Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-134/2022 15.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “miras qəbul edilmə müddətinin uzadılması və mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “miras qəbul edilmə müddətinin uzadılması və mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 09.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun 25.05.1998-ci ildə vəfat etmiş atası X4 miras qalmış Hacıqabul şəhəri Abbasqulu Ağa Bakıxanov küçəsi 36 ünvanda yerləşən 0.06 ha torpaq sahəsini qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddət buraxma səbəblərini üzürlü hesab ettməklə, müddətin uzadılması və onun miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində Hacıqabul rayon Notariat Ofisini maraqlı şəxs kimi göstərmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, onun atası X9 25.05.1998-ci il tarixdə vəfat etmişdir. X6 ölümündən sonra mülkiyyətində olan Hacıqabul şəhəri Abbasqulu Ağa Bakıxanov küçəsi 36 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi miras qalmışdır. O, X1 vəfatından sonra həmin miras əmlakı idarə etməyə başlamış, torpaq sahəsini hasara alaraq darvaza qoydurmuşdur. X3 və qardaşı X11 miras qalmış torpaq sahəsinin onun adına sənədləşdirilməsinə etiraz etmirlər. O, atası X8 ölüm haqqında şəhadətnaməni üzürlü səbəblərdən vaxtında əldə etməmiş, atasının ölümünü 03.06.2021-ci il tarixdə qeydiyyata aldırmaqla, ölüm haqqında şəhadətnamə əldə etmişdir. Bundan sonra miras əmlaka dair şəhadətnamə almaq üçün Hacıqabul rayon Notariat ofisinə müraciət etsə də, notarius 29.11.2021-ci il tarixli məktubla onun müraciətinə cavab verərək bildirmişdir ki, Mülki Məcələnin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın buraxdığıma görə müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq aidiyyatı üzrə məhkəməyə müraciət etmişdir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Hacıqabul rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi təqdim edilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. X5 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun doğma qardaşıdır. X2 25.05.1998-ci il tarixdə vəfat etmiş və ölümündən sonra mülkiyyətində olan Hacıqabul şəhəri Abbasqulu Ağa Bakıxanov küçəsi 36 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi miras qalmışdır. X1 vəfatından sonra qardaşı Ərizəçi həmin miras əmlakı idarə etməyə başlamış, torpaq sahəsini hasara alaraq darvaza qoydurmuşdur. O, və anaları X10 atalarından miras qalmış torpaq sahəsinin qardaşı Ərizəçi adına sənədləşdirilməsinə etiraz etmirlər. Bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş 22.10.2021-ci il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********17 olan çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi X6 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Hacıqabul şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 06.12.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Ağayev X7 şəhəri N.Tusi küçəsi 30 saylı evdə yaşayır. Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli AZ-İİ 146595 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X9 25.05.1998-ci ildə vəfat etmişdir. Bu barədə 03.06.2021-ci il tarixdə ölüm akt qeydləri kitabında 161 akt qeydi aparılmışdır. Göründüyü kimi, Ərizəçi qanun üzrə birinci növbə vərəsə kimi 25.05.1998-ci il tarixdə vəfat etmiş atası X4 miras qalmış Hacıqabul şəhəri Abbasqulu Ağa Bakıxanov küçəsi 36 ünvanda yerləşən 0.06 ha torpaq sahəsini faktiki idarəçiliyə qəbul etmiş, öz əmlakı kimi sahiblik etməklə mülkiyyətçi kimi hüquqlarını həyata keçirmiş, torpaq sahəsini hasara aldırmış və darvaza quraşdırmışdır. Ərizəçi X3 və qardaşı X11 miras qalmış torpaq sahəsinin Ərizəçi adına sənədləşdirilməsinə etiraz etmirlər. Bu barədə onlar məhkəməyə 15.02.2022-ci il tarixdə yazılı ərizələrini təqdim etmişlər. Ərizəçi atası X8 ölüm haqqında şəhadətnaməni üzürlü səbəblərdən vaxtında əldə etməmiş, atasının ölümünü 03.06.2021-ci il tarixdə qeydiyyata aldırmaqla, ölüm haqqında şəhadətnamə əldə etmişdir. Bundan sonra miras əmlaka dair şəhadətnamə almaq üçün Hacıqabul rayon Notariat ofisinə müraciət etsə də, notarius 29.11.2021-ci il tarixli məktubla onun müraciətinə cavab verərək bildirmişdir ki, Mülki Məcələnin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın buraxdığıma görə müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Ərizəçi miras qalmış torpaqş sahəsini vaxtında qəbul etsə də, üzürlü səbəblərdən miras əmlakı öz adına sənədləşdirmək üçün qanunla müəyyən edilmiş müddət ərzində notariusa ərizə ilə müraciət etməmiş, müddəti üzürlü səbəblərdən ötürmüşdür. Odur ki, Ərizəçi mirası qəbul etməsi üçün notariat orqanına müraciət etməsi müddəti üç aya qədər uzadılmalıdır. Çünki, 11.09.1964-cü il tarixli Qanunla təsdiq edilmiş və 28.12.1999-cu il tarixli 779-İQ saylı Qanuna əsasən 01.09.2000-ci ildə qüvvədən düşmüş Mülki Məcəllənin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Mülki Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Mülki Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. 01.09.2000-il tarixdən qüvvəyə minmiş Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinə dair hüquqi faktları müəyyən edir. Məhkəmə qeyd edir ki, ərizəçi mərhum atasından miras qalmış torpaq sahəsinə faktiki sahiblik etmiş və həmin torpaq sahəsini idarə etməklə ona yiyələnmiş, miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Odur ki, ərizəçi üçün mirasın qəbulu müddəti üç ay müddətinə uzadılmalı, ərizəçi miras qalmış torpaq sahəsini qəbul etməsi faktı müəyyən edilməlidir. Ərizəçi miras qalmış torpaq sahəsini qanun üzrə birinci növbəli vərəsə kimi öz adına sənədləşdirmək üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən üç ay müddətinə notariat orqanına ərizə ilə müraciət etməklə miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini tələb etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 25.05.1998-ci ildə vəfat etmiş atası X4 miras qalmış ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə dair qanun üzrə vəqəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün notariat orqanına müraciət etməsi üçün müəyyən edilmiş müddət üç ay müddətinə uzadılsın. Ərizəçi qanun üzrə birinci növbəli vərəsə kimi miras qalmış ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən üç ay müddətində Hacıqabul rayon Notariat ofisinə ərizə ilə müraciət etsin. Bu qətnamə miras əmlaka dair Ərizəçi adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-134/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-134/2022
15.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver