Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-151/2023 02.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X18 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Hacıqabul rayon Dövlət Notariat Kontoru) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət edərək, mərhum əri X2 miras qalmış ünvan 2əşən fərdi yaşayış evinin miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılma səbəbləri üzürlü hesab edilməklə miras kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin mənzilin Azərbaycan Respublikası ƏMDK-ninyanında DƏDRX-nin Şirvan şəhər İdarəsində mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X8 xx.xx.2018-ci ildə vəfat etmişdir. X7 vəfat edəndən sonra o, savadsızlığı nəticəsində həmin mirası qəbul etmə müddətini buraxmışdır. Daha sonra həyat yoldaşından ona miras kimi qalmış ünvan 2əşən fərdi yaşayış evini öz adına rəsmiləşdirmək üçün Hacıqabul rayon Dövlət Notariat kontoruna rəsmi ərizə ilə müraciət etmişdir. Hacıqabul rayon Dövlət Notariat Kontoru tərəfindən ona ünvanlanmış 31.01,2020-ci il tarixli, 66 saylı məktubda ona Azərbaycan Respubliksaı Mülki Məcəllənin 1246cı və 1248-ci maddələrinə əsasən məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmənin hazırlıq iclasında Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum əri X2 miras qalmış ünvan 2əşən fərdi yaşayış evini birinci növbə vərəsələrdən yalnız onun faktiki olaraq qəbul etməklə, bu günə kimi idarə etdiyini göstərmiş və həmin miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi, mərhum ərindən miras qalmış əmlakı qəbul etmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, Ərizəçi onun anasıdır. X1 xx.xx.2018-ci ildə vəfat etmişdir. Hazırda ailəli olduğu üçün həmin ünvanda yaşamır, atasından qalan ünvan 2əşən fərdi yaşayış evində anası yaşamış və əmlakı idarə etmişdir. Həmin əmlakın anasının adına rəsmiləşdirilməsinə və onun mülkiyyətinə verilməsinə etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, Ərizəçi onun anasıdır. X1 xx.xx.2018-ci ildə vəfat etmişdir. Hazırda anası ilə birlikdə həmin ünvanda yaşayırlar, atasından qalan ünvan 2əşən fərdi yaşayış evini faktiki olaraq anası idarə edir. Həmin əmlakın anasının adına rəsmiləşdirilməsinə etirazı yoxdur. Maraqlı şəxs Hacıqabul rayon Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Hacıqabul şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli, 184 saylı arayışdan müəyyən edilir ki, Ərizəçi həqiqətən də, Hacıqabul şəhəri V.Talıbov küçəsi ev 10-da yaşayır. Mərhum həyat yoldaşı X7 xx.xx.2018-ci ildə vəfat etmişdir. X7 vəfat etdiyi günə kimi ailə üzvləri olan həyat yoldaşı Ərizəçi, qızı Cəfərova (Abbasova) Ağabəyim Mirsəmid qızı və oğlu X9 ilə birlikdə həmin ünvanda yaşamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X4 nikahı 15 iyun 1988-ci il tarixdə 39 nömrəli qeyd əsasında rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə “Abasov”, arvada “Abasova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 965125 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06 oktyabr 2018-ci il tarixdə Hacıqabul şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-i tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət rüyestrindən 22 yanvar 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 2əşən fərdi yaşayış evi X5 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan Hacıqabul rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 31 yanvar 2020-ci il tarixli 66 saylı məktubdan görünür ki, xx.xx.2018-ci ildə vəfat etmiş X3 miras qalmış əmlakın qəbuluna dair X4 müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-1248-ci maddələrinin tələblərinə əsasən buraxılmış müddət məhkəmə üzürlü sayarsa uzadıla bilər. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2əşən fərdi yaşayış evi ərizəçinin mərhum əri X5 xüsusi mülkiyyətində olmuşdur. X8 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, həmin tarixədək ərizəçi əri ilə sözügedən mülkdə yaşamışlar. Mirsəmid Abasovun ölümündən sonra onun birinci növbə vərəsələrindən yalnız ərizəçi mərhumun mülkiyyətində olmuş evdə yaşağa davam etməklə, həmin evə sahiblik etmiş və həmin əmlakı faktiki olaraq idarə etmişdir. Ərizəçi miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etsə də, ona mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünə görə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Belə olan təqdirdə, ərizəçi ərindən miras qalmış əmlakı vəsərəlik qaydasında qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin faktın başqa qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum X3 miras qalmış Hacıqabul şəhəri, Əliağa Vahid küçəsi ev 47, mənzil 13 ünvanda yerləşən mənzilin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X3 miras qalmış Hacıqabul şəhəri, Əliağa Vahid küçəsi ev 47, mənzil 13 ünvanda yerləşən mənzilin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X19
Məhkəmə qərarları › İş №2(071)-151/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-151/2023
02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver