Məhkəmə qərarları › İş №2(071)-220/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-220/2025

06.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-220/2025 06.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının və şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Hacıqabul Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismindəcəlb edilməklə “doğum faktının və qohumluq münasibətlərinin müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, mərhum qardaşı X8 xx.xx.1970-ci ildə Ermənistan Respublikasının Qafan rayonunun Piruli kəndində anadan olması faktının təsdiq edilməsi və onların qohumluq münasibətlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1969-cu ildə Ermənistan Respublikasının Qafan rayonunun Piruli kəndində anadan olmuş və hal-hazırda qaçqın kimi Hacıqabul rayonunun Nəvahi qəsəbəsində məskunlaşmaqla orada yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Mərhum qardaşı X12 xx.xx.1970-ci ildə Ermənistan Respublikasının Qafan rayonunun Piruli kəndində anadan olmuş, eynilə o da, qaçqın kimi Hacıqabul rayonunun Nəvahi qəsəbəsində məskunlaşmış, yaşayış yeri üzrə qeydiyyata alınmaqla orada uzun müddət yaşamış, xx.xx.2022-ci ildə vəfat etmiş və Hacıqabul rayon Nəvahi kəndində yerləşən qəbirstanİıqda dəfn edilmişdir. Ona müvafiq ölüm haqqında şəhadətnaməni Maraqlı şəxsndən almışdır. X2 məxsus Hacıqabul rayonunun stansiya Nəvahi qəsəbəsində yerləşən fərdi yaşayış evini 2009-cu ildə sel sularının daşması nəticəsində həmin fərdi yaşayış evinə maddi ziyan dəymişdir. Həmin ziyanın ödənilməsi üçün FHN-dən Azərpoçta 4500 manat pul vəsaiti köçürülmüşdür. Həmin pul vəsaiti qardaşı vəfat etdiyi üçün ala bilməmişdir. Onun qanun üzrə vərəsəsi kimi Hacıqabul rayon Notariat ofisinə müraciət etmiş, lakin müvafiq şəhadətnamənin verilməsindən imtina edilmişdir. Belə ki, notariat ofisi ondan mərhum qardaşı X8 doğum şəhadətnaməsi tələb etmişdir. Bununla bağlı o, aidiyyəti üzrə Hacıqabul qeydiyyat şöbəsinə müraciət etsə də, oradan ona imtina verilmişdir. Çünki mərhum qardaşı X12 qaçqın düşərkən ona məxsus doğum şəhadətnaməsi Ermənistan Respublikasının Qafan rayonunun Piruli kəndində qalmışdır. Həmin rayon ərazi hal-hazırda Ermənistan Respublikasına aid olduğu üçün, müvafiq şəhadətnaməni alması qeyri-mümkün olmuşdur. Odur ki, mərhum qardaşı X8 xx.xx.1970-ci ildə Ermənistan Respublikasının Qafan rayonunun Piruli kəndində anadan olması faktının təsdiq edilməsi zərurəti yaranmışdır. Ərizəçi xx.xx.2025-ci il tarixində ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X8 xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunun Piruli kəndində anadan olması, atasının xx.xx.1935-ci ildə anadan olmuş, xx.xx.2010-cu ildə vəfat etmiş X16 olması, anasının xx.xx.1934-cü ildə anadan olmuş, xx.xx.2014-cü ildə vəfat etmiş X18 olması və X8 onunla yaxın qohumluq münasibətlərində (qardaşı) olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirir ki, qardaşı X12 xx.xx.1970-ci ildə Ermənistan Respublikasının Qafan rayonunun Piruli kəndində anadan olmuşdur. Qardaşı qaçqın kimi Hacıqabul rayonunun Nəvahi qəsəbəsində məskunlaşmış və orada uzun müddət yaşamış, xx.xx.2022-ci ildə vəfat etmiş və Hacıqabul rayon Nəvahi kəndində yerləşən qəbirstanİıqda dəfn edilmişdir. Ərizədə qeyd olunmuş hallara əsasən mərhum qardaşının doğum faktının müəyyən edilməsi zərurəti yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını xahiş edir. Verilmiş suallara əsasən bildirmişdir ki, valideynləri X16 1935-ci ildə, anası X18 1934-cü ildə Ermənistan SSRİ-nin Piruli kəndində doğulmuşlar və onlar xx.xx.1955-ci ildə Piruli kənd sovetində rəsmi qeydiyyata almaqla nikaha daxil olmuşlar. Həmin nikahdan övladları xx.xx.1958-ci ildə Şahid1, xx.xx.1963-cü ildə Gülmalıyeva (Mahmudova) Elmira Behbud qızı, xx.xx.1965-ci ildə Şahid2, xx.xx.1969-cu ildə Ərizəçi, xx.xx.1970-ci ildə X12, xx.xx.1975-ci ildə Şahid3 doğulmuşlar. Ailə üzvləri ilə birgə 1988-ci ildən qaçqın kimi Hacıqabul rayonunun Nəvahi kəndində məskunlaşmışlar. Atası Behbud xx.xx.2010-cu ildə, anası Dilbər isə xx.xx.2014-cü ildə, bacı-qardaşlarından yalnız qardaşı Eyəddin xx.xx.2022-ci ildə vəfat etmişlər. Eyəddin nikaha daxil olmamış və övladları yoxdur. Digər bacı-qardaşları isə notariat ofisində vərəsə olaraq miras əmlakı qəbul etməkdən imtina etmələrinə dair ərizə versələr də mərhum qardaşı Eyəddinin doğum haqqında şəhadətnaməsi olmadığından ona həmin vəsaitin verilməsindən imtina edilmişdir. İş üzrə Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-148/2025 saylı məktubla məhkəməyə müraciət edərək şöbənin nümayəndəsinin üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Ərizəçi izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X26 Filalı tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2024-cü il tarixli, 1/46 saylı məktubdan müəyyən edilir ki, Hacıqabul rayonu, Nəvahi kənd sakini X8 adına FHN-i tərəfindən "xxxx" MMC-nin Sabirabad RPF-na xx.xx.2024-cü il tarixində 4500 manat pul vəsaiti daxil olmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5-8-42/2024 nömrəli məktubundan müəyyən edilir ki, Ərizəçi ərizəsinə baxılmış və doğum haqqında akt qeydinin aşkar edilməsi məqsədilə 1970-1989-cu illər üzrə Maraqlı şəxs, Nəvahı icra nümayəndəliyi üzrə, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, mərhum qardaşı X8 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Odur ki, aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan və məhkəmənin sorğusuna əsasən cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin 1 saylı X5 xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, mərhum X8 pensiya ödənişinə dair sənədlərinin içərisində doğum haqqında şəhadətnamənin surəti aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmənin sorğusuna əsasən cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin xx.xx.2025-c il tarixli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin elektron məlumat sistemində X12 haqqında məlumata rast gəlinməmişdir. Odur ki, vətəndaş barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Şahid3 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən edilir ki, o, xx.xx.2022-ci ildə ölmüş X6 irs qalmış (yaşayış, ev, mənzil, otaq, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatması hissəsindən imtina etmişdir. İş materiallarında olan Şahid1 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən edilir ki, o, xx.xx.2022-ci ildə ölmüş X6 irs qalmış (yaşayış, ev, mənzil, otaq, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatması hissəsindən imtina etmişdir. İş materiallarında olan X3 əvəzindən Şahid3 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən edilir ki, o, xx.xx.2022-ci ildə ölmüş X6 irs qalmış (yaşayış, ev, mənzil, otaq, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatması hissəsindən imtina etmişdir. İş materiallarında olan xx.xx.2002-ci il tarixli aktdan müəyyən edilir ki, Navahı qəsəbəsində qaçqın düşərgəsində qaçqınlara məxsus tikintisi başa çatdırılmış fərdi yaşayış evinin açarları X10 təhvil verilmişdir. Həmin aktın doğruluğu imzalarla (S.Aslanov – Hacıqabul rayon İHB-nin birinci müavini; B.Atamoğlanov – Hacıqabul rayonunun baş memarı; F.Qurbanov – Hacıqabul rayon İHB-nin Navahı kənd İƏV üzrə nümayəndəsi; N.Babayeva – Qaçqınkomun Hacıqabul rayonu üzrə təmsilçisi; Q.Rəcəbov – Hacıqabul şəhər MİS-nin rəisi tərəfindən) təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Navahı qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli, 46 nömrəli arayışında müəyyən edilir ki, xx.xx.1969-cu il təvəllüdlü Mahmudov X9 rayonu Navahı qəsəbəsində yaşayır. İş materiallarında olan “с.с. Пурулу Kaфанский район отдел ЗАГС” (Qafan rayonu Purulu VVAQ) tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli, V-CЛ seriyalı, 277207 nömrəli doğum haqqında şəhdətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi Ermənistan SSR Qafan rayonu Piruli kəndində xx.xx.1969-cu il tarixdə doğulmuşdur. Şəhadətnamədə Ərizəçi atası - X16 və anası - X18 qeyd olunmuşdur. İş materiallarında olan X11 (ərizəçinin atası) məxsus AZE seriyalı, 03463379 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx.xx.1935-ci il tarixində Ermənistan Respublikasının, Qafan rayonunda anadan olmuş və onun yaşadığı yer üzrə qeydiyyatı Hacıqabul şəhəri, Nəvahı kəndidir. İş materiallarında olan X13 (ərizəçinin anası) məxsus AZE seriyalı, 03462243 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx.xx.1934-cü ildə Ermənistanın, Qafan rayonunda anadan olmuş və yaşadığı yer üzrə qeydiyyatı Hacıqabul şəhəri, Nəvahı kəndidir. İş materiallarında olan Azərbaycan Respublikası Hacıqabul Rayon Navahı kənd İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İ seriyalı, 400349 nömrəli “ölüm haqqında şəhadətnamə”dən müəyyən edilir ki, X16 (ərizəçinin atası) xx.xx.2010-cu il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 06 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Hacıqabul Rayon Navahı kənd İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ seriyalı, 695682 nömrəli “ölüm haqqında şəhadətnamə”dən müəyyən edilir ki, X18 (ərizəçinin anası) xx.xx.2014-cü il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 10 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 05 dekabr 1955-ci il tarixli, ЗЖ seriyalı, 248911 nömrəli Qafan rayonu Baharlı kənd soveti tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X16 və X19 xx.xx.1955-ci il tarixində rəsmi nikaha daxil olmuş və nikah akt qeydləri kitabında 15 nömrə ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. İş materiallarında olan Ermənistan SSR-nin, Qafan rayonu, Piruli kənd soveti tərəfindən X13 verilmiş xx.xx.1976-ci il tarixli, 11 nömrəli ailə tərkibinə dair arayışdan müəyyən edilir ki, ər- X16 1935-ci ildə, özü- X23 1935-ci ildə, oğlu- Şahid1 1958-ci ildə, qızı - X14 1963-cü ildə, oğlu- Şahid2 1965-ci ildə, oğlu- X12 1970-ci ildə, oğlu- Ərizəçi 1969-cu ildə, qızı- Şahid3 1975-ci ildə anadan olmuşlar. İş materiallarında olan X10 (ərizəçinin qardaşı) məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx.xx.1970-ci ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı, 276777 nömrəli “ölüm haqqında şəhadətnamə”dən müəyyən edilir ki, X12 (ərizəçinin qardaşı) xx.xx.2022-ci ildə ölmüş və fakt ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixli 224 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2002-ci il tarixdə Hacıqabul rayonu ƏSMM tərəfindən verilmiş 176177 nömrəli vəsiqədən müəyyən edilir ki, X12 1-ci qrup əlil olmuşdur. İş materiallarında olan xx.xx.1991-ci il tarixli, 033787 nömrəli Azərbaycan Qaçqınlar Cəmiyyəti tərəfindən verilmiş vəsiqədən müəyyən edilir ki, Ərizəçi Ermənistan SSR-dən məcburi köçkün kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Ərizəçi məxsus xx.xx.1987-ci il tarixli hərbi biletin ailə tərkibinə dair əlavə hissəsində qeyd olunmuşdur ki, atası- X16 1935-ci ildə, anası-X23 1935-ci ildə, qardaşı-Şahid1 1958-ci ildə, bacısı- X14 1963-cü ildə, qardaşı- Şahid2 1965-ci ildə, qardaşı- X12 1970-ci ildə, bacısı- Şahid3 1975-ci ildə anadan olmuşdur. Həmçinin hərbi biletdə aparılmış qeydiyyata əsasən ailənin yaşayış yeri Ermənistan SSR Qafan rayonu Piruli kəndidir. İş materiallarında olan “Багарлинский сельский совет” (Ermənistan SSR Qafan rayonu Baharlı kənd soveti) tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli, İİ-CЛ seriyalı, 053216 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Şahid3 xx.xx.1975-ci il tarixində anadan olmuşdur. Şəhadətnamənin valideynlərə aid məlumat hissəsində atası - X16 və anası - X7 qeyd olunmuşdur. İş materiallarında olan Ermənistan SSR Qafan rayonu Baharlı kənd soveti tərəfindən verilmiş xx.xx.1961-ci il tarixli, İ-ЗЖ seriyalı, 769320 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Şahid2 xx.xx.1965-ci ildə anadan olmuşdur. Şəhadətnamənin valideynlərə aid məlumat hissəsində atası - X16 və anası - X7 qeyd olunmuşdur. İş materiallarında olan Ermənistan SSR Qafan rayonu Baharlı kənd soveti tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli, İ-ЖЗ seriyalı, 587924 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X15 xx.xx.1963-cü ildə anadan olmuşdur. Şəhadətnamənin valideynlərə aid məlumat hissəsində atası - X16 və anası - X7 qeyd olunmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, o, mərhum X8 qardaşıdır. X4 və anası X18 vəfat etmişdir. Mərhum qardaşı evin ən kiçik oğlu olmuş və xx.xx.2022-ci il tarixində vəfat etmişdir. 1988-ci ildən Ermənistandan ailəsi ilə birlikdə Hacıqabul rayonunda məcburi köçkün kimi məskunlaşmışlar. Həmin vaxt mərhum qardaşının, həmçinin özünün doğum haqqında şəhadətnaməsi Ermənistanda qalmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, X12 onun qardaşıdır və o, xx.xx.1970-ci il tarixdə Ermənistanın Qafan rayonu, Piruli kəndində anadan olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, X12 onun qardaşıdır. Ailə tərkibləri 4 qardaş və 1 bacıdan ibarət olmuşdur. Mərhum qardaşı X12 xx.xx.1970-ci il tarixdə Ermənistanın Qafan rayonu, Piruli kəndində anadan olmuş, xx.xx.2022-ci il tarixində Hacıqabul rayonunda vəfat etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin; 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Hazırki iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş sənədlərdən, bundan başqa, ərizəçinin, eyni zamanda şahidlərin məhkəmə iclası zamanı verdikləri ifadələrdən mərhum X8 xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Piruli kəndində doğulması müəyyən edilməklə yanaşı, onun ailə üzvləri, onların sayı, doğulduqları yer vs. kimi hallar barəsində ətraflı məlumat əldə etmək mümkün olmuşdur. Belə ki, Ərizəçi ilə yaxın qohumluğu (qardaşlıq münasibətləri) olan mərhum X12 xx.xx.1970-ci il tarixində Ermənistanın Qafan rayonunun Piruli kəndində anadan olmuş, lakin həmin dövrdə mövcud olmuş siyasi vəziyyət və müharibə rejimi onun doğumunu təsdiq edən rəsmi sənədin itməsinə səbəb olmuş, daha sonra Azərbaycan Respublikasında fəaliyyət göstərən müvafiq qeydiyyat orqanlarında qeydə alınmamışdır. 1988-ci ildə o, ailəsi ilə birlikdə məcburi köçkün kimi Hacıqabul rayonunun Nəvahi qəsəbəsinə köçərək orada daimi məskən salmış, 2009-cu ildə Piruli kəndindəki fərdi yaşayış evi sel suları nəticəsində zərər görmüş, bu ziyanın əvəzinin ödənilməsi üçün "xxxx" MMC-yə köçürülmüş 4500 manat vəsait nəzərdə tutulduqdan sonra mərhumun vəfat etməsi səbəbindən bu pulu ala bilməmişdir. Həmin vaxt onun qanuni vərəsəsi olan ərizəçi Notariat Kontoruna müraciət edərkən doğum şəhadətnaməsinin surəti tələb olunduğundan, Maraqlı şəxsndən həmin sənədin mövcud olmaması barədə imtina cavabı almışdır. Mərhum xx.xx.2022-ci il tarixində vəfat etmiş, Nəvahi kənd qəbiristanlığında dəfn edilmiş, ölüm aktı müvafiq qaydada qeydə alınmışdır. Hazırda ərizəçinin mərhum qardaşının miras aktivinə daxil olan pul vəsaiti və əmlak üzərində hüquqlarını həyata keçirməsi və digər hüquqi prosedurları tamamlamaq üçün doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X8 xx.xx.1970-ci il tarixdə Ermənistanın Qafan rayonu, Piruli kəndində doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X8 doğum tarixi xx.xx.1970-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, ata qrafasında – X16 (milliyyəti azərbaycanlı), ana qrafasında –X18 (milliyyəti azərbaycanlı) kimi məlumatlar qeyd edilməlidir. X1 Ərizəçi qardaşı olması faktı müəyyən edilsin. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonu, Piruli kəndində doğulması faktı, eyni zamanda onun Ərizəçi ilə yaxın qohumluq münasibətlərində olması (qardaşı olması) faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X8 doğum tarixi xx.xx.1970-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, ata qrafasında – X16 (milliyyəti azərbaycanlı), ana qrafasında – X18 (milliyyəti azərbaycanlı) kimi məlumatlar qeyd olunsun. Qətnamə qeydiyyat şöbəsi tərəfindən şəxsin adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar