Məhkəmə qərarları › İş №2(071)-131/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-131/2023

10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-131/2023 10.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X32 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs Hacıqabul rayon Notariat ofisi) “mirasın qəbul edilmə müddətinin uzadılması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs Hacıqabul rayon Notariat ofisi) “mirasın qəbul edilmə müddətinin uzadılması” barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi1 məhkəmənin hazırlıq iclasında izahat verərək göstərdi ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 11 aprel 2006-cı ildə 01 saylı qərarı ilə Hacıqabul rayonunun Nəvahi kəndində X2, arvadı X9, qardaşı arvadı X21, qızı X10, qızı X15, qızı X17, oğlu X18, qardaşı oğlu X11, qardaşı qızı X7 və qardaşı oğlu Ərizəçi2 25,2750 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların ümumi birgə xüsusi mülkiyyətlərinə verilmişdir. JN-039, KOD 91006005 nömrəli Dövlət aktından adlar və ata adlarında səhvlər olduğu üçün, onlar müvafiq qaydada həmin torpaq sahəsinə çıxarış alarkən həmin səhvlər düzəldilmişdir. X2, qardaşı arvadı X21 və qardaşı qızı X7 vəfat etmişlər. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 11 aprel 2006-cı ildə 01 saylı qərarı ilə Hacıqabul rayonunun Nəvahi kəndində yerləşən torpaq sahəsini öz adına keçirmək üçün ərizədə adları göstərilən sağ olan ailə üzvlərinin razılığı var. Məhrum X2 notarial qaydada vəsiyyətnamə qoyaraq adına olan bütün əmlakını ona vəsiyyət etmişdir. Bütün bunları rəsmiləşdirmək üçün Hacıqabul Notariat Ofisinə müraciə etsə də, ona buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçi2 məhkəmənin hazırlıq iclasında izahat verərək göstərdi ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 11 aprel 2006-cı ildə 01 saylı qərarı ilə Hacıqabul rayonunun Nəvahi kəndində ona və ailə üzvləri olan X1na, əmisi arvadı X4, anası X19, əmisi qızı X5, əmisi qızı X8, əmisi qızı X13, əmisi oğlu X14, qardaşı X6, bacısı X3 25,2750 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların ümumi birgə xüsusi mülkiyyətlərinə verilmişdir. X1, anası X21 və bacısı X7 vəfat etmişlər. Hazırda Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 11 aprel 2006-cı ildə 01 saylı qərarı ilə Hacıqabul rayonunun Nəvahi kəndində ona və adları göstərilən sağ olan şəxslərin razılığı əsasında həmin torpaq sahəsini əmisi Ərizəçi1 adına keçirmək üçün ailə üzvlərinin razılığı var. Gələcəkdə o və ailə üzvlərinin adına olan torpaq sahəsini əmisi onun adına keçirəcək və ailə üzvlərinin adına keçən torpaq sahəsini ayraraq onun qanuni istifadəsinə verəcəkdir. Bütün bunları rəsmiləşdirmək üçün Hacıqabul Notariat Ofisinə müraciə etsə də, ona buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyib və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə əvvəla qeyd edir ki, mülki-prosessual qanunvericilikdə “mirasın qəbul edilməsi müddətinin uzadılması” barədə müraciətlərə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. Belə ki, məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin növləri Mülki- Prosessual Məcəllənin 305.1-ci maddəsində göstərilmişdir. Həmin maddədə “mirasın qəbul edilməsi müddətinin uzadılması” barədə işlərə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. Həmin Məcəllənin 305.2-ci maddəsində isə göstərilir ki, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Lakin, Azərbaycan Respublikasının heç bir qanunvericilik aktında “mirasın qəbul edilməsi müddətinin uzadılması” barədə işlərə xüsusi icraat qaydasında baxılması göstərilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin normanın məzmunundan göründüyü kimi, mirası qəbul etmiş digər vərəsələr razı olduğu halda, mirasın qəbul edilmə müddətinin uzadılmasına zərurət yoxdur və mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş vərəsə məhkəməyə müraciət etmədən, digər vərəsələrin razılığı ilə mirası qəbul edə bilər. Mirası qəbul etmiş digər vərəsələr razı olmadığı halda isə, mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş vərəsə gecikdirmənin üzrlü səbəblərdən baş verdiyini göstərməklə mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edə bilər. Başqa sözlə desək, qanunvericiliyə əsasən mirası qəbul etmə müddətinin uzadılması ilə bağlı müraciət yalnız mübahisə olduğu halda iddia icraatı qaydasında baxıla bilər. Məhkəmə qeyd edir ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 11 aprel 2006cı ildə 01 saylı qərarı ilə verilmiş, ümumi mülkiyyətdə olan Hacıqabul rayonunun Nəvahi kəndində yerləşən 25,2750 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vəfat etmiş mülkiyyətçilərinin digər vərəsələrinin razılığı olmadıqda, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 həmin vərəsələrə qarşı və ya notariat orqanına qarşı ayrı-ayrılıqda (hər bir ərizəçinin mirasını qəbul etmək istədiyi mirasqoyanlar fərqli olduğuna görə) iddia icraatı qaydasında “mirasın qəbul edilmə müddətinin uzadılması” tələbi ilə məhkəməyə müraciət etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs Hacıqabul rayon Notariat ofisi) “mirasın qəbul edilmə müddətinin uzadılması” barədə xüsusi icraat qaydasında verilmiş ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X33

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar