Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-1070/2023 13.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi”nə dair mülki iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş vəsatətə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi X3 məhkəməyə vəsatət təqdim edərək, iddia ərizənin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi”nə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(071)-1070/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-1070/2023
13.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver