras qalmış əmlakla bağlı aralarında hər hansı mübahisə yoxdur. Odur ki, ərizənin təmin edilməsini, atasından miras qalmış əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxlər Maraqlı şəxs2 və Maraqlı şəxs3 hər biri ayrıayrılıqda bildirdilər ki, mərhum atalarından miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində faktiki olaraq İddiaçı yaşamış və həmin əmlakı idarə etmişdir. Bununla da o, mirası faktiki olaraq qəbul etmişdir. Odur ki, ərizənin təmin edilməsinə etiraz etmirlər. Maraqlı şəxs Hacıqabul rayon Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, Hacıqabul şəhəri İ.Qayıbov küçəsi, ev 6A (yeni qaydalarla: ünvan 3 ünvanda yerləşən 0,08599 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 32,3 kv.m olan fərdi yaşayış evi X5 xüsusi mülkiyyətindədir. İş materiallarında olan AZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı atası X8, anası X1r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1982-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ № 134846 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Maraqlı şəxs2 atası X8, anası X1r. İş materiallarında olan Hacıqabul rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023ci il tarixli 250 nömrəli məktubundan görünür ki, xx.xx.1982-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakın qəbuluna dair İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-1248-ci maddələrinin tələblərinə əsasən buraxılmış müddət məhkəmə üzrlü sayarsa uzadıla bilər. İş materiallarında olan Maraqlı şəxs4 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.1982-ci il tarixdə vəfat etmiş mərhum atası X3 miras qalmış əmlakı vərəsəlik qaydasında qəbul etməmişdir. Gələcəkdə bununla bağlı heç bir mülki iddia və tələbi olmayacaqdır. İş materiallarında olan Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verrilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Musayev X2 şəhəri, İ.Qayıbov küçəsi 6A ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, miras qoyan X8 xx.xx.1982-ci il tarixdə öldüyünə görə, ondan miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri ilə bağlı xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hacıqabul şəhəri İ.Qayıbov küçəsi, ev 6A (yeni qaydalarla: ünvan 3 ünvanda yerləşən 0,08599 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 32,3 kv.m sahəsi olan fərdi yaşayış evi X5 xüsusi mülkiyyətində olmuşdur. X8 xx.xx.1982-cı il tarixdə ölmüşdür. Ondan mirası qalmış torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini birinci növbə vərəsələrindən yalnız İddiaçı faktiki olaraq qəbul etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla (izahatlar və arayış) təsdiq olunmuşdur. Ərizəçi miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etsə də, ona mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünə görə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Belə olan təqdirdə, ərizəçi ərindən miras qalmış əmlakı vəsərəlik qaydasında qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin faktın başqa qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum X3 miras qalmış Hacıqabul şəhəri İ.Qayıbov küçəsi, ev 6A (yeni qaydalarla: ünvan 3 ünvanda yerləşən 0,08599 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 32,3 kv.m olan fərdi yaşayış evinin İddiaçı tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X3 miras qalmış Hacıqabul şəhəri İ.Qayıbov küçəsi, ev 6A (yeni qaydalarla: ünvan 3 ünvanda yerləşən 0,08599 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 32,3 kv.m olan fərdi yaşayış evinin İddiaçı tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №2(071)-1061/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1061/2023
13.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver