Məhkəmə qərarları › İş №2(071)-199/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-199/2022

17.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-199/2022 17.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 25.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Hacıqabul rayon Ələtli kəndində yerləşən onların mülkiyyətində olan 23,56 ha torpaq sahəsindən çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı3 məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Tərəflərə məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, digər iddiaçılar və cavabdeh məhkəməyə gəlməmişlər. Məhkəmə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə İddiaçı3 iddia ərizəsinin geri qaytarılmasına dair 17.03.2022-ci il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar