Məhkəmə qərarları › İş №2(071)-266/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-266/2022

14.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-266/2022 14.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X7 nümayəndəsi və vəkili Vəkil2 və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X3rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X3rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2021-ci il tarixli 377-E/k nömrəli əmrinin ləğv edilməsi, onun “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X4 xəstə xidmətləri şöbəsinin qeydiyyatçısı vəzifəsinə bərpa olunması, xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək olan müddət ərzində məcburi buraxılmış iş müddətinə görə əmək haqqının hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-266/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X3rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/508 nömrəli ekspert rəyi xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-266/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə saat 09:00-a təyin edilmişdir. İddiaçı məhkəmə iclasına gəlməmişdir, nümayəndəsi və vəkili vasitəsilə məhkəmədə təmsil olunur. İddiaçı nümayəndəsi və vəkili vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, “Hacıqabul Mərkəzi Rayon Xəstəxənası” PHŞ-nin xx.xx.2017-ci il tarixli 114- E/k nömrəli əmri ilə İddiaçı "Hacıqabul Mərkəzi Rayon Xəstəxənası” PHŞ-də təsərrüfat xidməti heyətinə 1,0 ştat vahidi ilə sanitarka vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli 2 nömrəli əmrlə həmin xəstəxənada xəstə xidmətləri şöbəsinə qeydiyyatçı vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə əmək məzuniyyətinə çıxmış, xx.xx.2021-ci il tarixdə məzuniyyətdən qayıtmış və işə başlamışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi ailə vəziyyəti ilə ilə bağlı öz hesabına 14 təqvim günü məzuniyyətə çıxmışdır və xx.xx.2021-ci il tarixdə işə çıxmışdır. Sonradan ailəsində problemlər olduğuna görə İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə kimi işə çıxmamışdır. xx.xx.2021-ci il tarixdə işə çıxmış və ailəsində problem olduğuna görə öz hesabına məzuniyyətə çıxmaq istəmişdir. Bu məqsədlə “Hacıqabul rayon Mərkəzi Xəstəxənası” X5 insan resursları şöbəsində işləyən Nümayəndə2 yanına getmiş və ailə vəziyyəti ilə əlaqədar olaraq öz hesabına məzuniyyətə çıxarmaq istədiyini bildirmişdir. Lakin Nümayəndə2 İddiaçı öz hesabına məzuniyyətə çıxmaq barədə deyil, öz xahişi ilə işdən çıxmaq istəməsi barədə ərizə yazdırmışdır. İddiaçı öz xahişi ilə işdən çıxmaq istəməsi barədə xx.xx.2021-ci il tarixli ərizəni öz xətti ilə yazsa da, ərizəni imzalamamış və Nümayəndə2 təqdim etmişdir. Nümayəndə2 İddiaçı bildirmişdir ki, narahat olmasın, ailə problemlərini həll etdikdən sonra 2021-ci ilin dekabr ayında işə çıxsın. xx.xx.2021-ci il tarixdə İddiaçı Nümayəndə2 yanına getmiş və işə nə vaxt çıxacağını soruşmuşdur. Bu zaman Nümayəndə2 İddiaçı bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı öz xahişi ilə işdən çıxmaq istəməsi barədə xx.xx.2021-ci il tarixli ərizəni öz xətti ilə yazmasını təsdiq edir. Lakin həmin ərizəni imzalamadığını, ərizədəki imzanın Nümayəndə2 tərəfindən çəkildiyini bildirir. Hesab edir ki, iddiaçı işdən azad olunarkən öz iradəsi ilə ərizə yazmamış və imzalamamışdır. İddiaçının vəsatəti əsasında İddiaçı öz xahişi ilə işdən çıxmaq istəməsi barədə öz xətti ilə yazdığı xx.xx.2021-ci il tarixli ərizədəki imzanın İddiaçı məxsus olubolmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilmişdir. xx.xx.2022-ci il tarixli 4/508 nömrəli ekspert rəyində xx.xx.2021-ci il tarixli ərizədəki imzanın İddiaçı məxsus olması göstərilsə də, hesab edir ki, həmin imzanın iddiaçıya məxsus olmasına şübhələr var. Çünki, iddiaçı ərizəni kadrlar şöbəsinin müdirinin yanında yazmalı və imzalamalı idi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ərizəsini kadrlar şöbəsində yazmamışdır. Bu səbəbdən iş üzrə əlavə ekspertiza təyin edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında iştirak etmiş, iddia tələbini müdafiə etmiş, nümayəndəsi və vəkili vəkili Nümayəndə1 dediklərini təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, məhkəməyə təqdim edilmiş onun adından yazılmış xx.xx.2017-ci, xx.xx.2021ci, xx.xx.2021-ci, xx.xx.2021-ci il tarixli ərizələrdən xx.xx.2021-ci, xx.xx.2021-ci il tarixli ərizələrdəki imzalar ona məxsusdur. Öz xahişi ilə işdən çıxmaq istəməsi barədə xx.xx.2021-ci il tarixli ərizəni öz xətti ilə yazmışdır, lakin ərizədəki imza ona məxsus deyildir. xx.xx.2021-ci il tarixli ərizədəki imzanı onun əvəzindən Nümayəndə2 etmişdir. Onun işdən çıxmaq niyyəti olmamışdır. Ailəsində qaynanası ilə arasında olan problemi həll etmək üçün öz hesabına bir müddətlik məzuniyyətə çıxmaq istəmişdir. Nümayəndə2 ona bildirmişdir ki, istədiyi zaman işə qayıda bilər. 2021-ci ilin dekabr ayında əmək kitabçasını bacısının vasitəsilə xəstəxanadan almışdır. Onun himayəsində azyaşlı uşaq var, şəhid bacısıdır və hər şeyin baha olduğu çətin günlərdə öz ərizəsi ilə işdən çıxması ağlabatan deyildir. Həmin ərizəni Nümayəndə2 özü imzalayıb, xəbəri olmadan onu işdən çıxararaq yerinə başqa işçi götürmüşdür. Onun öz xətti ilə öz xahişi ilə işdən çıxması barədə yazdığı xx.xx.2021-ci il tarixli ərizəsindəki imzanın ona məxsus olub-olmamasını yoxlamaq üçün ekspertiza keçirilməsini xahiş etmişdir. Cavabdeh “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X7 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və iddia ərizəsinə yazılı etiraz etdim edərək, izahatında bildirdi ki, iddiaçının işdən çıxarılması barədə söylədikləri həqiqətə uyğun deyildir. İddiaçının söylədikləri özünə haqq qazandırmaq üçün təxəyyül uydurmasından başqa bir şey deyildir. “Hacıqabul Mərkəzi Rayon Xəstəxənası” PHŞ-nin xx.xx.2017-ci il tarixli 114-E/k nömrəli əmri ilə İddiaçı "Hacıqabul Mərkəzi Rayon Xəstəxənası” PHŞ-də təsərrüfat xidməti heyətinə 1,0 ştat vahidi ilə sanitarka vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli 2 nömrəli əmrlə həmin xəstəxənada xəstə xidmətləri şöbəsinə qeydiyyatçı vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə əmək məzuniyyətinə çıxmış, xx.xx.2021-ci il tarixdə məzuniyyətdən qayıtmış və işə başlamışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi ailə vəziyyəti ilə ilə bağlı öz hesabına 14 təqvim günü məzuniyyətə çıxmışdır və xx.xx.2021-ci il tarixdə işə çıxmışdır. Sonradan ailəsində problemlər olduğuna görə İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə kimi işə çıxmamışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə həyat yoldaşı ilə birgə işə gələrək, işdən çıxmaq istədiyini bildirmiş və işdən çıxması barədə imzalı olan xx.xx.2021-ci il tarixli ərizəsini insan resurusları şöbəsinin müdiri işləyən Nümayəndə2 təqdim etmişdir. “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2021-ci il tarixli 377-E/k nömrəli əmri ilə “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X4 xəstə xidmətləri şöbəsinin qeydiyyatçısı İddiaçı öz xahişi ilə xx.xx.2021-ci il tarixdən işdən azad edilmişdir. Son haqq-hesabı oktyabr ayının maaşı ilə birlikdə iddiaçının hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə əmək kitabçası iddiaçıya təqdim edilmişdir. Poçt vasitəsilə göndərməmişlər ki, əmək kitabçası itməsin. İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X7 insan resurusları şöbəsinin müdiri işləyən Nümayəndə2 yanına gələrək, işdən çıxmasına səbəb onun həyat yoldaşının işləməsinə razı olmadığı səbəbindən olduğunu və hazırda həyat yoldaşı ilə bu məsələni yoluna qoyduğunu bildirmiş və onu yenidən öz işinə qaytarmasını xahiş etmişdir. İddiaçıya məlumat verilmişdir ki, artıq onun əvvəl işlədiyi yerə başqası götürülüb və yeni işçinin heç bir səbəb olmadan işdən çıxarılması mümkün deyildir. Bundan sonra iddiaçı imzasız ərizə mövzusunu fikirləşmiş və bununla da məqsədinə nail olmaq qərarına gəlmişdir. İddiaçının işdən çıxması barədə ərizəsinin imzalanmaması tamamilə yalnış iddiadır. Belə ki, İddiaçı işlədiyi dövrdə hər gün davamiyyət dəftərinə (tabel) imza ataraq işə başlamış və həmin gündəlik tabel cədvəlindəki imzalar, onun işdən çıxması barədə verdiyi ərizəsindəki imzalarla eynilik təşkil edir. Bundan başqa İddiaçı işlədiyi dövrdə Hacıqabul rayon X2 Hüquqi Şəxsin xx.xx.2021-ci il tarixli 19-E/k nömrəli əmri ilə növbəti əmək məzuniyyətinə buraxılmaqla öz məzuniyyət hüququndan istifadə etmişdir. Daha sonra o, xx.xx.2021-ci il tarixli 331-E/k nömrəli əmri ilə öz hesabına məzuniyyətə buraxılmışdır ki, onun artıq yenidən öz hesabına məzuniyyətə çıxması mümkün olmamışdır. Kifayət qədər iş təcrübəsi və kollektivlə işləmək bacarığına malik olan “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X7 insan resurusları şöbəsinin müdiri işləyən Nümayəndə2 bunu bilməməsi və iddiaçıya izah etməməsi mümkün deyildir. Nümayəndə2 iddiaçının əvəzindən xx.xx.2021-ci il tarixli ərizəyə imza etməsi həqiqətə uyğun deyildir. Çünki, iddiaçı ərizəsini Nümayəndə2 yazılmış və imzalanmış formada təqdim etmişdir. İddiaçı öz xahişi ilə işdən çıxmaq istəməsi barədə öz xətti ilə yazdığı xx.xx.2021-ci il tarixli ərizədəki imzanın İddiaçı və ya Nümayəndə2 məxsus olub-olmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilmişdir. xx.xx.2022-ci il tarixli 4/508 nömrəli ekspert rəyindən müəyyən edilir ki, “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X5 direktoru B.Qarayevə xəstə xidmətləri şöbəsinin qeydiyyatçısı İddiaçı tərəfindən yazılmış xx.xx.2021-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli ərizədəki “İddiaçı” sözünün qarşısındakı imza və ərizənin mətnindəki xətt - İddiaçı məxsusdur. İşdən çıxma barədə yazılmış xx.xx.2021-ci il tarixli ərizənin mətnindəki xəttin və imzanın Nərminə Dilbazi qızına məxsus olması ekspertiza rəyi ilə bir daha təsdiq edilmişdir. İş üzrə əlavə ekspertiza təyin edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Cavabdeh “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X7 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi və digər nümayəndə Vəkil2 izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, İddiaçı iddia ərizəsində göstərdikləri və izahatları həqiqəti əks etdirmir. İddiaçı öz xahişi ilə işdən çıxarılmasına dair xx.xx.2021-ci il tarixli ərizəsini yazılmış və imzalanmış formada xx.xx.2021-ci il tarixdə həyat yoldaşı ilə birlikdə gətirib xəstəxanada ona təqdim etmiş və işdən çıxmaq istədiyini bildirmişdir. İddiaçı ərizəsi nəzərə alınaraq xx.xx.2021-ci il tarixli əmrlə onu işdən azad etmişlər. İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsindəki imza ona məxsus deyil, İddiaçı özünə məxsusdur. İddiaçının bu barədə dedikləri həqiqətə uyğun ldeyildir. Çünki, iddiaçı ərizəsini hazır şəkildə ona təqdim etmişdir və həmin vaxt ərizədə imza olmuşdur. Onun iddiaçının əvəzinə ərizəyə imza etməsinə hər hansı bir zərurət olmamış və onun belə bir səlahiyyəti yoxdur. xx.xx.2021-ci il tarixli ərizənin mətnindəki xəttin və imzanın İddiaçı məxsus olması ekspert rəyi ilə təsdiq edilmişdir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X5 xəstə xidmətləri şöbəsinin qeydiyyatçısı İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X5 direktoru B.Qarayevə müraciət edərək, xx.xx.2021-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X5 direktoru B.Qarayevin xx.xx.2021-ci il tarixli 377- E/k nömrəli əmri ilə xəstə xidmətləri şöbəsinin qeydiyyatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən öz xahişi ilə xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. Əmrin verilməsinə əsas: İddiaçı ərizəsi olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Hazırkı halda əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. İşçinin son-haqq hesabı 2021-ci ilin oktyabr ayının maaşı ilə birlikdə 198,30 manat pul xx.xx.2021-ci il tarixdə iddiaçının hesabına köçürülmüşdür. Əmək kitabçası iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh əmək kitabçası itməsin deyə iddiaçıya poçt vasitəsilə göndərməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/508 nömrəli məhkəmə-xətşünaslıq ekspertizası rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 100-cü vərəqində İddiaçı adından olan xx.xx.2021-ci il tarixli öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi barədə ərizənin mətni və həmin ərizədə “İddiaçı” yazısından əvvəl yerləşən imza - İddiaçı tərəfindən icra edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X5 xəstə xidmətləri şöbəsinin qeydiyyatçısı vəzifəsindən aldadılaraq çıxarıldığını, öz xahişi ilə işdən çıxmaq istəməsi barədə xx.xx.2021-ci il tarixli ərizəni öz xətti ilə yazdığını, lakin ərizədəki imzanın ona məxsus olmadığını, xx.xx.2021-ci il tarixli ərizədəki imzanı onun əvəzindən Nümayəndə2 etdiyini iddia etsə də, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə xx.xx.2021-ci il tarixli öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi barədə ərizənin mətni və həmin ərizədə “İddiaçı” yazısından əvvəl yerləşən imza - İddiaçı tərəfindən icra edildiyi təsdiq edilmişdir. Verilmiş ekspert rəyi ilə iş materiallarında olan digər yazılı sübutlar arasında hər hansı bir ziddiyyət yoxdur. Ekspertin rəyi kifayət qədər aydın və tamdır. İş üzrə əlavə ekspertiza təyin edilməsinə zərurət və əsaslar yoxdur. Çünki, Azərbaycan Respublikası MPM-in 102.1-ci maddəsinin tələbinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı öz iddia tələbinin əsasını sübuta yetirə bilməmişdir. İddiaçının işə barpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir. İddia əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X3rşı ““Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2021-ci il tarixli 377-E/k nömrəli əmrinin ləğv edilməsi, onun “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X4 xəstə xidmətləri şöbəsinin qeydiyyatçısı vəzifəsinə bərpa olunması, xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək olan müddət ərzində məcburi buraxılmış iş müddətinə görə əmək haqqının hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar