Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-122/2022 14.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “mirasın qəbulu müddətinin uzadılması və mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 06.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində mərhum X2 adına qeydə alınmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli evin miras kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin mənzilin Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Şirvan şəhər Ərazi İdarəsində mülkiyyət hüququ əsasında adına qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində Hacıqabul rayon Notariat ofisini maraqlı şəxs kimi göstərmişdir. Ərizəçi 14.02.2022-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun mərhum atası X4 miras qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli evin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti, gecikmənin səbəbini üzürlü sayaraq, uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, Ərizəçi atası X11 və anası X13 1935-ci ildə evlənmişlər. Onların birgə nikahından X16, X17, X18, X19, X14 və Ərizəçi doğulmuşdur. Ərizəçinin atası X11 21.12.1979-ci ildə, anası X13 isə 21.04.1992-ci ildə vəfat etmişdir. Daha sonra ərizəçinin qardaşı X19 27.05.2002-ci il tarixdə, qardaşı X18 13.04.2004cü il tarixdə, qardaşı X17 13.05.2007-ci il tarixdə, bacısı X14 01.05.2012-ci il tarixdə və qardaşı X16 01.11.2013-cü il tarixdə vəfat etmişdir. X2 vəfatından sonra yaşadıqları Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli ev miras qalmışdır. Ərizəçi valideynlərinin vəfatından sonra da Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli miras evdə yaşamaqda davam edir. Evi miras əmlak kimi faktiki idarəçiliyə qəbul etmiş və mülkiyyətçi kimi ona sahiblik etməklə, istifadə edir. Lakin ərizəçi savadsız olduğuna görə həmin mirası öz adına rəsmiləşdirmək üçün notariat kontoruna müraciət etmək üçün müəyyən edilmiş müddəti üzürlü səbəblərdən ötürmüşdür. Ərizəçi mərhum valideynlərindən ona miras kimi qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 saylı fərdi yaşayış evini öz adına rəsmiləşdirmək üçün 03.11.2021-ci il tarixdə Hacıqabul rayon Notariat kontoruna rəsmi ərizə ilə müraciət etmişdir. Hacıqabul rayon Notariat Ofisi 04.11.2021-ci il tarixli 624 saylı məktubla ərizəçiyə bildirmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın buraxdığıma görə müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən də ərizəsi məcburiyyət qarşısında qalaraq aidiyyatı üzrə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, Ərizəçi mərhum atası X4 miras qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli evin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti, gecikmənin səbəbini üzürlü sayaraq, uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Hacıqabul rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi təqdim edilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət X21 tərəfindən verilmiş 05.10.2021-ci il tarixli 522 nömrəli arxiv arayışından müəyyən edilir ki, Qazıməmməd rayon İcraiyyə Komitəsinin 14.04.1959cu il tarixli 11 nömrəli protokolundan çıxarışa əsasən SSRİ Ali Soveti rəyasət heyətinin 26.08.1948ci il tarixli fərmanına əsasən şəhərdə yaşayan vətəndaş X7 ev tikdirmək üçün 0,6 sotuq torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Notariat Arxivi 21.10.2021-ci il tarixli 05/01-4846/10 nömrəli məktubla Hacıqabul rayon notariat ofisinin 08.10.2021-ci il tarixli 606 nömrəli sorğusuna cavab verərək bildirmişdir ki, 21.12.1979-cu ildə vəfat etmiş X6 vəsiyyətnaməsinin olub-olmadığı, miras əmlakına dair vərəsəlik işinin açılıb-açılmadığı barədə məlumatıın istənilməsi ilə əlaqədar Dövlət notariat arxivinə daxil olmuş müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Hacıqabul rayon notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1990-2009-cu illərə dair vərəsəlik işlərinə və “Elektron notariat” İnformasiya sistemində olan vəsiyyətnamələrə baxış keçirilərkən X6 hər hansı miras əmlaka dair vərəsəlik işi, həmçinin vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. Kürdəmir rayon Sığırlı kənd icra nümayəndəliyinin 25.09.2021-ci il tarixdə verdiyi AZ-T 166351 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, Ərizəçi 0402.1945-ci ildə Kürdəmir rayonu Sığırlıı kəndidə doğulmuşdur, atası X11, anası X9r. Hacıqabul şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14.01.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, Piriyeva X12 şəhəri B.İbrahimov küçəsi 51 ünvanda qeydiyyatda olsa da, hazırda ünvan 2 07.07.2021-ci il tarixli AZ-İ 178129 nömrəli, 07.07.2021-ci il tarixli AZ-İİ 178128 nömrəli, 27.05.2002-ci il tarixli AZ 073937 nömrəli, 07.07.2021-ci il tarixli AZ-İİ 178130 nömrəli, 01.06.2007ci il tarixli AZ-İ 232828 nömrəli, 03.05.2012-ci il tarixli AZ-İ 521063 nömrəli və 06.11.2013-cü il tarixli AZ-İ 638549 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Ərizəçi atası X11 21.12.1979-ci ildə, anası X13 21.04.1992-ci ildə, qardaşları X19 27.05.2002-ci ildə, X18 13.04.2004-cü ildə, X17 13.05.2007-ci ildə, X16 01.11.2013-cü ildə və bacısı X14 01.05.2012-ci ildə ölmüşlər. Hacıqabul rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli 2(071)-440/2021 nömrəli qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdehlər X5, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “qanun üzrə şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tanınması” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X3 adına verilmiş vərəsəlik qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən çıxarış etibarsız hesab edilmişdir. İddiaçı Ərizəçi vərəsə kimi tanınması təmin olunmuşdur. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, X1 rayon Dövlət Notariat Kontoruna yalan məlumat verməklə, yeganə varis özünün olduğunu, başqa varisin olmadığını, Ərizəçi atası X11 21.12.1979ci ildə, anası X13 21.04.1992-ci ildə, qardaşları X19 27.05.2002-ci ildə, X18 13.04.2004-cü ildə, X17 13.05.2007-ci ildə, X16 01.11.2013-cü ildə və bacısı X14 01.05.2012-ci ildə öldükdən sonra bütün əmlaka vərəsəliyi faktiki olaraq özünün qəbul etdiyini göstərərək, Piriyeva Rəfiqə Həsən qızının xəbəri və razılığı olmadan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Hacıqabul şəhəri Z.Tağıyev küçəsindəki 170 nömrəli fərdi yaşayış evinə dair öz adına mülkiyyət hüququnun qeydiyyatına dair çıxarış alsa da, faktiki olaraq Ərizəçi valideynlərindən, bacı və qardaşlarından miras qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli miras evdən qanun üzrə özünə düşən paydan heç vaxt imtina etməmişdir. Bununla bağlı heç bir ərizə imzalamamış, vaxtı ilə atasının inşa etdiyi yaşayış evi yararsız hala düşdüyündən, həmin mənzili özü inşa etdirmiş, ata və anasının yas mərasimlərini keçirmiş, onların vəfatından sonra bütün əmlaka vərəsəliyi Ərizəçi özü qəbul etmişdir. Göründüyü kimi, Ərizəçi qanun üzrə birinci növbə vərəsə kimi 21.12.1979-ci ildə vəfat etmiş atası X4 miras qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli evi faktiki idarəçiliyə qəbul etmiş, öz əmlakı kimi sahiblik etməklə mülkiyyətçi kimi hüquqlarını həyata keçirmişdir. Lakin üzürlü səbəblərdən miras əmlakı öz adına sənədləşdirmək üçün qanunla müəyyən edilmiş müddət ərzində notariusa müraciət etməmiş, müddəti üzürlü səbəblərdən ötürmüşdür. Odur ki, Ərizəçi mirası qəbul etməsi üçün notariat orqanına müraciət etməsi müddəti üç aya qədər uzadılmalıdır. 11.09.1964-cü il tarixli Qanunla təsdiq edilmiş və 28.12.1999-cu il tarixli 779-İQ saylı Qanuna əsasən 01.09.2000-ci ildə qüvvədən düşmüş Mülki Məcəllənin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Mülki Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Mülki Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. 01.09.2000-il tarixdən qüvvəyə minmiş Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə qeyd edir ki, Ərizəçi valideynlərinin, bacı və qardaşlarının vəfatından sonra Hacıqabul şəhəri Z.Tağıyev küçəsindəki 170 nömrəli miras evdə yaşamaqla, faktiki sahiblik etmiş və həmin mənzili hazırda da Ərizəçi sahibliyindədir. Odur ki, ərizəçi üçün mirasın qəbulu müddəti üç ay müddətinə uzadılmalı, ərizəçi miras qalmış mənzili qanun üzrə birinci növbəli vərəsə kimi öz adına sənədləşdirmək üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən üç ay müddətinə notariat orqanına ərizə ilə müraciət etməklə miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini tələb etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi qanun üzrə birinci növbə vərəsə kimi 21.12.1979-ci ildə vəfat etmiş atası X4 miras qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli evə dair qanun üzrə vəqəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün notariat orqanına müraciət etməsi üçün müəyyən edilmiş müddət üç ay müddətinə uzadılsın. Ərizəçi qanun üzrə birinci növbəli vərəsə kimi miras qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən üç ay müddətində Hacıqabul rayon Notariat ofisinə ərizə ilə müraciət etsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-122/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-122/2022
14.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver