Məhkəmə qərarları › İş №2(071)-1061/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1061/2024

25.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1061/2024 25.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Ərizəçinin nümayənədəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs – Maraqlı şəxs) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi tərəfindən xx.xx.2006-cı il tarixdə Hacıqabul rayonu, Abdulabad kəndində tibb müəssisəsidən kənarda, ev şəraitində qız cinsli uşağın doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi və X5 faktiki nikahından xx.xx.2006-cı il tarixdə tibb müsssəsindən kənarda, ev şəraitində cinsi qız olan bir uşağı doğulmuşdur, lakin həmin uşağın doğum haqqında şəhadətnaməsi alınmamışdır. Doğuşu tutan Leyla adlı həkim tərəfindən uşağın evdə doğulması barədə tibbi arayış almış olsa da, həmin vaxt tibbi arayışı itirdiyi üçün uşağın doğumu haqqında şəhadətnamə almamışdır. Sonradan isə diqqətsizlik üzündən indiyənə qədər qızının doğum haqqında şəhadətnaməsi alınmamışdır. Uşağın doğum haqqında şəhadətnaməsi olmadığı üçün yaşı 18-i keçmiş olsa da, hələ də onun şəxsiyyət vəsiqəsi də alınmamışdır. Onun xx.xx.2006-ci il tarixdə Hacıqabul rayonunun Abdulabad kəndində ev şəraitində bir qız uşağını dünyaya gətirməsini X9, X6 və sair şahidlər vasitəsilə təsdiq edəcəkdir. Həmçinin doğum haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən doğum haqqında şəhadətnamənin verilməsi barədə müraciəti, Maraqlı şəxs tərəfindən imtina məktubu ilə cavablandırılmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçinin nümayənədəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs xx.xx.2024-cü il tarixində məhkəməyə məktub ünavanlayaraq, iş çoxluğu ilə əlaqədar məhkəmə iclasının maraqlı şəxsin nümayənədəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilən Maraqlı şəxs Ərizəçi ünvanladığı 3-16-5/7-26-2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyati Qaydası” nin 2.2-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Doğum haqqında məlumat (bir qayda olaraq, uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Doğumun qeydiyyatı üçün həmin qaydanın 2.5.-ci bəndindəsadalan sənədlər təqdim olunmalıdır və həmin qaydanın 2.5.3-cü bəndinə görə bu sənədlər siyahısına həm də doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd daxildir. Həmin Qaydanın 2.6-cı bəndinə görə bu Qaydanin 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanin 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan halları istisna olmaqla), şəxsin doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən doğumun dövlət qeydiyyatının aparılması tələbi icrasından imtina olunmuş və izah edilir ki, müraciətə baxılmasının nəticəsindən subordinasiya və məhkəmə qaydasında şikayət vermək, eyni zamanda iddia etdiyi faktın müəyyən edilməsi üçün məhkəmədə iddia qaldırmaq hüququ göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Ərizəçi ilə qonşuluqda yaşayır. Nənəsini çoxdan tanıyır. 2006-cı ilin aprel ayının 26-cı Nuranənin qız uşağı anadan olmuşdur. Qızın adı Rufanədir. Qızın anası isə uşaq 8 yaşında olarkən Sabirabad rayonu Nizami kəndinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Rufanə 2006cı ildə aprel ayının 26-cı günündə doğulmuşdur. Nənəsini yaxından tanıyır. Qonşudurlar. Qızın adı Rufanədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Rufanənin atası və anası atıb getmişdir. 2006-cı ildə aprel ayında Rufanə doğulmuşdur. 8 yaşından sonra nənəsinin yanında qalmışdır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi tərəfindən xx.xx.2006-cı il tarixdə Hacıqabul rayonu, Abdulabad kəndində tibb müəssisəsidən kənarda, ev şəraitində qız cinsli uşaq doğulub. Uşağın doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaq hal-hazırda yaşayır və sağ-salamatdır. Odur ki, ərizə təmin edilməli və uşağın doğum faktı müəyyən olunmalıdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi uşağının doğumunu və şəxsiyyətini təsdiq edən sənədlərinin olmaması, onun bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən şəxsin qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən xx.xx.2006-cı il tarixdə Hacıqabul rayonu, Abdulabad kəndində tibb müəssisəsidən kənarda, ev şəraitində qız cinsli uşağın doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar