Məhkəmə qərarları › İş №2(071)-151/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-151/2022

14.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-151/2022 14.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və cavabeh Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 17.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 16.10.2004-cü il tarixdə Hacıqabul rayon 2-ci Udulu kənd bələiyyə şurasının 12 saylı qərarına əsasən ona məxsus 12 sot və həmin qərar əsasında müqavilə ilə 0,36 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları və onlarda olan sənədlərin əsillərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmənin hazırlıq iclasında iddia ərizəsinin iddiaçıya qaytarılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh1 məhkəmənin hazırlııq iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmənin hazırlıq iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Cavabdeh1 iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, İddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair 14.02.2022-ci il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPMin 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar