Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-1223/2025 28.01.2026 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin X4 Filialı cəlb edilməklə “öhdədə olma faktının müəyyən edilməsi”nə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin X4 Filialı cəlb edilməklə “öhdədə olma faktının müəyyən edilməsi”nə dair ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək 06 avqust 1989-cu il təvəllüdlü X1, xx.xx.1990-cı il təvəllüdlü Ağayeva (Nəzərova) Zülfiyyə İlqar qızı, 16 fevral 1992-ci il təvəllüdlü Babayeva (Nəzərova) Familə İlqar qızı, 20 noyabr 1995-ci il təvəllüdlü Babayeva (Nəzərova) Şəbinə İlqar qızı və xx.xx.1996- cı il təvəllüdlü X2 adlı uşaqların ərizəçinin öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirmişdir ki, keçmiş həyat yoldaşı ilə nikahları pozulmuş və uşaqlar onun himayəsində qalmışdır. Hazırda isə himayəsində 5 uşağın olması əsası ilə 60 yaşında yaşa görə pensiya hüququndan istifadə etmək istəyir. Maraqlı şəxs qismində Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin X4 Filialının nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Ərizəçi ərizəsində Nəzərova (Gülmalıyeva) Xatirə Gülmalı qızı ilə olan nikahlarından doğulmuş 5 övladının nikaha xitam verildikdən sonra onun himayəsində qaldığını iddia etsə də, göstərilən iddiası ilə bağlı isə hər hansı sübut (uşaqların onun himayəsinə verilməsi ilə bağlı məhkəmə qərarı) təqdim edə bilməmişdir. Belə ki, ərizəçinin hüquqi əhəmiyyəti olan faktın təsdiqinə dair ərizəsinə qoşma kimi əlavə etdiyi sənədlərə nəzər saldıqda, nikaha xitam verilməsi barədə məhkəmə qətnaməsində (“qət etdi” hissəsində) ərizəçinin övladlarının onun himayəsinə verilməsi ilə bağlı qeyd olmadığı və bu məsələnin tənzimlənmədiyi aydın görünür. Övladlarının Ərizəçi himayəsinə verilməsi məsələsinə nikahın pozulması zamanı qəbul edilmiş qətnamə ilə birgə uşaqların mənafeyi üçün məhkəmə tərəfindən qiymət verilməli idi. Olmadığı təqdirdə isə ərizəçi məhkəməyə müraciət etməklə uşaqların onun himayəsinə verilməsi ilə bağlı qərarın qəbul edilməsinə nail olmalı idi. Qeyd olunan hallara isə mövcud işdə rast gəlinmir. Məhkəmə işin faktiki hallarını araşdırıb hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 1.7-ci bənbdinə əsasən Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin qərarın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Beləliklə, ərizəçi məhkəmədən uşaqların onun öhdəsində olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən şəxsin öhdədə olma faktının müəyyən edilməsi ərizəçinin özünün ölən şəxsin öhdəsində olması kimi qəbul edilmişdir. Şəxsin öz öhdəliyində başqa şəxslərin olmasının müəyyən edilməsinə dair hüquq institutu yoxdur. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Odur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 1.3-cü bəndini rəhbər tutaraq məhkəmə hesab edir ki, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, ərizəçiya izah olunmalıdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu ərizəçiya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin X4 Filialı cəlb edilməklə “öhdədə olma faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Ərizəçiya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən işə baxan Hacıqabul Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-1223/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-1223/2025
28.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver