Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-217/2023 16.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, Ərizəçi (maraqlı şəxs Hacıqabul rayon Notariat ofisi) “mirasın qəbul edilmə müddətinin uzadılması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Hacıqabul rayon Notariat ofisi) “mirasın qəbul edilmə müddətinin uzadılması” barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericilikdə “mirasın qəbul edilməsi müddətinin uzadılması” barədə müraciətlərə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin növləri Mülki-Prosessual Məcəllənin 305.1-ci maddəsində göstərilmişdir. Həmin maddədə “mirasın qəbul edilməsi müddətinin uzadılması” barədə işlərə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. Həmin Məcəllənin 305.2-ci maddəsində isə göstərilir ki, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Lakin, Azərbaycan Respublikasının heç bir qanunvericilik aktında “mirasın qəbul edilməsi müddətinin uzadılması” barədə işlərə xüsusi icraat qaydasında baxılması göstərilməmişdir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də, qəbul oluna bilər. Həmin normanın məzmunundan göründüyü kimi, mirası qəbul etmiş digər vərəsələr razı olduğu halda, mirasın qəbul edilmə müddətinin uzadılmasına zərurət yoxdur və mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş vərəsə məhkəməyə müraciət etmədən, digər vərəsələrin razılığı ilə mirası qəbul edə bilər. Mirası qəbul etmiş digər vərəsələr razı olmadığı halda isə, mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş vərəsə gecikdirmənin üzrlü səbəblərdən baş verdiyini göstərməklə mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edə bilər. Başqa sözlə desək, qanunvericiliyə əsasən mirası qəbul etmə müddətinin uzadılması ilə bağlı müraciət yalnız mübahisə olduğu halda iddia icraatı qaydasında baxıla bilər. Məhkəmə qeyd edir ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci ildə 14 saylı qərarı ilə verilmiş, 0,89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vəfat etmiş mülkiyyətçilərinin digər vərəsələrinin razılığı olmadıqda, Ərizəçi həmin vərəsələrə qarşı və ya notariat orqanına qarşı iddia icraatı qaydasında “mirasın qəbul edilmə müddətinin uzadılması” tələbi ilə məhkəməyə müraciət etməlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, Ərizəçi “mirasın qəbul edilməsi müddətinin uzadılması barədə” ərizəni iddia ərizəsinin qanunla müəyyən edilmiş məzmununda deyil, xüsusi icraat qaydasında verilmiş ərizə şəklində tərtib etdiyindən, bununla da iddia ərizəsinin qanunla müəyyən edilmiş məzmununa dair tələbə əməl etmədiyindən, onun ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi (maraqlı şəxs Hacıqabul rayon Notariat ofisi) “mirasın qəbul edilmə müddətinin uzadılması” barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(071)-217/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-217/2023
16.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver