Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-1362/2024 17.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, Ərizəçi maraqlı şəxs – (Maraqlı şəxs) “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması və miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsinə” dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünü yoxlayaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-ci ildə vəfat etmiş anası - X1 miras qalmış Hacıqabul rayonu, Padar qəsəbəsində (Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına (JN-0074, KOD ********) 0,52 ha torpaq sahəsinin miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılma səbəbləri üzürlü hesab edilməklə, həmin müddətin uzadılması və onun tərəfindən həmin miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizənin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizədə miras əmlakın qəbul edilmə müddətinin buraxılma səbəbinin üzürlü hesab edilməsi və onun tərəfindən həmin miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, miras əmlakın qəbul edilmə müddətinin buraxılma səbəbinin üzürlü hesab edilməsi və həmin müddətin uzadılması xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllədə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılan işlərin bitkin siyahısı verilmişdir. Həmin siyahıda mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılma səbəblərinin üzürlü hesab edilməsi və müddətin uzadılması qeyd edilməmişdir. Qeyd edilən məsələ iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılma səbəblərinin üzürlü hesab edilməsi və müddətin uzadılması barədə iddia icraatı qaydasında ərizə ilə müraciət etməli olduğu halda, xüsusi icraat qaydasında ərizə ilə müraciət etmiş, bununla da ərizənin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə əməl etməmişdir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin uzadılması və miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsinə” dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Hacıqabul rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixli, ********** qəbz nömrəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə maliyyə şöbəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-1362/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-1362/2024
17.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver