Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-179/2024 15.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs – Maraqlı şəxs) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2021-ci il tarixdə Hacıqabul rayonu Şorbaçı kəndində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 2020-ci il tarixdə X6 ilə qeyri-rəsmi nikahla ailə həyatı qurmuşlar. Daha sonra, 30 sentyabr 2022-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirmişlər, onların birgə qeyri-rəsmi nikahından bir uşağları anadan olmuşdur. X7 21 sentyabr 2021-ci ildə ev şəraitində anadan olmuş, qızı Xanıma bu günə kimi müəyyən səbəblərdən doğum haqqında şəhadətnamə ala bilməmişlər. Lakin hazırda qızı böyüyüb müəyyən sənədləri əldə etmək üçün doğum şəhadətnaməsi lazım olmuş o bu barədə müəyyən orqanlara müraciət etmişdir, həmin orqanlar ona qızı Xanımın doğum aktı qeydinin olmadığını və bu sənədi məhkəmə vasitəsi ilə əldə etməyini məsləhət görərək ona yazılı arayışlar vermişlər. Hazırda məhkəməyə müraciət etməyinin səbəbi budur ki, X7 21 sentyabr 2021-ci ildə Hacıqabul rayonu, Şorbaçı kəndində anadan olması barədə qərar qəbul edərək ona köməklik edəsiniz. Məhkəmə iclasında Ərizəçi ərizənin dəqiqləşməsi barədə ərizə təqdim edərək, onun tərəfindən Hacıqabul rayonunda xx.xx.2021-ci il tarixində ev şəraitində oğlan uşağı doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 nikahı xx.xx.2022-ci il tarixdə 03 saylı Hacıqabul rayon Şorbaçı kənd İ.Ə.V üzrə nümayəndəliyində qeyd edilmiş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Hüseynov”, arvada “Hüseynova” soyadı verilmişdir. İş materiallarına əlavə edilən Maraqlı şəxs Ərizəçi ünvanladığı 3-16-5/8-10-9/2023 saylı, xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, övladınızın doğum haqqında akt qeydinin aşkar edilməsi məqsədilə xx.xx.2023-cü il üzrə Maraqlı şəxs “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin övladınızın doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Doğumun dövlət qeydiyyatının aparılması tələbinizin icrasından imtina olunur və izah edilir ki, müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət vermək, eyni zamanda iddia etdiyiniz faktın müəyyən edilməsi üçün məhkəmədə iddia qaldırmaq hüququnuz vardır. İş materiallarında olan Hacıqabul rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Hacıqabul şəhər və Sağlamlıq mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli, 482 saylı arayışa əsasən, xx.xx.2021-ci il təvəllüdlü X7 ev şəraitində dünyaya gətirdiyi qız uşağı hal-hazırda yaşayır və sağ-salamatdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, S.Həsənov və N.Həsənov onun həm qonşuları həm də, qaynı uşaqlarıdır. xx.xx.2021-ci il tarixdə Nahidə evdə olarkən qəflətən sancıları tutmuşdur. Həmin vaxt N.Hüseynovanı xəstəxanaya aparmaq üçün avtomobil olmadığına görə doğuş ev şəraitində keçmişdir. N.Hüseynovanın qız uşağı doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, X6 qardaşının yoldaşıdır. Nahidə xanımın uşağı dünyaya gələn zaman o da, onların evində olmuş və uşağın dünyaya gəlməsinə köməklik etmişdir. N.Hüseynovanın qız uşağı doğulmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2021ci il tarixdə Hacıqabul rayonu Şorbaçı kəndində X6 tərəfindən ev şəraitində qız cinsli uşaq doğulub. Uşağın doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaq halhazırda yaşayır və sağ-salamatdır. Odur ki, ərizə təmin edilməli və uşağın doğum faktı müəyyən olunmalıdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi uşağının doğumunu və şəxsiyyətini təsdiq edən sənədlərinin olmaması, onun bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən şəxsin qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X6 tərəfindən xx.xx.2021-ci il tarixdə Hacıqabul şəhərində ev şəraitində qız cinsli uşağın doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-179/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-179/2024
15.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver