Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1129/2023 27.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X21 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Hacıqabul rayon Notariat Ofisi) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Hacıqabul rayon Notariat Ofisi) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci ildə vəfat etmiş anası X7 miras qalmış QAZ-33021 yük markalı **-BB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X14 xx.xx.2022-ci ildə vəfat etmişdir. xx.xx.2005-ci il tarixdə mülkiyyətində olan QAZ-33021 yük markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil mərhum anasının adına rəsmiləşdirilmişdir. Hal-hazırda məhkəməyə müraciət etməyinin səbəbi həmin nəqliyyat vasitəsinin sənədləşməsində çətinlik çəkməkdədir. X6 rəhmətə getdikdən sonra vaxtında müraciət edib sənədləşmə edilməsini bilməmiş və bu vaxta qədər lazım olmamışdır. Hal- hazırda lazım olduğu üçün Hacıqabul rayon Notariat ofisinə müraciət edib, onun müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli, 261 saylı məktubla Notariat ofisindən bildirilmişdir ki, Azərbaycan Respublikasının MM-nin 1246 və 1248-ci maddələrinin tələblərinə əsasən buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət olunmalıdır. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, QAZ-33021 yük markalı **-BB-*** dövlət qeydiyyat nömrəli avtomobili 2005-ci ildə əslində özü almış, lakin anası Zəminə Süleymanovanın adına sənədləşdirmişdir. Anası xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra da həmin avtomobil həmişə onun sahibliyində və idarəsində olmuşdur. Anası vəfat etdikdən sonra başı qarışıq olduğundan avtomobili öz adına sənədləşdirməmiş, bu barədə notariat orqanına müraciət etməmişdir. Lakin, avtomobil həmişə onun sahibliyində olmuşdur. Odur ki, ərizənin təmin edilərək, mərhum anası X7 miras qalmış QAZ-33021 yük markalı **-BB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində dindirilmiş X3 izahatında göstərdi ki, Ərizəçi onun qardaşıdır. QAZ-33021 yük markalı **-BB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini mərhum anası Zəminə Süleymanovanın adına olsa da, həmişə həmin avtomobili Ərizəçi idarə etmiş, anasının ölümündən sonra da həmin avtomobil onun sahibliyində olmuşdur. Həmin əmlakın miras kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə etiraz etmir. Məhkəmə iclasında maraqlı şəxs qismində dindirilmiş X4 və X10 da maraqlı şəxs X3 ilə eyni məzmunlu izahat verdilər. Maraqlı şəxs Hacıqabul rayon Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi və məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZ-İİ 276877 nömrəli, 18 avqust 2022-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2022-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-cı ilin avqust ayının 18 günündə 284 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AA-463841 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, QAZ-33021 yük markalı **-BB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin mülkiyyətçisi X11r. İş materiallarında olan elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, X1 Elburus Hüseynağa oğlunun anasıdır. İş materiallarında olan Hacıqabul Rayon Notariat Ofisinin 28 sentyabr 2023-cü il tarixli, 261 nömrəli məktubundan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1248-ci maddələrinin tələblərinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə anası X14 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar bildirir ki, ondan miras qalmış əmlakı faktiki olaraq qəbul etməmiş, qəbul etmək niyyətində deyil. Məhkəmə, ərizəçinin və maraqlı şəxslərin izahatlarını dinləyərək, tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, QAZ-33021 yük markalı **-BB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ərizəçinin mərhum anası X9 mülkiyyətində olmuşdur. X14 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, həmin tarixədək ərizəçi anasının adına olan avtomobili idarə etmiş və hal-hazırdada avtomobilə faktiki sahiblik etməklə onu idarə edir. Zəminə Süleymanovanın ölümündən sonra onun birinci növbə vərəsələrindən yalnız ərizəçi mərhumun mülkiyyətində olmuş avtomobilə sahiblik etmiş və həmin avtomobili faktiki olaraq idarə etmişdir. Ərizəçi miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etsə də, ona mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünə görə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Belə olan təqdirdə, ərizəçi mərhum anasından miras qalmış əmlakı vəsərəlik qaydasında qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin faktın başqa qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 miras qalmış QAZ-33021 yük markalı **-BB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2 miras qalmış QAZ-33021 yük markalı **-BB-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X22
Məhkəmə qərarları › İş №2(071)-1129/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1129/2023
27.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver